AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
“Aşıq Ədalətlə bağlı həyata keçirmək istədiyimiz planlar çoxdur” - Aşıqlar Birliyi
Featured

“Aşıq Ədalətlə bağlı həyata keçirmək istədiyimiz planlar çoxdur” - Aşıqlar Birliyi

22.09.2017

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ədalət Nəsibov ötən həftə 78 yaşında dünyasını dəyişdi.

El sənətkarı vəsiyyətinə uyğun olaraq, ata-baba yurdu Qazaxda dəfn olundu.
Qeyd edək ki, “Ruhani”, “Yanıq Kərəm”, “”Qaraçı”, “Naxçıvani”, “Ürfani”, “Divani” və s. kimi xeyli sayda saz havalarının möhtəşəm ifaçısı olan Aşıq Ədalət nəinki Azərbaycanda, eləcə də bütün türk dünyasında sevilir.

Azırbaycan Aşıqlar Birliyi hələ sənətkarın sağlığında dövrün ustad aşıqlarına ithaf etdiyi kitablar seriyasında Aşıq Ədaləti də unutmamışdı. Maraqlıdır, aşıqların cəm olunduğu qurum dünyasını dəyişən ustadın xatirəsini yad etmək, ruhuna ithaf olaraq nə kimi tədbirlər və layihələr həyata keçirəcək?

Modern.az-a bu barədə açıqlama verən birliyin katibi Musa Nəbioğlu Aşıq Ədalətlə bağlı gələcəkdə bir çox planların olduğunu bildirib:

“Ədalət Nəsibov təkcə yubileydən-yubileyə, yaxud da ancaq xatirə günündə xatırlanacaq sənətkar deyil. Ədalət Nəsibov kimi sənətkarlar heç zaman ölmürlər, sadəcə, məkanlarını dəyişirlər. XX əsrin ortalarından sənətə gələn bu böyük sənətkar Azərbaycan aşıq sənətinin çox böyük simasıdır. Dünyanın bir çox ölkələrində mədəniyyətimizi ləyaqətlə təmsil edərək, özünün ecazkar və bənzərsiz ifası ilə sazımızın şöhrətini daha da ucaldıb. Özündən sonra zəngin irs və böyük bir məktəb qoyub. Ədalət Nəsibov eyni zamanda Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvü idi, Birliyin 1 nömrəli üzvlük vəsiqəsini də məhz o daşıyırdı. Bütün bunlar da sübut edir ki, bu böyük sənətkar heç zaman unudulmayacaq. Onunla bağlı görüləcək tədbirlərə gəlincə isə, demək istəyirəm ki, bir neçə ay bundan əvvəl - özünün sağlığında Aşıqlar Birliyinin layihəsi olan "Günümüzün ustad aşıqları" seriyasından ayrıca bir kitabı ona həsr etdik. Allaha şükür ki, bu kitabı özü də gördü və bəyəndi. Bundan sonraya gəlincə isə bir daha qeyd edirəm ki, Ədalət Nəsibov yalnız hansısa əlamətdar günlərdə deyil, hər zaman xatırlanacaq. Onunla bağlı kitablar nəşr olunacaq, xatirə gecələri keçiriləcək.. Ümumiyyətlə, Ədalət Nəsibovla bağlı gələcəkdə həyata keçirmək istədiyimiz planlar çoxdur. Bunların hamısını sadalamasam da, inşallah, zaman-zaman hamısı reallaşacaq”.

N.Nihad

USTAD AŞIQ MAİS GƏNCƏLİ XƏSTƏXANADA ZİYARƏT EDILDI.
images/21741398_1360313310754940_1821432539_n.jpg
Featured

USTAD AŞIQ MAİS GƏNCƏLİ XƏSTƏXANADA ZİYARƏT EDILDI.

14.09.2017

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm xadimi, professor Məhərrəm Qasımlı və Birliyin katibi Altay Məmmədlı sentyabrın 13-də Bakı şəhərində xəstəxanada müalicə olunan ustad aşıq, Əməkdar Mədəniyyət İşçisi Mais Gəncəliyə baş çəkiblər. Ustadın sağlıq durumu ilə maraqlanan sədr ona Allahdan şəfa diləyib, tezliklə sağalaraq yenidən öz sənətiylə pərəstişkarlarını sevindirməsini arzulayıb.

