PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

ABŞ-dan gəlmiş professor AAB-nin qonağı olub

Amerika Birləşmiş Ştatlarının Kostal Karolina universitetinin professoru Anna Oldfield Azərbaycan Aşıqlar Birliyinin qonağı olub. AAB sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı ilə görüşən qonaq respublikamızda daha öncə də olub, Azərbaycan aşıq sənəti ilə bağlı tədqiqat işləri aparıb. Əsas tədqiqat sahəsi qadın aşıqlarımızla bağlı olan bu xanım Azərbaycan dili ilə yanaşı, rus və qazax dillərini də bilir ki, bu da elmi axtarışlarında ona çox kömək edir.

20171025_131857.jpg2005-2008-ci illərdə Bakıda elmi-tədqiqat aparan A.Olfield 2013-cü ildə “Azərbaycan qadın aşıqlarının yaradıcılığı” mövzusunda dissertasiya müdafiə edib. Hazırda Kostal Karolina universitetində “Dünya ədəbiyyatı” kafedrasının professorudur. O, qadın aşıqlarımızın həyat və yaradıcılığını tədqiq etməklə yanaşı, Azərbaycan aşıq sənətinin ABŞ-da təbliği istiqamətində də çox iş görüb. Əminə Eldarovanın “Azərbaycan aşıq sənəti” adlı kitabını ingilis dilinə tərcümə edərək ABŞ-da nəşr etdirib, qadın aşıqlarımızın okeanın o tayında çıxışlarını təşkil edib. Ustad aşıq Əkbər Cəfərovun 1964-cü ildə yazıya alınmış və ABŞ senatının kitabxanasında saxlanılan səs yazısını da ilk dəfə respublikamıza məhz bu xanım professor gətirb.
İşgüzar şəraitdə keçən görüşdə amerikalı professor Anna Oldfield aşıq sənəti ilə bağlı gələcək planlarından, bu sənətin Amerikada daha geniş təbliği üçün nəzərdə tutduğu planlarından danışıb, Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə həyata  keçirilməsi nəzərdə tutulan layihələr barədə maraqlı fikir mübadiləsi olub.
Musa Nəbioğlu