PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

GƏNCƏ DÖVLƏT FİLARMONİYASINDA AŞIQ ƏLƏSGƏRƏ HƏSR OLUNMUŞ GECƏ KEÇİRİLİB

2024-cü il mart ayının 2-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan “Musiqi kimliyimiz” layihəsi çərçivəsində “Azərbaycan aşıqları” adlı elmi-konfrans  və Aşıq Ələsgərə həsr olunmuş təntənəli gecə keçirilib.

Tədbiri giriş sözü ilə açan Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov qeyd edib ki, konfransın və konsertin keçirilməsində məqsəd tarixi ənənələrimizi təbliğ etmək, müasir dövrə gəlib çatmış aşıq sənətini bugünkü nəslə çatdırmaqdır. Vurğulanıb ki, layihə çərçivəsində mütəmadi olaraq müxtəlif aşıqların da gecələrinin keçiriləcəyi nəzərdə tutulur. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı öz çıxışında layihənin böyük əhəmiyyətindən söhbət açıb, qeyd edib ki, ilk dəfə keçirilən bu layihə aşıq sənəti, aşıq yaradıcılığı üçün böyük töhfədir. M.Qasımlı gələcəkdə aşıq sənətinin təbliği üçün mütəmadi olaraq bu cür layihələrin keçirilməsinin arzuedilən olduğunu bildirib.

Aşıq Ələsgərin əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii gecədə ustad sənətkarlar – Əməkdar  mədəniyyət işçiləri Fətulla Göyçəli, Əhliman İbadət Allahverdiyevlər, aşıqlardan Elbrus Hüseynov, Şöhrət Kərimov, Ələddin Göyçəli, Qənbər Allahverdiyev, Əfqan Məmmədov, Vüqar Şəmkirli, Anar Abdullayev, Mirəli Mehdiyev və başqaları müxtəlif aşıq havaları üstündə Aşıq Ələsgərin sözlərini ifa ediblər.

Gecədə Aşıq Ələsgərin nəticəsi, “Dədə Ələsgər Ocağı” ictimai birliyinin sədri Xətai Ələsgərli layihənin təşkilatçılarına təşəkkürünü bildirib.