GƏNC AŞIQLARA QAYĞI DAVAM ETDİRİLİR

Artıq xeyli vaxtdır ki, Azərbaycan Aşıqlar Birliyində “Yeni aşıq səsləri” adlı layihə üzərində iş gedir. Layihə çərçivəsində 17-25 yaş arasında olan gənc aşıqlara qayğı və diqqət göstərilir, sənət yollarında ilk kövrək addımlarına atan bu gənclərin ustadlardan hərtərəfli bəhrələnərək gələcəyin kamil sənətkarı kimi yetişmələrinə yardım edilir, onlar efir məkanına çıxarılırlar.

AŞIQ ŞAKİRİN 100 İLLİK YUBİLEYİ AĞSUDA QEYD OLUNUB

2022-ci il aprelin 28-də Ağsu rayon Mədəniyyət Sarayında AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı və İsmayıllı Regional Mədəniyyət İdarəsinin Ağsu rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Aşıq Şakirin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Leyliyə Məcnunun gözü ilə baxanda...

Yarandığı zamanla bağlı Azərbaycan şifahi xalq ədəbiyyatının maraq doğuran nümunələrindən biri – “Leyli və Məcnun” dastanının tərcümeyi-halında Nizami Gəncəvi yubileylərinin xüsusi yeri var. Dastan ilk dəfə Nizaminin 800-illik yubiley tədbirləri çərçivəsində, 1941-ci ildə “Nizami əsərlərinin el variantları” adlı kitabda nəşr olunub.

XANIM AŞIĞIN İKİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

Qadın aşıqlar arasında özünəməxsus ifa tərzi ilə seçilən Həqiqət (Həqiqət Xankişi qızı Xəlilova) həm də bədii yaradıcılıqla məşğul olur. “Sazlı-sözlü dünyam” adlı ilk kitabı 2011-ci ildə nəşr olunub. Bu günlərdə isə onun iki yeni kitabı işıq üzü görüb. Hər iki kitabın naşiri şair Musa Ələkbərli, redaktoru professor Minaxanım Nuriyeva-Təkləlidir. “Bir dəstə çiçəyin həsrətindəyəm” adlı kitabda müxtəlif mövzularda yazdığı qoşma, gəraylı, divani və müxəmməsləri yer alıb. Professor Minaxanım Nuriyeva-Təklənin kitaba yazdığı ön söz də vurğulladığı kimi, Həqiqətin özünəməxsus poeziya aləmi var.

USTAD AŞIQ TƏLTİF OLUNDU

Aşıq sənətinin inkişafında müstəsna xidmətləri olan aşıqların zəhmətinin qiymətləndirilməsinə daim böyük önəm verən Azərbaycan Aşıqlar Birliyində daha bir ustad aşığın sənətə xidmətləri layiqli qiymətini alıb.

Altay MƏMMƏDLİ – 50

Hörmətli Aşıq Altay Məmmədli!

Sizin çox maraqlı sə­nət­kar tale­yi­niz vardır. Arxada qoyuğunuz bu 50 ildə özünüzdən əvvəlki ustad­lara, sazımıza layiq olan bir ömür yaşamış, kamil ustadlardan dərs alaraq Azərbaycanda adı həmişə hörmətlə çəkilən aşıqlar sırasında dayanmı­sı­nız.

Müasir dövrümüzdə Azərbaycan aşıq sənətinin layiqli davamçıların­dan­ olan ustad aşıq kimi şərəfli bir ömür yolu keçərək ömrünüzün 30 ildən çoxunu bu sənətə həsr etmisiniz. Kamil bir sənətkar kimi şöhrətiniz Azərbaycanın hüdudlarını çoxdan aşıb. İndi sizi təkcə Azərbaycanda yox, Türkiyədə, Cənubi Azərbaycanda, Gürcüstanda və digər ölkələrdə də yaxşı tanıyır və sevirlər.

Siz həm də elmi-tədqiqatla məşğul olaraq aşıq sənətini, klassik aşıqlarımızın həyat və yaradıcılıqlarını tədqiq edir, filologiya üzrə fəlsəfə doktoru kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bu sənətin sirlərini böyük həvəslə gənclərə öyrədirsiniz. Bu gün sənətə gələn neçə-neçə gənc aşıqlığın sirlərini məhz sizdən öyrənib, sizi özünə ustad sayır.

Siz kamil bir sənətkar kimi hər yerdə el məhəbbəti qazanmısınız, aşıq sənəti qarşısındakı xidmətləriniz daim yüksək qiymətləndirilib. Dəfələrlə fəxri fərman və diplomlarla təltif olunub, müxtəlif mükafatlara layiq görülübsünüz.

Siz sazımızı yaşadan, keçdiyi həyat və yara­dı­cı­lıq yolu bu gün sənətə gəlmək istəyən cavanlara örnək olan, gənclik təra­vətini, səliqə-səhmanını qoruya-qoruya püxtələşib müdrikləşən sənətkarlarımızdansınız.

Sizi – Azərbaycan aşıq sənətinin layiqli nümayəndəsini anadan ol­ma­ğınızın 50 illik yubileyi münasibəti ilə təbrik edir, sağlam və gümrah olmağınızı, bundan sonra da bir ustad aşıq kimi ozan-aşıq sənətinə yeni-yeni töhfələr verməyinizi arzulayırıq!    

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

YENİYETMƏ AŞIQLARIN DƏDƏ ŞƏMŞİR ADINA V SAZ-SÖZ MÜSABİQƏSİ KEÇİRİLİB

Ölkəmizdə aşıq sənətinin inkişafına göstərilən hərtərəfli qayğı və diqqət son illərdə bu sənətə gənclər və yeniyetmələr arasında marağın daha da artmasına səbəb olub. Gənclər və yeniyetmələr arsında paytaxt Bakı ilə yanaşı ayrı-ayrı bölgələrdə də müntəzəm olaraq keçirilən müxtəlif müsabiqə və yarışmalar isə onlarda əlavə stimul yaradır. Mədəniyyət nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə yeniyetmələr arsında keçirilən Dədə Şəmşir adına saz-söz müsabiqəsi artıq ənənəyə çevrilib.

TƏBRİK EDİRİK!

Azərbaycan Aşıqlar Birliyində aşıq sənətinin inkişafında xidmətləri olan aşıqlara daim böyük diqqət göstərilir. Ustad sənətkarların ifalarından ibarət video və audio disklər buraxılır, onların poetik yaradıcılıq nümunələrindən ibarət kitablar nəşr etdirilir. Eyni zamanda ustad aşıqlara mənəvi dəstək göstərilir, onların xidmətləri qiymətləndirlir.

13 -dən səhifə 39