TƏBRİK EDİRİK!

Aşıq sənətinin inkişafındakı böyük zəhməti olan ustad aşıq və balabançıların, eləcə də bu sənətin tədqiqində və təbliğində xidmətləri olan ziyalıların, sənətsevərlərin əməyinə dəyər verilməsi, onların mükafatlandırılması Azərbaycan Aşıqlar Birliyində bir ənənəyə çevrilib. Bu günlərdə növbəti təltifetmə olub – balaban ustası Ələkbər Ələkbərov AAB-nin təsis etdiyi “Fəxri balaban ustası” adına, Arzu Qurbanov isə aşıq sənətinin təbliğindəki xidmətlərinə görə “Fəxri diplom”a layiq görülüb.

TƏBRİK EDİRİK!

“Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı” çərçivəsində həyata keçirilən tədbirlərdə fəal iştiraklarına, Nizami irsinin təbliği və tanıdılmasında mühüm xidmətlərinə görə bir qrup mədəniyyət işçisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanı ilə təltif olunub.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ MÖHTƏRƏM CƏNAB İLHAM ƏLİYEVƏ!

ilhan eliyev ad gunu

Möhtərəm cənab Prezident!

Sizi doğum gününüz – 60 illik yubileyiniz münasibəti ilə Azərbaycan Aşıqlar Birliyi və çoxsaylı aşıqlar ordusu adından səmimi qəlbdən təbrik edirəm!

Bu gün təkcə Azərbaycanda yox, dünyanın hər yerində Sizi ölkəmizin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərini müəyyən etməyi bacaran, zəngin biliyini və təcrübəsini ölkənin firavanlaşmasına və əhalinin rifahının yüksəldilməsinə yönəlmiş genişmiqyaslı proqramların həyata keçirilməsinə sərf edən səriştəli və uzaqgörən bir lider kimi tanıyırlar.

Sizin müdrikliyiniz və əzmkarlığınız sayəsində Azərbaycan daha güclü və gündən-günə firavanlaşan bir dövlətə çevrilib. Respublikamızın nüfuzunun dünyada möhkəmlənməsi istiqamətində gördüyünüz işlər bu gün öz bəhrəsini verməkdədir.

Sizin rəhbərlik istedadınız, siyasi müdrikliyiniz, uzaqgörənliyiniz, xalqımıza sədaqətlə xidmət etməyiniz və əsl liderlik keyfiyyətləriniz sayəsində Azərbaycanın uğurları gündən-günə artmaqdadır. Xalqımıza bəxş etdiyiniz ən böyük uğur, ən böyük sevinc hissi isə, 44 günlük müharibədə əldə olunan Zəfərlə bağlıdır.

Siz Azərbaycan xalqının böyük oğlu və ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin şanlı işlərini ləyaqətlə davam etdiririsiniz!

Xalqımızın milli-mədəni sərvətlərinə, mədəniyyətimizin inkişafına göstərdiyiniz qayğı, mədəniyyət işçilərinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyiniz tədbirlər biz mədəniyyət işçilərini, bütün yaradıcı insanları daha da ruhlandırır, yeni yaradıcılıq uğurlarına stimul verir.

Möhtərəm İlham Heydər oğlu, Sizi 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun və sağlam ömür, ölkəmizin daha da çiçəklənməsi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.

                                               Məhərrəm Qasımlı

Azərbaycan Aşıqlar Birliyinin sədri,

                                                                                   Dövlət Mükafatı

                                                                    Əməkdar elm xadimi, professor.

AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUBİLEYİ QEYD OLUNUB

Dekabrın 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub.
Tədbir ölkə başçısının Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil edilib.

Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub

Dekabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbir ölkə başçısının Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil edilib.

“Bu aşıq sənəti tarixində bir ilk idi”

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar dekabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə “Leyli və Məcnun” dastan-tamaşasının təqdimatı keçirilib.

PEDAQOJİ UNİVERSİTETDƏ AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUBİLEYİ QEYD OLUNUB

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) filologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan aşıq sənətinin zirvələrindən  biri olan ustad Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibəti ilə" Aşıq Ələsgər - 200" adlı yubiley tədbiri keçirilib.

Tədbirin bədii hissəsində Azərbaycan Aşıqlar Birliyinin üzvü, gənc aşıq Sayad Aydınoğlu, fakültənin məzunu olan gənc aşıq Ceyhun Qurbansoy ustadın irsindən ifalar təqdim edib, fakültədə fəaliyyət göstərən "MEH" ədəbi dərnəyinin üzvləri olan tələbələr Ələsgər yaradıcılığından müxtəlif şeirlər səsləndirib, bədii kompozisiya nümayiş etdiriblər.

ADNSU-da Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub

Dekabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev 2021-ci il fevralın 18-də Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən Aşıq Ələsgərin 200 illik yubileyinin ölkəmizdə təntənə ilə qeyd edildiyini deyib, Aşıq Ələsgərin həyatı və yaradıcılığı haqqında iştirakçılara məlumat verib.

15 -dən səhifə 39