PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ MÖHTƏRƏM CƏNAB İLHAM ƏLİYEVƏ!

ilhan eliyev ad gunu

Möhtərəm cənab Prezident!

Sizi doğum gününüz – 60 illik yubileyiniz münasibəti ilə Azərbaycan Aşıqlar Birliyi və çoxsaylı aşıqlar ordusu adından səmimi qəlbdən təbrik edirəm!

Bu gün təkcə Azərbaycanda yox, dünyanın hər yerində Sizi ölkəmizin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərini müəyyən etməyi bacaran, zəngin biliyini və təcrübəsini ölkənin firavanlaşmasına və əhalinin rifahının yüksəldilməsinə yönəlmiş genişmiqyaslı proqramların həyata keçirilməsinə sərf edən səriştəli və uzaqgörən bir lider kimi tanıyırlar.

Sizin müdrikliyiniz və əzmkarlığınız sayəsində Azərbaycan daha güclü və gündən-günə firavanlaşan bir dövlətə çevrilib. Respublikamızın nüfuzunun dünyada möhkəmlənməsi istiqamətində gördüyünüz işlər bu gün öz bəhrəsini verməkdədir.

Sizin rəhbərlik istedadınız, siyasi müdrikliyiniz, uzaqgörənliyiniz, xalqımıza sədaqətlə xidmət etməyiniz və əsl liderlik keyfiyyətləriniz sayəsində Azərbaycanın uğurları gündən-günə artmaqdadır. Xalqımıza bəxş etdiyiniz ən böyük uğur, ən böyük sevinc hissi isə, 44 günlük müharibədə əldə olunan Zəfərlə bağlıdır.

Siz Azərbaycan xalqının böyük oğlu və ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin şanlı işlərini ləyaqətlə davam etdiririsiniz!

Xalqımızın milli-mədəni sərvətlərinə, mədəniyyətimizin inkişafına göstərdiyiniz qayğı, mədəniyyət işçilərinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyiniz tədbirlər biz mədəniyyət işçilərini, bütün yaradıcı insanları daha da ruhlandırır, yeni yaradıcılıq uğurlarına stimul verir.

Möhtərəm İlham Heydər oğlu, Sizi 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun və sağlam ömür, ölkəmizin daha da çiçəklənməsi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.

                                               Məhərrəm Qasımlı

Azərbaycan Aşıqlar Birliyinin sədri,

                                                                                   Dövlət Mükafatı

                                                                    Əməkdar elm xadimi, professor.


Warning: array_shift() expects parameter 1 to be array, null given in /var/www/emilja01/data/www/azerab.az/libraries/expose/core/layout.php on line 117