PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“QORQUD ATA AŞIQLAR KARVANI” BAKIDA

2017-ci il oktyabrın 14-də Bakıda R.Behbudov adına Dövlət Mahnı Teatrında Türk dünyası “Qorqud Ata aşıqlar karvanı” adlı konsert keçirilib. Azərbaycan Aşıqlar Birliyi, Türkiyənin Osmaniyyə Bələdiyyəsi, Avrasiya mədəniyyət və sənət dərnəyi və Türk Dünyası Jurnalistlər Federasiyasının birgə təşkilatçılığı ilə ərsəyə gələn tədbiri giriş sözü ilə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı açaraq bu tədbirin keçirilməsinin əhəmiyyətindən söz açıb.

22497446_1386301524822785_1389572546_n.jpgTürk xalqlarının ortaq mədəniyyətindən, Dədə Qorqudun türk dünyasının folkloruna, ədəbiyyatına və mədəniyyətinə təsirindən danışan professor M.Qasımlı qeyd edib ki, ulu babalarımız bir əlində qılınc tutanda bir əlində də saz tutub, bu saz insanların döyüş və mübarizlik ruhunu artırdığı kimi, eyni zamanda bütün dünyaya nümayiş etdirib ki, türk həmişə döyüşün, savaşın, terrorun və qan tökülməsinin deyil, millətlər arasında sülhün və barışın tərəfdarıdır. Türkün coğrafiyasının genişliyi və rəngarəngliyi kimi, sazın imkanları da zəngindir. Saz bizim dünənimiz, bu günümüz və sabahımızdır, Türkün birliyinin simvollarındandır.

Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Dəmir Menderes rəhbərlik etdiyi qurumun fəaliyyətindən, Azərbaycan-Türkiyə dostluğu çərçivəsində gördüyü işlərdən söz açıb, türkdilli dövlətlərdən gəlmiş aşıqların eyni səhnəni bölüşməsinin aşıq sənətinin inkişafı baxımından da böyük əhəmiyyət daşıdığını və bütövlükdə aşıq sənətinə bir töhfə olduğunu vurğulayıb.

Sonra səhnə aşıqların ixtiyarına verilib. Türkiyədən gəlmiş aşıqlar Bayram Dənizoğlu, Fərhat Karaca, Qırğızıstan respublikasından Qulira Kasimkulova, uyğur aşıq Farhat Bazakovla yanaşı Azərbaycan aşıqlarından Əməkdar Mədəniyyət İşçiləri Gülarə Azaflı və Əhliman Şirvanlının, Altay Məmmədli, Nazim Quliyev, Gözəl Kəlbəcərli, Roman Azaflı, Əli Pənahoğlu, Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” qrupu və hazırda Bakıda yaşayıb fəaliyyət göstərən Marta Laurinin ifasında səslənən müxtəlif aşıq havaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

22497796_1386301411489463_1229296408_n.jpgTədbirin sonunda AAB sədri Məhərrəm Qasımlı tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirib. Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Dəmir Menderes tədbirin keçirilməsində fəal iştirak etdiklərinə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə, nazirliyin şöbə müdiri Fikrət Babayevə, millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova, AAB sədri Məhərrəm Qasımlıya, birliyin katibləri Musa Nəbioğlu və Altay Məmmədliyə təşəkkür plagetləri
Musa Nəbioğlu