PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Aşıq sənətinə yeni töhfə

Son illərdə bir sıra uğurlu layihələrə imza atan, aşıq sənətinə, ustad aşıqların həyat və yaradıcılıqlarına həsr olunmuş kitablar nəşr etdirən, onların ifalarının lentə alınması istiqamətində məqsədyönlü fəaliyyət göstərən Azərbaycan Aşıqlar Birliyi bu istiqamətdə həyata keçirilən işlərin miqyasını və coğrafiyasını daha da genişləndirmək üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrində də uğurlu layihələrlə iştirak edir. Adıçəkilən qurumun 2024-cü il kiçik qrant müsabiqəsində də iştirak edən AAB-nin “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihəsi müsabiqənin “Qərbi Azərbaycana qayıdış prosesi” istiqaməti üzrə qalib olub.

Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, layihənin koordinatoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihənin əsas ideyası Qərbi Azərbaycandakı qeyri-maddi mədəni irsimizin mühüm hissəsi olan aşıq sənəti və bu bölgədəki aşıq mühitlərini təmsil edən çağdaş aşıqlarımızın tanıdılması, onların musiqi repertuarının zənginliyinə diddqətin yönəldilməsidir. Məqsəd Qərbi Azərbaycanın mədəniyyətimizin qədim və mühüm sahələrindən biri olan aşıq sənətinin əsas beşiklərindən biri olmasına diqqət çəkmək, öz dədə-baba torpaqlarından didərgin salınaraq bu gün Azərbaycanın müxtəlif guşələrində məskunlaşmış aşıqların yaradıcılıq fəaliyyətinə əlavə stimul verməkdir. Burada əsas diqqət ona yönəldiləcək ki, çağdaş Qərbi Azərbaycan aşıqları bu gün ölkəmizin müxtəlif bölgələrindfə yaşasalar da, Göyçə, İrəvan, Dərələyəz, Zəngəzur, Ağbaba, Loru-Pəmbək aşıq mühitlərinin ənənəsini necə qoruyub yaşada biliblər.

Layihənin rəhbəri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.