PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ TƏYİNATLAR

Azərbaycan Aşıqlar Birliyində bölgələrdə yaşayan aşıqların fəaliyyətinə daim böyük diqqət yetirilir, onların yaradıcılıqlarının inkişafına hərtərəfli dəstək göstərilir. Bölgələrlə işin daha  səmərəli təşkili üçün bu günlərdə daha bir uğurlu addım atılıb. 2022-ci il iyun ayının 2-də Birliyin Gəncəbasar və Qazax-Ağstafa-Tovuz filiallarında AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının, regional mədəniyyət idarələrinin, yerli icra strukturlarının təmsilçilərinin və aşıqların iştirakı ilə keçirilən toplantılarda bölgələrdə aşıq sənətinin inkişafı və qarşıda duran vəzifələr müzakirə olunub, AAB-nin hər iki filialında təşkilati məsələlər müzakirə olunaraq, yeni təyinatlar həyata keçirilib.

Azərbaycan Aşıqlar Birliyinin Gəncəbasar filialına aşıq Elbrus Hüseyn oğlu Hüseynov sədr, Saleh Ələddin oğlu Tağıyev və Elnur Elşən oğlu Əmirov isə onun müavinləri seçiliblər. İclasda həmçinin filialın aşağıdakı bölmələrinə təmsilçilər də təyin olunub: Gəncə şəhər bölməsinə Şöhrət Elman oğlu Kərimov və İlqar Nəcəf oğlu Nəcəfov; Goranboy bölməsinə Elnur Elşən oğlu Əmirov; Daşkəsən bölməsinə Saleh Ələddin oğlu Tağıyev; Kəlbəcər bölməsinə Əhliman Məhəmməd oğlu Allahverdiyev və Əfqan Əvəz oğlu Məmmədov; Göygöl bölməsinə isə Fətulla Əbdüləzim oğlu Əliyev və Ələddin Musa oğlu Süleymanov.

Azərbaycan Aşıqlar Birliyinin Qazax-Ağstafa-Tovuz filialına isə aşıq Camoy Camoy oğlu Qurbanov sədr seçilib. Eyni zamanda Hüseyn Şəmistan oğlu Dərgahquliyev Qazax, Hakim Mikayıl oğlu Zeynalov və Məmməd İsmayıl oğlu Ələsgərov Tovuz, Hüseyn Əziz oğlu Hüseynov isə Ağstafa bölmələri üzrə təmsilçilər seçiliblər.

Hər iki filial və müvafiq bölmələrdə rəhbər vəzifələrə təyinatlar üzrə AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı müvafiq əmr imzalayıb.

WhatsApp Image 2022-06-07 at 11.29.36.jpg

WhatsApp Image 2022-06-07 at 11.29.37.jpg

WhatsApp Image 2022-06-07 at 11.29.361.jpg

WhatsApp Image 2022-06-07 at 11.29.372.jpg