PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Möhtərəm cənab Prezident!

Bu il Azərbaycan aşıq sənətinin görkəmli siması, misilsiz sənətkarlıqla yaratdığı poetik əsərlərində xalqımızın milli-mənəvi varlığını böyük ustalıqla canlandıran, aşıq sənəti və ədəbiyyatının inkişafında böyük xidmətləri olan saz-söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi tamam olur. Ölkəmizin bütün saz-söz adamlarının, çoxsaylı aşıqlar ordusunun adından böyük minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, bu ölməz sənətkarın 200 illik yubileyinin geniş qeyd olunması ilə bağlı bu il fevralın 18-də imzaladığınız sərəncama uyğun olaraq respublikamızın hər yerində yubiley tədbirləri keçirilməkdədir. Sizin imzaladığınız həmin sərəncam və sərəncamdan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi anadan olmasının 150 illik yubileyi Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə Moskvada və Bakıda, eləcə də, doğulduğu Göyçə mahalında böyük təntənə ilə qeyd edilən, daha sonra isə 175, 180 və 190 illik yubileyləri yenə də Ulu öndərin və Sizin sərəncamlarınızla qeyd olunan Aşıq Ələsgərə böyük ehtiram olmaqla yanaşı, həm də bütövlükdə mədəniyyətimizin mühüm bir qolu olan  aşıq sənətinə verilən qiymət və daim bu sənətə göstərdiyiniz diqqət və qayğının növbəti təzahürüdür.

      Bakı şəhərində Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında 2021-ci il noyabrın 30-da imzaladığınız sərəncam isə Sizin Aşıq Ələsgər kimi ölməz saz-söz ustadına, bütövlükdə aşıq sənətinə növbəti qayğınız və diqqətiniz kimi böyük əhəmiyyətə malikdir və sənət adamları tərəfindən sevinc və rəğbət hissi ilə qarşılanıb.

      Möhtərəm cənab Prezident! Böyük saz-söz ustadı kimi təkcə Azərbaycanda deyil, eyni zamanda aşıq sənətinin yayıldığı digər ölkələrdə də yaxşı tanınan və sevilən Aşıq Ələsgərə və bütövlükdə mədəniyyətimizə, onun mühüm qolu olan aşıq sənətinə göstərdiyiniz daimi diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildirirəm.

Azərbaycan Aşıqlar                                              Məhərrəm Qasımlı 

   Birliyinin sədri                                                   Dövlət Mükafatı laureatı,

                                                                           Əməkdar elm xadimi, professor.


Warning: array_shift() expects parameter 1 to be array, null given in /var/www/emilja01/data/www/azerab.az/libraries/expose/core/layout.php on line 117