PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

ŞUŞADA KEÇİRİLƏN “XARIBÜLBÜL” BEYNƏLXALQ FOLKLOR FESTİVALINDA AŞIQLAR DA UĞURLA ÇIXIŞ EDİBLƏR

2022-ci il may ayının 12-13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilib. Festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqili folklor yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu ideyasını bütün dünyaya çatdırıb. Festivalın açılışındakı çıxışında bu ideyanın tarixi əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu, 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”.

Festivalın açılışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisuyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərini və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini əks etdirən videoçarx təqdim edilib.

Festivalda digər mədəniyyət təşkilatlarının nümayəndələri ilə yanaşı, Azərbaycan Aşıqlar Birliyinin təmsilçiləri də uğurla çıxış ediblər. Əməkdar mədəniyyət işçisi Gülarə Azfalının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu, Elman Talıstanlının rəhbərlik etdiyi İsmayıllı rayonunun  “Aşıqlar” ansamblı və tanınmış balaban ustası, Əməkdar mədəniyyət işçisi Rasim Ələsgərovun, eləcə də Əməkdar mədəniyyət işçisi Samirə ƏliyevaƏli Tapdıqoğlunun çıxışları yerli musiqisevərlərlə yanaşı, festivalın xarici qonaqları tərəfindən də böyük rəğbətlə qarşılanıb.

Şuşada keçirilən bu festival işğaldan azad olunan ərazilərdə həyata keçirilən böyük quruculuq layihələri və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpası kimi mühüm əhəmiyyət kəsb edir.

16052022-01.jpg

16052022-04.jpg

 16052022-02.jpg

 

 

16052022-03.jpg