ABŞ-dan gəlmiş professor AAB-nin qonağı olub

Amerika Birləşmiş Ştatlarının Kostal Karolina universitetinin professoru Anna Oldfield Azərbaycan Aşıqlar Birliyinin qonağı olub. AAB sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı ilə görüşən qonaq respublikamızda daha öncə də olub, Azərbaycan aşıq sənəti ilə bağlı tədqiqat işləri aparıb. Əsas tədqiqat sahəsi qadın aşıqlarımızla bağlı olan bu xanım Azərbaycan dili ilə yanaşı, rus və qazax dillərini də bilir ki, bu da elmi axtarışlarında ona çox kömək edir.

“ÜÇ ƏSR KEÇSƏ DƏ...”

M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş tədbir keçirlib. Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecəni giriş sözü ilə muzeyin direktoru, Əməkar Mədəniyyət İşçisi Sevinc Mikayılova açıb.  Sonra  Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Əhliman Şirvanlı və Xalq artisti Rafiq Əzimov çıxış edərək Mola Pənah Vaqifi təkcə “pərvanə tək hüsnün çırağında”, “bir ala gözlünün sorağında” olan lirik şair kimi yox, həm də “gərdişi-dövranı gəcrəftardan” baş çıxaran tarixi şəxsiyyət kimi də xarakterizə ediblər. Qeyd olunub ki, realist poeziyamızın ilk nümunələrini qələmə alan böyük şairin həmin şeirləri ilə poeziya tariximizdə yeni bir dövr başlanılıb.

XAÇMAZDA AŞIQ ƏLƏSGƏRİN BÜSTÜ UCALDILIB

Oktyabrın 21-də Xaçmaz şəhərindəki Şəxsiyyətlər muzeyinin önündəki parkda ustad  Aşıq Ələsgərin büstünün açılışı olub. Tədbiri giriş sözü ilə açan Xaçmaz RİH başçısının müavini İlhamə Nəzərova 2006-cı ildə rayonda yaradılmış Şəxsiyyətlər Muzeyi haqda məlumat verib, qeyd edib ki, muzeyin qarşısında açıq səma altında Azərbaycanın görkəmli şəxsiyyətlərinin ucaldıdığı park bu muzeyin əhəmiyyətini daha da artırır. Əgər bu park-muzeydə 2006-cı ildə 15 görkəmli şəxsiyyətin büstü vardlsa, bu gün onlkarın sayı 50-dən çoxdur. Burada Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, ictimai-siyasi fikir tarixinin görkəmli nümayəndələrinin, məşhur hərbçilərin büstləri ucaldılıb.

AŞIQLARIMIZ LİTVADA FOLKLOR FESTİVALINDA İŞTİRAK EDİBLƏR

Litvanın paytaxtı Vilnüsdə XII beynəlxalq folklor festivalı keçirilib. Oktyabrın 11-dən 15-dək davam edən festivalda Azərbaycan, Belarus, Estoniya, Gürcüstan, Polşa, Litva, Rusiya, Slovakiya, Ukrayna və başqa ölkələrdən dəvət olunmuş kollektivlər çıxış ediblər.

Bu festivalda respublikamızı aşıqlardanməkdar Mədəniyyət İşçisi Samirə Əliyeva, Əli Quliyev və  nağaraçı Asim Quliyev təmsil ediblər. Sənətçilərimiz əsasən Aşıq Ələsgərin yaradıcılığına müraciət ediblər.

“QORQUD ATA AŞIQLAR KARVANI” BAKIDA

2017-ci il oktyabrın 14-də Bakıda R.Behbudov adına Dövlət Mahnı Teatrında Türk dünyası “Qorqud Ata aşıqlar karvanı” adlı konsert keçirilib. Azərbaycan Aşıqlar Birliyi, Türkiyənin Osmaniyyə Bələdiyyəsi, Avrasiya mədəniyyət və sənət dərnəyi və Türk Dünyası Jurnalistlər Federasiyasının birgə təşkilatçılığı ilə ərsəyə gələn tədbiri giriş sözü ilə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı açaraq bu tədbirin keçirilməsinin əhəmiyyətindən söz açıb.

Professor M.Qasımlı Türkiyədə elmi konfransda iştirak edib

2017-ci il  oktyabr  9-11-də  Türkiyənini  Qars  şəhərində  “I Uluslararası  Kafkasya  halk  kültürü”  adlı  elmi  konfrans  kecirilib. Qarsdakı  Qafqaz  universitetinin  təşkilatçılığı  ilə  keçirilən  konfransda  türk  alimləri  ilə  yanaşı,  Azərbaycan,  Gürcüstan,  Rusiya,  Fransa,  İran,  Qazaxıstan,  Özbəkistan  və  digər  ölkələrdən  gəlmiş  alimlər  elmi  məruzələrlə  çıxış  ediblər.

“ Taleyimdən və ürəyimə keçənlər”

Azərbaycan elmi ictimaiyyətinin və saz-söz adamlarının görkəmli alim, aşıq sənətinin bilicisi kimi tanıdığı Əməkdar Elm Xadimi, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı həm də könüllər oxşayan şeirlər müəllifidir. Poeziya həvəskarları onu şair Orxan Paşa kimi tanıyır və şeirlərini sevə-sevə oxuyurlar. Yeri gəlmişkən qeyd edək ki, Orxan Paşanın şeirləri gürcü dilinə də tərcümə olunaraq ötən il Tbilisidə kitab halında nəşr olunmuşdur.

35 -dən səhifə 39