PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

TƏBRİK EDİRİK!

“Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı” çərçivəsində həyata keçirilən tədbirlərdə fəal iştiraklarına, Nizami irsinin təbliği və tanıdılmasında mühüm xidmətlərinə görə bir qrup mədəniyyət işçisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanı ilə təltif olunub.

Təltif olunanlar arasında Azərbaycan Aşıqlar Birliyinin üzvlərindən Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva, Qələndər ZeynalovƏli Zeynalabdinov da var. Onlar bu mükafata 2021-ci il dekabrın 17-də Heydər Əliyev Sarayında tamaşaçılara təqdim olunan “Leyli və Məcnun” dastan-tamaşasındakı uğurlu çıxışlarına görə layiq görülüblər. Bu munasiibətlə aşıqlarımızı təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

PSX 20220106 123344

Xatırladaq ki, “Leyli və Məcnun” dastan-tamaşası görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin eyniadlı məsnəvisi üzərində aşıqların ərsəyə gətirdiyi dastan əsasında hazırlanmışdır. Dastan-tamaşanın ssenari müəllifləri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və filologiya üzrə fəlsəfə doktoru, aşıq Altay Məmmədlidir.

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ


Warning: array_shift() expects parameter 1 to be array, null given in /var/www/emilja01/data/www/azerab.az/libraries/expose/core/layout.php on line 117