AŞIQLAR BİRLİYİNİN YENİ LAYİHƏSİ BAŞA ÇATMAQ ÜZRƏDİR
Azərbaycan Aşıqlar Birliyində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Koroğlu havaları” vətənçilik, dövlətçilik və qəhrəmanlıq düşüncəsini daşıyan milli-mədəni dəyərlər kimi” layihəsi üzərində işlər tamamlanmaq üzrədir. Bu barədə məlumat verən Birliyin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, artıq layihə çərçivəsində görüləcək işlərin çoxu həyata keçirilib.