Xatırladaq ki, 1947-ci ildə anadan olmuş Mais Gəncəli çağdaş dövrümüzdə aşıq sənətinin inkişafında və təbliğində özünəməxsus xidmətləri olan ustad sənətkardır. Son zamanlar səhhətində yaranmış ciddi problemlə əlaqədar hazırda Bakı şəhərində müalicə olunur.

 Ustad aşıqlara həsr olunmuş 9 kitabın təqdimatı olub
Featured

Ustad aşıqlara həsr olunmuş 9 kitabın təqdimatı olub

06.07.2017

İyulun 5-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin yeni layihəsi olan “Günümüzün ustad aşıqları” seriyasindan nəşr olunmuş 9 kitabın təqdimatı keçirilib. Kitabların məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanı və redaktoru isə AAB-ın katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğludur.

AZƏRTAC xəbər verir ki, bədii-yaradıcılıq xarakterli tədbir Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq Aşıqlar Birliyi ilə birgə həyata keçirdikləri tədbirlərdən söz açıb. O, aşıq musiqisinin Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olduğunu söyləyib, kitabların nəşr edilməsini yüksək qiymətləndirib.

14992719185283244563_1000x669.jpg

Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı rəhbərlik etdiyi qurum tərəfindən bir çox layihələrin reallaşdırıldığını vurğulayaraq təqdimatı keçirilən kitablar barədə məlumat verib. Bildirib ki, 2016-cı ilin sonlarında Aşıqlar Birliyi bu layihəyə start verib. “Günümüzün ustad aşıqları” adlanan bu layihə çərçivəsində dövrümüzün ustad aşıqlarından Əməkdar İncəsənət Xadimi Ədalət Nəsibov, Əməkdar Mədəniyyət işçiləri İsfəndiyar Rüstəmov, Ulduz Sönməz, Mahmud Məmmədov, Xanmusa Musayev, Yanvar Bədəlov, Haşım Qubalı, Fətulla Əliyev və Əli Quliyevin hər biri haqqında ayrıca kitab nəşr olunub. Respublikamızda və onun hüdudlarından kənarlarda kifayət qədər tanınan bu ustadlardan dördü – Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və Ulduz Sönməz həm də Prezident təqaüdçüləridir.

“Elm və Təhsil” nəşriyyatında işıq üzü görmüş bu kitablar yüksək poliqrafik tərtibatı ilə yanaşı, həm də hər bir ustada fərdi qaydada yanaşmaqla özünəməxsus bir üslubda hazırlanması ilə diqqəti çəkir. Hər bir ustadın ayrılıqda həyat və sənət yolundan bəhs edən kitablarda, eyni zamanda, onlar haqqında respublikamızın tanınmış elm və sənət adamlarının ürək sözləri, onlara ithaf olunmuş şeirlər və eləcə də, özlərinin yaradıcılığından seçmə nümunələrin yer alması, bu ustadların həyatlarının müxtəlif məqamlarını əks etdirən qiymətli fotoşəkillərin verilməsi təqdirəlayiq haldır. Bu mənada, hər kitab bir ustad haqqında bir növ ensiklopedik məlumat toplusu xarakteri daşıyır.

Azərbaycan Aşıqlar Birliyinin sədri ölkəmizdə aşıq sənətinə göstərilən diqqət və qayğıdan söhbət açaraq ümummilli lider Heydər Əliyevin bu sahədə tarixi xidmətlərini vurğulayıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəniyyətimizin inkişafına diqqət və qayğısı nəticəsində mədəni irsimiz, incəsənətimiz, o cümlədən aşıq sənəti dünya miqyasında tanınır. Məhz onun səyi və yorulmaz fəaliyyəti nəticəsində 2009-cu ildən Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Birliyin sədri aşıq sənətinin təbliği istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də layihələrin həyata keçirildiyini vurğulayıb.

Məhərrəm Qasımlı Azərbaycan Aşıqlar Birliyinin elmi-mədəni qurum olduğunu diqqətə çatdıraraq birlik tərəfindən ötən il 15-ə yaxın tədbir keçirildiyini söyləyib.

14992719184489653073_1000x669.jpg

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev aşıqların keçdikləri yaradıcılıq yoluna nəzər salan bu layihənin önəmini vurğulayıb. Bildirib ki, bu kitabların nəşr edilməsi aşıqlara çox böyük hədiyədir.

