PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Tovuzda aşıq konserti

Ağstafa Regional Mədəniyyət İdarəsinin (RMİ) Tovuz rayon Nizami adına Mədəniyyət Mərkəzində Tovuz, Qazax, Ağstafa aşıqlarının iştirakı ilə konsert proqramı keçirilib.

RMİ-nin təşəbbüsü və təşkilatçılığı, Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşən konsertdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, Ağstafa RMİ-nin rəisi Nurəddin Mehdiyev, Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri, şair Barat Vüsal, tanınmış aşıqlar, rayonun mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılar mərkəzin foyesində təşkil olunmuş klassik aşıqların şəxsi əşyaları, müxtəlif konsertlərdə çıxışlarını əks etdirən fotolar, təltifləri və onların haqqında yazılmış və özlərinin müəllifi olduğu kitablardan ibarət sərgiyə baxıblar.

Ağstafa RMİ-nin rəisi Nurəddin Mehdiyev, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı çıxış edərək ölkəmizdə aşıq sənətinə verilən qiymətdən, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sənətə diqqət və qayğısından söz açıblar. Bildirilib ki, aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi də bu diqqətin bariz nümunəsidir. Çıxışlarda həmçinin bölgə aşıqlarının iştirakı ilə keçirilən bu tipli tədbirlərin regionda aşıq sənətinin inkişafına töhfə vermək baxımından əhəmiyyəti vurğulanıb.

Sonra konsert proqramı təqdim olunub. Aşıq Əsəd Rzayev adına Tovuz şəhər Uşaq musiqi məktəbinin “Misri” ansamblı, aşıqlardan Şəmşəd Elmanoğlu, Günel Tovuzlu, Samir Cəlaloğlu, Eldar Əsədoğlu, paytaxtdan dəvət olunmuş Şəhriyar Qaraxanlı, Elməddin Tovuzlu və başqaları aşıq havalarını ifa edib, dastanlardan parçalar səsləndiriblər.


Warning: array_shift() expects parameter 1 to be array, null given in /var/www/emilja01/data/www/azerab.az/libraries/expose/core/layout.php on line 117