TÜRKİYƏLİ ALİMLƏR AAB-də QONAQ OLUBLAR

Türkiyənin Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun əməkdaşı dos. dr. Pınar Fedakar və Ege Universiteti Dövlət Türk Musiqisi Konservatoriyasının əməkdaşı Ali Hikmet Gökçen bu günlərdə Azərbaycan Aşıqlar Birliyində qonaq olublar. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı qonaqları salamlayıb, AAB-nin fəaliyyəti və Azərbaycan aşıq sənətinin bu günü ilə bağlı ətraflı məlumat verib.

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ TƏYİNATLAR

Azərbaycan Aşıqlar Birliyində bölgələrdə yaşayan aşıqların fəaliyyətinə daim böyük diqqət yetirilir, onların yaradıcılıqlarının inkişafına hərtərəfli dəstək göstərilir. Bölgələrlə işin daha  səmərəli təşkili üçün bu günlərdə daha bir uğurlu addım atılıb. 2022-ci il iyun ayının 2-də Birliyin Gəncəbasar və Qazax-Ağstafa-Tovuz filiallarında AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının, regional mədəniyyət idarələrinin, yerli icra strukturlarının təmsilçilərinin və aşıqların iştirakı ilə keçirilən toplantılarda bölgələrdə aşıq sənətinin inkişafı və qarşıda duran vəzifələr müzakirə olunub, AAB-nin hər iki filialında təşkilati məsələlər müzakirə olunaraq, yeni təyinatlar həyata keçirilib.

Tovuzda aşıq konserti

Ağstafa Regional Mədəniyyət İdarəsinin (RMİ) Tovuz rayon Nizami adına Mədəniyyət Mərkəzində Tovuz, Qazax, Ağstafa aşıqlarının iştirakı ilə konsert proqramı keçirilib.

RMİ-nin təşəbbüsü və təşkilatçılığı, Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşən konsertdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, Ağstafa RMİ-nin rəisi Nurəddin Mehdiyev, Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri, şair Barat Vüsal, tanınmış aşıqlar, rayonun mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“SAZ-SÖZ AXŞAMI”NIN NÖVBƏTİ BURAXILIŞI AŞIQ KAMANDAR ƏFƏNDİYEVƏ HƏSR OLUNACAQ

Bu il Borçalı aşıq mühitinin görkəmli nümayəndəsi, XX əsrin ikinci yarısında Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus xidmətləri olmuş ustad aşıq Kamandar Əfəndiyevin anadan olmasının 90 illik yubileyi tamam olur. Bu böyük sənətkarın yubileyinin yüksək səviyyədə qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində ayrıca tədbirlər planı hazırlanıb və artıq bu istiqamətdə ilk addımlar atılmaqdadır.

USTAD BALABANÇI TƏLTİF OLUNUB

Bu günlərdə Azərbaycan aşıq sənətinin inkişafında özünəmxsus xidmətləri ilə seçilən, xüsusilə də balaban sənətinin inkiaşfında böyük xidmətləri olan ustad balabançı Tahir Ziyad oğlu İsgəndərov Azərbaycan Aşıqlar Birliyinin “Fəxri balaban ustası” diplomu ilə təltif olunub.

ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİNİN YUBİLEYİ QEYD OLUNUB

“Əməkdar mədəniyyət işçisi", "Tərəqqi" medalı mükafatçısı Sahibə xanım Abdullayevanın 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbir İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib. Yubiley tədbirində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Millət vəkili Novruzəli Aslanov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, ptofessor Məhərrəm Qasımlı, idarə, müəssisə, təşkilat nümayəndələri, rayon ictimaiyyəti və yubliyarın sənət dostları iştirak edib.

SUMQAYITDA ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ AŞIQLARIN GÖRÜŞÜ KEÇİRİLİB

2022-ci il may ayının 17-də Azərbaycan Aşıqlar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığı İLƏ Sumqayıt şəhərində “Bakıdan Şuşaya Zəfər yolu çəkən şəhidlər” adlı ədəbi-bədii gecə keçirilib. 100-ə yaxın şəhid ailəsi və qazilərin iştirakı ilə keçirilən tədbri giriş sözü ilə Azərbaycan Aşıqlar Birliyinin Sumqayıt bölməsinin rəhbəri Qənirə Mehdixanlı açaraq tədbirin keçirilməsində əsas məqsədin 44 günlük müharibədə Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızı yad etmək, onların ailələrinə mənəvi dəstək vermək olduğunu bildirib.

ŞUŞADA KEÇİRİLƏN “XARIBÜLBÜL” BEYNƏLXALQ FOLKLOR FESTİVALINDA AŞIQLAR DA UĞURLA ÇIXIŞ EDİBLƏR

2022-ci il may ayının 12-13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilib. Festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqili folklor yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu ideyasını bütün dünyaya çatdırıb. Festivalın açılışındakı çıxışında bu ideyanın tarixi əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu, 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”.

12 -dən səhifə 39