PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİNİN YUBİLEYİ QEYD OLUNUB

“Əməkdar mədəniyyət işçisi", "Tərəqqi" medalı mükafatçısı Sahibə xanım Abdullayevanın 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbir İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib. Yubiley tədbirində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Millət vəkili Novruzəli Aslanov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, ptofessor Məhərrəm Qasımlı, idarə, müəssisə, təşkilat nümayəndələri, rayon ictimaiyyəti və yubliyarın sənət dostları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Millət vəkili Novuzəli Aslanov Sahibə xanımı təbrik edərək, onun yaradıcılıq yoluna nəzər salıb. Qeyd edib ki, həm respublika, həm də rayon tədbirlərində İsmayıllını layiqincə təmsil edən Sahibə xanıma ən böyük qiyməti ölkə başçısı, Prezident İlham Əliyev verərək onu “Tərəqqi” medalına və “Əməkdar mədəniyyət işçisi” adına layiq görüb. Daha sonra Millət vəkili Sahibə xanıma Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “100 illik yubiley” medalını təqdim edib.

Sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov çıxış edərək Sahibə xanımı 65 illik yubileyi münasibətilə təbrik edib, səbəbkara rayonda təşkil olunan mədəni-kütləvi tədbirlərdə iştirakına və 65 illik yubileyi münasibətilə RİH başçısının təşəkkürnaməsini təqdim edib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, ptofessor Məhərrəm Qasımlı yubilyarı təbrik edərək Azərbaycan Aşıqlar Birliyinin fəxri diplomunu təqdim edib.

Tədbirdə həmçinin S.Abdullayevanın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Digər çıxış edənlər də yubilyara xoş arzularını çatdırıblar.

  1. S. Abdullayeva ona göstərilən diqqət və qayğıya görə tədbirin keçirilməsində əməyi keçən hər kəsə öz dərin təşəkkür və minnətdarlığını bildirib.

Yubiley tədbirində “Niyal” instrumental və “Aşıqlar” ansamblları rəngarəng konsert proqramı ilə çıxış ediblər.