PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“ÜÇ ƏSR KEÇSƏ DƏ...”

M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş tədbir keçirlib. Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecəni giriş sözü ilə muzeyin direktoru, Əməkar Mədəniyyət İşçisi Sevinc Mikayılova açıb.  Sonra  Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Əhliman Şirvanlı və Xalq artisti Rafiq Əzimov çıxış edərək Mola Pənah Vaqifi təkcə “pərvanə tək hüsnün çırağında”, “bir ala gözlünün sorağında” olan lirik şair kimi yox, həm də “gərdişi-dövranı gəcrəftardan” baş çıxaran tarixi şəxsiyyət kimi də xarakterizə ediblər. Qeyd olunub ki, realist poeziyamızın ilk nümunələrini qələmə alan böyük şairin həmin şeirləri ilə poeziya tariximizdə yeni bir dövr başlanılıb.

Böyük şairin yaradıcılığına olan məhəbbət, ədəbiyyat tarixində tutduğu mövqe də onun bənzərsiz poetik istedadından və zamana sığmayan qanadlı misralarından irəli gəlir.
Gecədə aşıqlardan Əməkdar Mədəniyyət işçisi Solmaz Kosayeva “Solmazı”,  Altay Məmmədov, Şaiq İncəli, Avdı Musayev və başqaları aşıq havaları  üstündə Vaqif poeziyasından nümunələr ifa ediblər.
İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında S.Vurğunun “Vaqif” dramından səhnələr və “Qarabağ şikəstəsi” ifa olunub, muzeyin fond materialları əsasında hazırlanan videoçarx nümayiş etdirilib.
M.NƏBİOĞLU