PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“ŞUŞA İLİ”NƏ 37 SAYLI MUSİQİ MƏKTƏBİ ŞAGİRDLƏRİNİN SAZ-SÖZ ƏRMƏĞANI

2022-ci il aprelin 18-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayonundakı 37 saylı Uşaq Musiqi məktəbinin saz sinfi şagirdlərinin "Şuşa ili"nə həsr olunmuş "Zəfər" adlı konserti kecirilib.

Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, rəis müavini Nazim Əliyev, Musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva, baş məsləhətçi Mehriban Qurbanova, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının müavini Könül Axundova, AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, ADMIU-nun “Aşıq sənəti” kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Əhliman Rəhimov, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva, sənətşunaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimov, Azərbaycan Respublikasının xalq artistləri Vamiq Məmmədəliyev və Teyyub Aslanov, Əməkdar artistlər Mirnazim Əsədullayev və Əliağa Sədiyev, II Qarabağ müharibəsinin qaziləri Qasım Qasımov və Yusif Hümmətov, eləcə də rayondakı musiqi məktəblərinin direktorlari və saz siniflərinin müəllimləri də iştirak ediblər.

Tədbirin aparıcısı Aysel Uğurlu milli-mənəvi dəyərlərimizə, muğam və aşıq sənətinə dövlətin qayğısı, milli mənəvi dəyərlərimizin dünyaya tanıdılması və inkişafına görə Ulu Öndər Heydər Əliyevin, onun layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının və Mehriban xanım Əliyevanın bu yolda gördüyü işlər barəsində məlumat verdikdən sonra Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edib. O, respublikamızın ali və orta ixtisas təhsil ocaqlarında və uşaq musiqi məktəblərində aşıq sənətinin tədrisi və bu sənətin inkişafı naminə görülən işlərdən danışıb, 37 saylı Uşaq Musiqi məktəbinin Saz sinfinin müəllim və şagird kollektivinin son illərdə əldə etdiyi uğurları təqdir edib.

Konsertdə şagirdlərin ifasında səsləndirilən müxtəlif aşıq havaları, xalq mahnıları və bəstəkar əsərləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Tədbirin sonunda AAB-nin sədri Məhərrəm Qasımlı və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxış edərək konsert barədə xoş təəssüratlarını bölüşüb, tədbirin təşkilatçılarına və saz sinfinin müəllimləri Sahib İsmiyev və Səməd Davıdova, çıxış edən şagirdlərə, bütövlükdə məktəbin pedaqoji kollektivinə uğurlar arzulayıblar.

 Sonda məktəbin direktoru Möhüb Babayev tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.


Warning: array_shift() expects parameter 1 to be array, null given in /var/www/emilja01/data/www/azerab.az/libraries/expose/core/layout.php on line 117