Nazir müavini aşıq sənətinin dövlətçiliklə bağlı olduğunu söyləyib. Azərbaycan Aşıqlar Birliyinin fəal fəaliyyət göstərdiyini deyən Vaqif Əliyev dövlət tərəfindən də quruma diqqət və dəstək göstərildiyini bildirib. Aşıq sənəti ilə bağlı keçirilən tədbirlərin, festivalların bu sənətin nüfuzunu qaldırdığını qeyd edib, aşıqların fəxri adlara layiq görüldüyünü deyib.

Təqdimatda çıxış edən ustad aşıqlar, Əməkdar Mədəniyyət işçiləri İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və Ulduz Sönməz kitabların çap olunmasında əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər. Bu layihədə hər bir ustada fərdi yanaşıldığını qeyd ediblər.

Tədbirdə aşıqların ifasında aşıq havaları səsləndirilib.

Aşıq ədəbiyyatını özündə əks etdirən kitablardan ibarət sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Bakı, 5 iyul, AZƏRTAC

[bt_slider uid="1499332603-595dfffb033f9" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/19748463_1226545524134116_1539246687531605741_n.jpg" title="19748463_1226545524134116_1539246687531605741_n.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/19657298_1226545510800784_2378837357055562371_n.jpg" title="19657298_1226545510800784_2378837357055562371_n.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/19260407_1226545890800746_8964661851333019603_n.jpg" title="19260407_1226545890800746_8964661851333019603_n.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/19701986_1226545527467449_6727232970055276894_n.jpg" title="19701986_1226545527467449_6727232970055276894_n.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/19731903_1226545730800762_3826214428417221566_n.jpg" title="19731903_1226545730800762_3826214428417221566_n.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/19756876_1226545727467429_4853773767059688272_n.jpg" title="19756876_1226545727467429_4853773767059688272_n.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/19732289_1226545734134095_7240831502680419303_n.jpg" title="19732289_1226545734134095_7240831502680419303_n.jpg" link="" parent_tag="slider"][/bt_slider]

ƏDALƏT NƏSİBOV SON MƏNZİLƏ YOLA SALINDI
Featured

ƏDALƏT NƏSİBOV SON MƏNZİLƏ YOLA SALINDI

18.09.2017

Uzun sürən ağır xəstəlikdən sonra 2017-ci il sentyabrın 14-də vəfat edən Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü, sağlığında ikən klassikləşən ustad aşıq Ədalət Nəsibov sentyabrın 15-də Qazaxda torpağa tapşırılıb. 

Qazax rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş vida mərasimində Qazax rayon İH rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyinin təmsilçiləri və ustadın sənət dostları iştirak edib, bu böyük sənətkarla bağlı ürək sözlərini söyləyiblər.


XX əsrin ortalarından bu yana təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarlarda da aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri kimi tanınan, möhtəşəm ifası ilə bir sıra Avropa ölkələrində də mədəniyyətimizi layiqincə təmsil edən və bütün Türk dünyasında Dədə Ədalət kimi tanınan ustad sənətkar minlərlə ədalətsevərlərin müşayiəti ilə Ağköynək qəbiristanlığında dəfn olunub. Azərbaycan Aşıqlar Birliyinin katibləri Musa Nəbioğlu və Altay Məmmədli ustadın məzarı üstünə birliyin adından əklil qoyublar. Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi və digər təşkilatların adından da əklillər qoyulub.
Mərhumun sentyabrın 17-də Bakıdakı Heydər məscidində keçirilən üç mərasimində Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı başda olmaqla Birliyin İdarə heyətinin üzvləri və bütün əməkdaşlar iştirak ediblər.

[bt_slider uid="1505725609-59bf8ca935ab9" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/15092017151333309_6.jpg" title="15092017151333309_6.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/15092017134018989_0.jpg" title="15092017134018989_0.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/19059434_1362174823902122_2860791160756726264_n.jpg" title="19059434_1362174823902122_2860791160756726264_n.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/15092017151332554_3.jpg" title="15092017151332554_3.jpg" link="" parent_tag="slider"][/bt_slider]

Zamanı dəyişən sənətkar
Featured

Zamanı dəyişən sənətkar

11.09.2017

Məti Osmanoğlu
Professor Məhərrəm Qasımlının aşıq sənəti ilə bağlı uzun müddətdir apardığı televiziya proqramları Azərbaycanın mədəni həyatında mühüm tarixi rol oynayır. Bu proqramlar sadəcə maarifləndirmə, öyrətmə ocağı deyil, həm də texnologiyaların təsiri ilə ayaqları yerdən üzülmüş müasir düşüncəni öz köklərinə bağlayan, günümüzün insanlarını öz kökləri üstündə duyğulandıran, sevdirən, sevindirən bir sənət hadisəsidir.


