PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

TÜRKİYƏLİ ALİMLƏR AAB-də QONAQ OLUBLAR

Türkiyənin Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun əməkdaşı dos. dr. Pınar Fedakar və Ege Universiteti Dövlət Türk Musiqisi Konservatoriyasının əməkdaşı Ali Hikmet Gökçen bu günlərdə Azərbaycan Aşıqlar Birliyində qonaq olublar. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı qonaqları salamlayıb, AAB-nin fəaliyyəti və Azərbaycan aşıq sənətinin bu günü ilə bağlı ətraflı məlumat verib.

Qarşılıqlı fikir mübadiləsi əsasında keçən görüşdə Türkiyədə və Azərbaycanda, eləcə də Borçalıda və Cənubi Azərbaycanda aşıq sənətinin bu günkü durumu ilə bağlı maraqlı fikirlər səsləndirilib. Qonaqlar xüsusilə də Borçalı aşıq mühiti, Borçalı aşıqlarının həyat və yaradıcılıqları, Borçalı aşıq havalarının özəllikləri ilə maraqlanıblar.

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya elmləri doktoru, professor Mahmud Allahmanlının da iştitrak etdiyi görüşün sonunda xatirə şəkli çəkdirilib, qonaqlara Azərbaycan aşıq sənəti və eyni zamanda Borçalı aşıq mühitinə aid kitablar hədiyyə olunub.
Görüşdə həmçinin Aşıqlar Birliyinin əməkdaşları – Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı, Şahniyar Mikayıloğlu, Xatirə Vəliyeva və Gülbəyaz Dadaşova da iştirak ediblər.
IMG 20220610 WA0018 copy 800x600
IMG 20220610 WA0017 copy 800x600