USTAD BALABANÇI ELXAN MƏMMƏDOV VƏFAT EDİB

Azərbaycan Aşıqlar Birliyinin üzvü, ustad balabançı Elxan Məmmədov uzun sürən xəstəlikdən sonra  67 yaşında dünyasını dəyişib.
Mahir balaban ustası olan E.Məmmədov hələ gənc yaşlarından Aşıq Şəmşir, Aşıq Murad Niyazlı, Aşıq Cahad,Mayıs kimi böyük ustad aşıqları müşayiət edib, dövrümüzdə kamil balabançı kimi tanınaraq aşıq sənətinin inkişafında özünəməxsus xidmətləri ilə seçilib. Onun yüksək sənətkarlıq  məharəti  sazsevərlərin qəlbində  həmişə yaşayacaqdır.
Ustad sənətkara Allahdan rəhmət, yaxınlarına və doğmalarına isə səbir diləyirik. Ruhu  şad  olsun!
Allah rəhmət eləsin!

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı Aşıq Xanmusanı evində ziyarət etdi

Şirvan aşıq mühitinin görkəmli nümayəndəsi, 90-dan artıq yaşı olan Aşıq Xanmusa Azərbaycan  aşıq sənətinin inkişafında özünəməxsus xidmətləri olan ustad sənətkarlardandır. Bənzərsiz ifa tərzi ilə el məhəbbəti qazanan ustadın xidmətləri dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilib. Dəfələrlə müxtəlif fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılan Xanmusa Musayev ötən ilin iyulunda ölkə başçısının sərəncamıyla “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.

AŞIQ RAMİN QARAYEVİN MOSKVADA SOLO KONSERTİ OLACAQ

Gənc və istedadlı aşıq Ramin Qarayevin Rusiyanın paytaxtı Moskva şəhərində solo konserti olacaq. Bu il aprel ayının 29-da keçiriləcək konsertdə aşıqlardan Aytəkin Qənbərqızı və Gözəl Kəlbəcərli də çıxış edəcək.
Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı da iştirak edəcək. 

M.P.VAQİFİN 300 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ

Bu il Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi tamam olur. 2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Adı YUNESKO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilmiş bu böyük söz ustadının yubileyinin respublikamızda geniş qeyd olunmasıyla bağlı ölkə prezidentinin sərəncamı olub.

Ашуг Самира провела флешмоб в Бакинском аэропорту - ВИДЕО

Заслуженный работник культуры Азербайджана, доцент Государственного университета культуры и искусств (ADMİU) , доктор философии по искусствоведению Самира Алиева вместе со студентами ADMİU провела флешмоб в Международном аэропорту Гейдар Алиев.

XAÇMAZDA AŞIQ ŞƏMŞİRİN BÜSTÜ UCALDILIB

Martın 26-da Xaçmaz şəhərində Azərbaycanın ustad sənətkarı Aşıq Şəmşirin büstü ucaldılıb. Böyük söz ustadının büstü açıq səma altında yaradılan “Şəxsiyyətlər muzeyi”ndə yer alıb.
Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tədbirdə çıxış edərək Azərbaycanın hər yerində aşıq sənətinə yüksək qiymət verildiyini diqqətə çatdırıb. Bildirilib ki, ustad sənətkarın büstünün qoyulduğu “Şəxsiyyətlər muzeyi” 2006-cı ildə yaradılıb. İndi bu muzey-parkda Azərbaycanın 56 görkəmli şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin xatirəsi əbədiləşdirilib.

39 -dən səhifə 39