Məhərrəmin televiziya proqramlarına təkcə Azərbaycan Respublikasında deyil, dünyanın soydaşlarımızın yaşadıqları yerlərində böyük maraq və sevgi var. Bizim ailədə isə bu maraq və sevgi bambaşqa olub. İllər boyu həftənin cümə günləri atam harada olsa, axşamtərəfi özünü tələsik evə yetirər: – “Ay uşaq, televizoru yandırın, birdən Məhərrəmin verilişi ötər!” – deyib, televizorun qabağında yerini rahatlayardı. Məhərrəmi ilk gəncliyindən tanıyan (Məhərrəmlə mən tələbə vaxtı bir otaqda qalmışıq) atam onun verilişlərinə xüsusi bir doğmalıqla baxır, proqram boyu özünəməxsus şərhlər verirdi...
“Mədəniyyət” televiziya kanalında “Saz-söz axşamı” verilişinin Aşıq Ədalətə həsr olunmuş proqramına baxanda atamın səsi qulağıma gəldi və bu söhbəti də elə o səsin müşayiəti ilə dinlədim: Ədaləti mənə ilk dəfə tanıdan atam olmuşdu...
Veriliş boyu Ədalətlə Məhərrəmin şirin söhbətində böyük saz ustasının keçdiyi ömür və sənət yolunun ayrı-ayrı məqamlarına, mərhələlərinə işıq düşdükcə həmin işıq altındamənim də zehnimdə Ədalət haqqında düşüncələr canlanır. Söhbətə ekrandan daha çox öz dünyamdan, öz düşüncələrimin pəncərəsindən baxıram. Məncə, Məhərrəmin televiziyada söhbət qurmaq ustalığı da elə bunda – ekranın o biri üzündəki tamaşaçını söhbətə qoşa bilməyindədir. Bu, peşəkarlıqdan daha çox fərdi keyfiyyətdir...
Cavabını axtardığım suallardan biri bu idi ki, uzun illərdir kumirimizə çevrilmiş Ədalət aşıq sənətinənə gətirib?
Keçmişə boylanmaq lazım gəlir. Stalin diktaturasından sonra bir qədər azad nəfəs alan Azərbaycan mədəniyyətində poeziya, rəssamlıq, kino, musiqi yenilik axtarışında idi. Bu yeniliyi var olduğu gündən bəri Azərbaycan türk etnosunu müşayiət edən aşıq sənətində Ədalət yarada bildi.
Ədalətin dediklərindən:“Gördüm zaman dəyişir. Fikirləşirdim ki, tarzənin tarda çaldığını mən sazda niyə çala bilmirəm? Başladım tardakı qayda ilə heç bir alət olmadan qımqıma eləyə-eləyə o pərdələrin hamısını saza artırmağa. Saza yarımpərdələri düzdüm. Allah rəhmət eləsin, Əmrah Gülməmmədov da bu işi başlamışdı, ancaq təzə pərdələrdən istifadə etməyə cəsarət göstərmirdi... İndi sazda bütün alətlərin imkanları var”.
Beləliklə, bəlkə heç özü də fərqinə varmadan Ədalət aşıq sənətinin modern solo saz ifaçılığı cərəyanını yaratdı. Ədalətin sazın ifa imkanlarını təkmilləşdirməsini XIX əsr mədəniyyətimizdə böyük hadisə olan Sadıqcanın tarın təkmilləşdirilməsi sahəsində gördüyü işlə müqayisə etmək olar. Sazın səslənmə imkanlarının təkmilləşdirilməsi, ilk növbədə, saz havalarının strukturuna, məzmununa öz təsirini göstərdi. Məhərrəm Qasımlının dəqiq ifadə etdiyi kimi, aşığın vokal ifa etdiyi saz havası ilə instrumental saz havası struktur baxımdan bir-birindən ciddi şəkildə fərqlənir. Bu, bir tərəfdən sazın təkmilləşdirilməsinin nəticəsidir – səslənmə imkanlarının genişləndirilməsi bu alətdə çalınan havaları da dəyişib. İkincisi, burada Ədalətin fərdi ifa ustalığı, musiqi dühası böyük rol oynayıb. O, saz havalarının strukturuna müdaxilə edib, klassik havalara öz bəstələrini əlavə edib.
