Aşıq sənətinə töhfə - “Ozan” elm və sənət toplusu
Dekabrın 25-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin (AAB) yeni nəşri olan “Ozan” elm və sənət toplusunun birinci buraxılışının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, elm, ədəbiyyat, incəsənət xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə AAB-nın dəstəyi ilə işıq üzü görən kitabların sərgisinə baxış olub.