Azərbaycan aşığı ümumdünya epos festivalında iştirak etmişdir

Azərbaycan Aşıqlar Birliyinin sədr müavini aşıq Altay Məmmədov 28-29 iyun 2019-cu il tarixində ümumdünya xalqlarının 5-ci epos festivalında iştirak etmişdir. Qırğızıstan Dövlət nümayəndələrinin qatıldığı Festivalda 30-dan çox ölkənin nümayəndələri və müxtəlif xalqların sənət adamlarının maraqlı çıxışları olmuşdur. Festivalın açılışındakı konsert proqramında ölkəmizi təmsil edən Altay Məmmədli “Qurbanı” dastanından bir parçanı tamaşaçıların nəzərinə çatdırmışdır.

“AŞIQ PƏRİ MƏCLİSİ” NİN SAZ-SÖZ BAYRAMI

İyunun 10-da Heydər Əliyev Sarayında “Aşıq Pəri məclisi”nin sazlı-sözlü konserti keçirilib. Gecədə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı bu il “Aşıq Pəri məclisi” nin yaranmasının 35 ilinin tamam olduğunu bildirib. Natiq öz çıxışında diqqətə çatdırıb ki, “Aşıq Pəri məclisi” 1984-cü ildə Aşıqlar Birliyinin ilk sədri Xalq Şairi Hüseyn Arifin və Narınc Xatunun təşəbbüsü ilə yaradılıb. Illər boyu bu məclisə unudulmaz saz şairi Narınc Xatun rəhbərlik edib. Aşıqlar Birliyinin diqqəti daim bu məclisin üzərində olub. Məclisdən onlarla istedadlı xanım aşıqlar və el şairləri pərvazlanıb.

Azərbaycan Aşıqlar Birliyinin Sumqayıt bölməsi yadıldı

17.05.2019-çu il tarixində Azərbaycan Aşıqlar Birliyinin Sumqayıt bölməsinin açılışı olmuşdur.
Mərasımdə AAB-nin sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımının göstərişi ılə AAb-nin sədr müavini Altay Məmmədli və birliyin əməkdaşı Yaşar Rüstəmov iştirak etmişlər. İlk sözü Sumqayıt bölməsinin rəhbəri Qənirə Mehdixanlı alaraq təbbir iştirakılarini salamladı.

UNESCO – da aşıq sənətinin qeydə alınmasının 10 illiyi ilə bağlı konsert tədbir

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı ölkəmizdə aşıq sənətinə verilən qiymətdən danışıb. O, ötən müddətdə Paris, Strasburq, London və dünyanın müxtəlif ölkələrində UNESCO səviyyəsində keçirilən mərasimlərdə Azərbaycan aşıq sənətinə verilən yüksək qiymətin bütövlükdə xalqımızın milli-mənəvi dəyərlərinə olan hörmət kimi səciyyələndirib.

"Sazın səsi haqq səsidir" adlı konsert proqramına dəvət edirik

Azərbaycan aşıq sətinin UNESCO-nun qeyri-maddi irs üzrə reprezentativ siyahısında qeydə alınmasının 10 illiyinə həsr olunmuş "sazın səsi haqq səsidir" adlı təntənəli konsert proqramına dəvət edirik.
Tədbir 19 aprel 2019-cu il tarixində, saat 19.00 da Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcəkdir.

AŞIQLARIN ŞEİRLƏRİNDƏN İBARƏT ANTOLOGİYA HAZIRLANIR

Azərbaycan Aşıqlar Birliyində yeni layihəyə start verilib. Belə ki, çağdaş aşıqalrımızın şeir yaradıcılığından ibarət antologiyanın hazırlanmasına başlanılıb. Topluda hazırda yaşyıb-yaradan və bədii yaradıcılıqla da məşğul olan aşıqların aşıq şeirinin müxtəlif şəkillərində yaratdıqları poetik nümunələr – qoşma, gəraylı, təcnis, müxəmməs, cığalı təcnis və s. yer alacaq.
Toplunun bu ilin sentyabr-oktyabrı aylarında nəşr olunaraq geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.

GƏNCƏ ŞƏHƏRİNDƏ “DƏDƏ ŞƏMŞİR – SAZ-SÖZ BAYRAMI” KEÇİRİLİB

Azərbacan Aşıqlar Birliyi, Kəlbəcər rayon İcra hakimiyyəti və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin anadan olmasının 126-cı ildönümü münasibətilə Gəncə şəhərində “Dədə Şəmşir – saz-söz bayramı” keçirlib. Tədbir iştirakçıları əvəlcə görkəmli sənətkarın Göygöl rayonundakı büstünü ziyarət ediblər.

26 -dən səhifə 39