Ədalətin yaratdığı yeni kompozisiyalar çox tezliklə kütləviləşdi, “xalq musiqisi” kimi klassik əsərlərə çevrildi. Məsələn, müqayisə etsək, görərik ki, Aşıq Xındı Məmmədin qeyri-adi ustalıqla oxuduğu klassik “Yanıq Kərəmi” ilə Ədalətin “Yanıq Kərəmi”si, əslində, fərqli əsərlərdir. Aşıq Ədalətin ifa etdiyi başqa qədim havalar da yeni və təkrarsızdır.Bu fərdi tərz tezliklə cərəyana çevrildi, Ədalətin aşıq sənətində açdığı yolun davamçıları gəldi: Aşıq Xanlar Məhərrəmov (Allahdan rəhmət diləyirəm), Əli Quliyev, bir qədər sonra Fəzail Miskinli, Bala Ədalət –Ədalət Dəlidağlı onunyaratdığı kökdən göyərib virtuoz saz ifaçılığını yeni bir axına çevirdilər. Bu gün Güney Azərbaycanda Aşıq Ədalətin çox ciddi davamçıları var: Aşıq Çingiz Mehdipur, Fərman Fərzi kimi böyük sənət adamları yetişib (indi vokal ifaçılığa keçmiş xanım Parisə Ərsalaninin adını da bu siyahıya əlavə etmək olar).
Ədalətin aşıq sənətinə, xüsusilə saz ifaçılığına gətirdiyi daha bir yenilik, saz musiqisini meydan folklorundan salon səhnəsinə gətirə bilməsi oldu. Ədalətə qədər də aşıq musiqisi salonlarda səsləndirilirdi. Lakin bu, bayağı şəkildə siyasiləsdirilmiş, ideologiyaya bulaşdırılmış (məsələn, Stalinin, kolxozun, partiyanın, pambığın təbliği ilə) meydan sənətinin bir fraqmentinin səhnəyə gətirilməsi idi və etnoqrafik karnaval səciyyəli həmin fraqmentlər çox vaxt ekzotik xarakter daşıyır, aşıq sənətini gözdən salırdı. Ədalət Moskvada İttifaqlar Evinin Sütunlu Salonu kimi nəhəng konsert səhnəsinə, Bakının konsert salonlarına sazın özünü gətirdi, tamaşaçılara sazın “danışdıqlarını” dinlətdi. Sovet ideologiyasından üz döndərmiş yeni nəsil sazı Ədalətin ifası ilə qəbul etdi. Azərbaycanda zövqlərin coğrafi məkanını bütövləşdirənAşıq Ədalət səhnəyə “dil deyib danışan”sazı gətirməklə yanaşı, özünün zahiri görkəmi, zövqlü geyimi, səhnə davranışı ilə fərqli bir aşıq imici də gətirdi.
Məhərrəm QasımlınınƏdalətlə söhbətinə baxıram və vaxtilə yaşadığım hissi bir daha yaşayıram. Müsahib kimi Aşıq Ədaləti danışdırmaq, ondan sənin istədiklərini “qopartmaq” çətindir. Ədalətin içi o qədər dolu və zəngindir ki, bu zənginliyi səninlə gah alim dilində, gah böyük səhnədən çıxış edən orator dilində, gah uzaq əsrləri yaddaşında daşıyan ozan dilində danışmağa çalışır və demək istədiklərinin heç mində, milyonda birini deyə bilmir. Onda saza əl atır. Ədalətin bir insan və sənətkar kimi fərqliliyi və fərdiliyi də elə bundadır. Çaldığı havalarda, musiqi komposiziyalarında özünün çatmaq istədiyi bir yüksəklik görür, səni oraya qədər aparır, qarşıdakı üfüqdə o yüksəklikdən sonra yeni bir yüksəklik gəlir, Ədalət sənə oranı da göstərir. Oradan o tərəfə... oradan da o tərəfə... yüksəkliklər silsiləsi davam edir. Ədalət bir də gözünü açıb görür ki, tamaşaçı ilə özünün yaratdığı dünyada, eyni havanın içindədir. Ədaləti dinləyən mütləq onun havasına düşür, o hava ilə yaşayır...
Məhərrəm Qasımlının “Saz-söz axşamı” başa çatır, o söhbətin havası içində mənim də gözlərimdə bir vaxtlar özümün gördüyüm, ünsiyyətdə olduğumAşıq Ədalətyüksəkliyi canlanır.

