PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Astarada aşıq yubileyi

Azərbaycan Aşıqlar Birliyinin istedadlı nümayəndəsi, ustad aşıq Elxan Astaralının 60 illiyi münasibəti ilə iyun ayının 22-də Aşıqlar Birliyi və Astara İcra Hakimiyyətinin birgə təşkil etdiyi yubiley böyük təntənə ilə keçmişdir. Aşıqlar Birliyi və Astara ictimaiyyətinin təşkil etdiyi bu tədbir rayon Mədəniyyət Mərkəzində olmuşdur. Aşıq Elxanın həyat və sənət yolu barədə məruzə dinlənildikdən sonra yubiliyara ünvanlanmış təbrik və təltiflər təqdim olunmuşdur.

Tədbirdə Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, fəlsəfə doktoru Mehman Qaraxanoğlu, şair Aqil Yaqub, ustad aşıq Məhəmməd Şirvanlı və Altay Məmmədli çıxış edərək yubiliyarı təbrik etmişlər. Aşıq Elxana ustad dərsi verən böyük saz-söz sənətkarı Aşıq Pənah Pənahovun oğlu Taleh Pənahoğlu Salyan ictimaiyyətinin sevgi və salamlarını çatdırmışdır.
Tədbirin sonunda aşıq Elxan Astaralının rəhbərlik etdiyi “Sindan qalası” ansamblının geniş konserti olmuşdur.
Yubileydə Azərbaycan Aşıqlar Birliyindən qonaq gəlmiş aşıqlar da fəal iştirak etmişlər.

35884792_1641842135935388_1629975913154215936_o.jpg

Altay Məmmədli
AAB-ın katibi fəlsəfə doktoru