PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

XAÇMAZDA AŞIQ ƏLƏSGƏRİN BÜSTÜ UCALDILIB

Oktyabrın 21-də Xaçmaz şəhərindəki Şəxsiyyətlər muzeyinin önündəki parkda ustad  Aşıq Ələsgərin büstünün açılışı olub. Tədbiri giriş sözü ilə açan Xaçmaz RİH başçısının müavini İlhamə Nəzərova 2006-cı ildə rayonda yaradılmış Şəxsiyyətlər Muzeyi haqda məlumat verib, qeyd edib ki, muzeyin qarşısında açıq səma altında Azərbaycanın görkəmli şəxsiyyətlərinin ucaldıdığı park bu muzeyin əhəmiyyətini daha da artırır. Əgər bu park-muzeydə 2006-cı ildə 15 görkəmli şəxsiyyətin büstü vardlsa, bu gün onlkarın sayı 50-dən çoxdur. Burada Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, ictimai-siyasi fikir tarixinin görkəmli nümayəndələrinin, məşhur hərbçilərin büstləri ucaldılıb.

Xacmaz-3.jpgSonra söz Aəzrbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlıya verilib. O, Xaçmaz şəhərində belə bir muzeyin yaradılmasını Azərbaycan mədəniyyətinə, incəsənətinə və tarixinə göstərilən böyük ehtiram və qədirşünaslıq kimi dəyərləndirib və rayon rəhbərliyinə öz təşəkkürünü bildirib. Burada ucaldılmış büstlər  sırasında dünyasını dəyişmiş aşıqlara da yer ayrılmasını xalqımızın milli-mənəvi dəyərləri sırasında mühüm yeri olan aşıq sənətinə dövlət səviyyəsində göstərilən qayğı və diqqətin təzahürü kimi dəyərləndirən M.Qasımlı Aşıq Ələsgərin ustad aşıq kimi böyüklüyünü vurğulayıb və ona göstərilən ehtiramı bütövlükdə aşıq sənətinə verilən yüksək qiymət adlandırıb. O da qeyd olunub ki, bu ilin əvvəlində burada XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin də büstü ucaldılıb.
Xaçmaz RİH başçısı Şəmsəddin Xanbabayev rayonda mədəniyyət sahəsində həyata keçirilən quruculuq-abadlıq işlərindən söz açıb, Şəxsiyyətlər muzeyində Aşıq Ələsgərin büstünün ucaldılmasının rayonun həyatında əlamətdar hadisə olduğunu və görkəmli şəxsiyyətlərlə bağlı belə tədbirlərin bundan sonra da davam etdiriləcəyini deyib.
Xaçmaz Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Nazim Ağayev son illərdə regionda mədənəiyyət sahəsində görülən işlərdən və əldə olunan uğurlardan danışıb,  el ağsaqqalı, xeyriyyəçi iş adamı Akif Nəbiyev isə Aşıq Ələsgərin büstünün ucaldılmasını bu böyük ustadın qarşıdan gələn 200 illik yubiley tədbirlərinin başlanğıcı kimi dəyərləndirərək, rayon rəhbərliyinə bu xeyirxah əməllərinə görə təşəkkürünü bildirib.
Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli büstün ucaldılmasında zəhməti keçənlərin hamısına və tədbirin təşkilatçılarına Aşıq Ələsgər ocağı adından minnətdarlq edib.

Xacmaz-2.jpg

Tədbir bir də onunla əlamətdar olub ki, AAB sədri M.Qasımlının bu muzeydə Əməkdar İncəsənət Xadimi, aşıq sənətinin son nəhənglərindən olan, sağlığında ikən klassikləşən Ədalət Nəsibovun da büstünün ucaldılması təklifi Xaçmaz RİH başçısı Ş.Xanbabayev tərəfindən dəstəklənib və elə oradaca bu böyük ustadın büstünün hazırlanması ilə bağlı göstəriş verilib.
Xacmaz-4.jpgSonda aşılqarın ifası olub. Əməkdar Mədəniyyət İşçisi Haşım Qubalı, Altay Məmmədli, Bəhmən Göyçəli, Gözəl Kəlbəcərli və Nazim Quliyevin çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Musa Nəbioğlu