Duvaqqapma
1985-ci ildə “Ulduz” jurnalındaƏdalətlə müsahibəm dərc olunmuşdu.Jurnalın baş redaktoru rəhmətlik Yusif Səmədoğlunun məsləhəti ilə hazırladığım bu yazı ənənəvi müsahibə deyildi, Ədalətlə müxtəlif görüşlərimiz əsasında yazılmış dialoq-hekayə idi. Ədalətin sənətinin və xarakterinin görünməyən tərəflərini göstərməyə cəhd etdiyim dialoq o vaxtın oxunan yazılarından oldu. Jurnal əldən-ələ ötürüldü, redaksiyaya çoxlu məktublar gəldi, zənglər edildi. Buna baxmayaraq yazını “yuxarı” dairələr süngü ilə qarşıladı. Kommunist Partiyasının aparıcı orqanlarından olan “Azərabycan kommunisti” jurnalında “Ulduz” jurnalı haqqında kəskin tənqidi məqalə çap olundu və məqalədə amansızlıqla “vurulan” yazılardan biri də həmin söhbət idi...
Tənqidi yazı redaksiyanın adından imzasız verilsə də, müəllifi məlum idi, məqaləni Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində bölmə müdiri işləyən bir ədəbiyyat adamı yazmışdı.
1986-cı ildə Qazaxda Səməd Vurğunun 80 illiyinə həsr olunmuş yubiley mərasimində mən də iştirak edirdim. Tədbirlərdən biri şəhər stadionunda oldu. Hələ yığıncaq başlamamışdı. Təsadüf elə gətirmişdi ki, Mərkəzi Komitədə işləyən “ədəbiyyat adamı” ilə yanaşı dayanmışdıq. Birdən Ədalət bizə yaxınlaşdı.
- Hara gedirəm hamı sənin məqaləndən danışır, yaman yazıbsan... – məni bağrına basıb təşəkkür elədi. – Məndən yazanların hamısını böyüdürlər, Səyavuş Sərxanlı məndən yazmışdı, “Qızıl qələm” mükafatı aldı.Görərsən, sənə də mükafat verəcəklər, –dedi və şaqqıldayıb güldü.
- Mən artıq mükafatımı almışam, ustad, - deyib yanımdakı “ədəbiyyat adamının” üzünə baxdım. – Yaxşıca aşımın suyunu veriblər...
- Sənin yazın haqqında əyri bir söz deyən atabaatası ilə qələt eləyir, başını da daşa döyür,– deyib, üzünü yanımızdakı “ədəbiyyat adamına” tutdu. – Bu oğlanı tanıyırsan?
Məni gülmək tutmuşdu, cəld “hadisə yerindən” uzaqlaşdım. Ustad Ədalət isə partiya çinovniki ilə söhbətini xeyli davam etdirdi...

