PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“Qorqud Ata aşıqlar karvanı” layihəsinin Türkiyədə yekun konserti keçirilib

Avrasya Kültür və Sənət Dərnəyinin təşkilatçılığı, Osmaniyə Gazeteçiler Cəmiyyəti (OGC), Azərbaycan Aşıqlar Birliyi, KKTC Genç TV və Türk Dünyası Qazeteçilər Federasyonu’nun ortaq layihəsi olan  “Türk Dünyası Korkut Ata Aşıklar Karvanı” festivalı noyabrın 24-də Türkiyənin  Osmaniyə şəhərində keçirilən tədbirlə yekunlaşıb. Osmaniyə Bələdiyyəsinin himayəsi və Türkiyə Cümhuriyyəti Kültür Bakanlığının dəstəyi  ilə gerçəkləşən Aşıqlar şöləni Ahmet Şekip Ersoy Kültür Mərkəzində düzənlənib.

Azərbaycan Aşıqlar Birliyini tədbirdə AAB sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı və aşıqlardan Gözəl Zalova və Nazim Quliyev təmsil ediblər. Türkiyəli aşıqlar Bayram Dənizoğlu,  Mustafa Kurbanoğlu, Temel Turabi, Aşık Feymani, Fərhat Karaca, Özbəkistandan Müazzam İbrahimova, Qırğızıstandan Gülira Kasımkulova, Qazağıstandan Ermanat və Abdullah Gizlicənin iştirakı ilə keçən konsertdə aşıqlarımızın ifası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.  IMG-20171126-WA0001 (1).jpg
Tədbirin baş tutmasında əməyi keçənlərə təşəkkür palagetləri təqdim olunub.   Osmaniyə Gazeteciler Cəmiyyəti Başkanı İsrafil Avcı çıxışında bildirib ki, bu il ilk dəfə düzənlənən bu festivalın qarşıdakı illərdə Qazaxıstan, Qırğızıstan və Türkmənistanda keçirilməsi nəzərdə tutulur.  
Avrasya Kültür ve Sanat Derneği Başkanı Menderes Demir isə çıxışında bu tədbirin keçirilməsində əsas məqsədin  Türkün atası olaraq qəbul edilən qırğızlar, qazaxlar, özbəklər və  Azərbaycanda yaşayan türklər arasında Dədə Qorqudun yadigarı sazımızı yaşadanları bir səhnədə birləşdirmək olduğunu vurğulayıb.   
23843291_10212909476564219_943611679135378269_n.jpgOsmaniyə Bələdiyyə başkanı Kadir Kara isə çıxışında deyib: “Bütün dünya bilir ki, biz Türk Cumhuriyətləriylə bir kökün budaqlarıyıq. Dünyada heç bir güç, heç bir şərt bu birliyi, bu bərabərliyi və qardaşlığı poza bilməz. Dünya coğrafyasında bu gün yaşananlar bu nəcib millətin sahib olduğu mənəvi dəyərlərin gücündən qaynaqlanmaqdadır”.
Osmaniyə valisi Ömər Faruk Coşkun aşıqlıq ənənəsinin türk mədəniyyətində mühüm yer tutduğunu vurğulayıb.
Xatırladaq ki, “Qorqud Ata aşıqlar karvanı” layihəsi çərçivəsində 2017-ci il noyabrın 14-də Bakıda R.Behbudov adına Dövlət Mahnı Teatrında da möhtəşəm tədbir keçirilib.

Musa Nəbioğlu