PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

M.Ə.SABİR ADINA KİTABXANDA GÖRÜŞ

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi ilə paytaxtdakı M. Ə.Sabir adına Kitabxanın birgə layihəsoi olan “Məşhurlarla görüş”ün növbəti qonağı Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı olub. Dekabrın 21-də M.Ə.Sabir adına Kitabxanada keçirilən tədbir professor M.Qasımlının – poeziyasevərlərə həm də gözəl şeirlər müəllifi kimi  yaxşı tanış olan  Orxan Paşanın oxucularla görüşü olmaqla yanaşı, həm də bu yaxınlarda işıq üzü görmüş iki kitabının – publisistik yazıları və zəngin həyat təcrübəsindən doğan düşüncələrindən ibarət “Taleyimdən və ürəyimdən keçənlər” və saz üstə köklənmiş şeirlərinin yer aldığı “Saz başına döndüyüm” kitablarının təqdimatına həsr olunmuşdu.

Tədbiri giriş sözü ilə M.Ə.Sabir adına Kitabxananın direktoru Gülşən Abbasova açaraq Orxan Paşa – Məhərrəm Qasımlı haqqında ətraflı məlumat verib, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, respublikamızın elmi ictimaiyyətinə görkəmli folklorşünas alim kimi yaxşı tanış olan professor həm də gözəl şairdir, şeirlərini Orxan Paşa imzası ilə yazır və indiyədək onun bədii yaradıcılığının məhsulu olan bir neçə kitabı işıq üzü görüb, şeirləri başqa dillərə də tərcümə olunub.
Sonra professor Məhərrəm Qasımlı – şair Orxan Paşa özünün keçdiyi həyat və yaradıcılıq yolundqan, elm sahəsində əldə etdiyi uğurlarla yanaşı, öz qələmini hələ gənclik illərindən həm də poeziyada sınamasından danışıb, şeirlərindən nümunələri səsləndirib.
Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar İncəsənət İşçisi  Musa Nəbioğlu isə M.Qasımlını elmdə böyük uğurlara imza atmış bir alim kimi xarakterizə etməklə yanaşı, poeziyada da öz gücünü sınamasının heç də təsadüfi olmadığını, əksinə elm və poeziyadakı qoşa fəaliyyətinin onun yaradıcı şəxsiyyət obrazını tamamladığını vurğulayıb. O, qeyd edib ki, M.Qasımılının (Orxan Paşanın) aşıq sənətini, bütövlükdə folklorumuzu dərindən bilməsi onun poetik yaradıcılığında da öz əksini tapır və elə son şeirlər kitabını “Saz başına döndüyüm” adlandırması və burada əsasən aşıq şeirinin müxtəlif şəkillərində yazılmış poetik nümunələrin toplanması da bunun bir daha sübutudur.
15142016541410354177_1000x669.jpg
Tədbirdə iştirak edən Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu, aşıqlardan Altay Məmmədli, Gözəl Kəlbəcərli, Könül Bayramova və Əli Zeynalabdinov Orxan Paşanın sözlərini müxtəlif aşıq havaları üsttündə oxuyub, məktəblilər isə şairin şeirlərini səsləndiriblər.
Sonda M.Qasımlı gələcək yaradıcılıq planlarından danışıb və tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.

Musa NƏBİOĞLU