as-11.jpg

PROFESSOR MƏHƏRRƏM QASIMLININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
Featured

PROFESSOR MƏHƏRRƏM QASIMLININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

04.07.2017

Bu günlərdə Bakıda “Elm və Təhsil” nəşriyyatında Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, Dövlət Mükafatı laureatı, professor Məhərrəm Qasımlının “Folklor və ədəbiyyat araşdırmaları” adlı yeni kitabı işıq üzü görüb.

Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 10 aprel 2017-ci il tarixli 5 saylı qərarı ilə çap olunmuş kitabın redaktoru filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, rəyçilər filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və filologiya üzrə fəlsəfə doktoru Tinatin Məmmədova, tərtib edəni isə Təranə Vəliyevadır.
Kitabda qırx ilə yaxındır ki, elmi və ədəbi-mədəni mühitin içərisində olan M.Qasımlının elmi-nəzəri səpkidə yazdığı əsərləri, xüsusən də onun folklor və divan ədəbiyyatı, eləcə də çağdaş ədəbi həyat barədəki araşdırmaları yer alıb.
“Folklor və ədəbiyyat araşdırmaları” ümumi başlığı altında çap olunan kitab əslində üç hissədən – kitab içində kitablardan ibarətdir. Birinci və ikinci hissələr müvafiq olaraq müəllifin “Ozan-aşıq sənəti” və “Şah İsmayıl Xətayinin poeziyası” monoqrafiyaları, üçüncü isə isə aşıq sənətinin və bütövlükdə folklorumuzun dünəni və bu günü ilə bağlı müxtəlif vaxtlarda yazdığı məqalələrdən ibarətdir.

Əməkdar incəsənət xadimi Ədalət Nəsibov vəfat edib
Featured

Əməkdar incəsənət xadimi Ədalət Nəsibov vəfat edib

18.09.2017

Azərbaycan mədəniyyətinə və incəsənətinə ağır itki üz verib. Azərbaycan aşıq sənətinin canlı klassiki, ustad aşıq, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ədalət Nəsibov 2017-ci il sentyabrın 14-də uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Ədalət Məhəmmədəli oğlu Nəsibov 1939-cu il yanvar ayının 27-də Qazax rayonunda anadan olub. Saz çalmağı atasından öyrənib və gənc yaşlarından fitri istedadı ilə seçilib, qısa müddətdə tanınıb, şöhrət qazanıb, Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olub.

XX əsrin ortalarından sənətə gələn Ədalət Nəsibov Azərbaycan aşıq sənətində özünəməxsus dəst-xətti ilə seçilən, saz ifaçılığına yenilik gətirən və özünün məktəbini yaradan sənətkardır. O, Azərbaycan solo saz ifaçılığının təkrarsız və əzəmətli simalarından biridir. Bu gün sənətə gələnlərin böyük əksəriyyəti onu özünə müəllim hesab edir, onun sənət yolunu davam etdirirlər.
Ə.Nəsibov Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində ləyaqətlə təmsil edib. Fransa, İtaliya və Avropanın digər ölkələrində bənzərsiz ifaları ilə sazımızı sevdirib. UNESCO tərəfindən onun ifaları ayrıca lentə alınıb.
Hələ sağlığında hər sənətkara nəsib olmayan bir zirvəyə ucalan Ədalət Nəsibov təkcə Azərbaycanda deyil, Türkiyədə, İranda, Gürcüstanda, Orta Asiya respublikalarında - bir sözlə, sazın ruhu duyulan hər yerdə yaxşı tanınıb, sevilib, ona hər yerdə “Dədə Ədalət” deyə müraciət ediblər.
Ədalət Nəsibovun bənzərsiz ifaları bu gün həm də Azərbaycan kinosunun “Yeddi oğul istərəm” və digər filmlərində yaşayır.
Ədalət Nəsibovun aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi” fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüş, haqqında kitablar yazılmış, filmlər çəkilmişdir.
Böyük ustadın əziz xatirəsi onu tanıyanların, yaxınlarının və bütünlükdə sənətsevərlərin qəlbində daim yaşayacaqdır.
(http://medeniyyet.az/page/news/40661/Emekdar-incesenet-xadimi-Edalet-Nesibov-vefat-edib.html)
Allah rəhmət eləsin.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Aşıqlar Birliyi

TÜRKİYƏLİ ALİM AŞIQLAR BİRLİYİNİN QONAĞI OLUB
Featured

TÜRKİYƏLİ ALİM AŞIQLAR BİRLİYİNİN QONAĞI OLUB

06.09.2017

Türkiyəli professor, tanınmış aşıqşünas alim Əli Kafkasiyalı bu günlərdə Azərbaycan Aşıqlar Birliyinin qonağı olub.
Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, Ə. Kafkasiyalı əslən Azərbaycandandır və Azərbaycan aşıq sənətinin Türkiyədə təbliği sahəsində böyük xidmətləri var. XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Mikayıl Azaflının ədəbi irsi Türkiyədə məhz onun sayəsində nəşr olunub.

O, eyni zamanda “Güney Azərbaycan aşıq mühitləri” adlı sanballı monoqrafiyanın müəllifidir. Qonaq bildirib ki, Azərbaycana bu dəfəki gəlişində əsas məqsədi Azərbaycan Aşıqlar Birliyi ilə işbirliyinin genişləndirilməsidir. Səmimi keçən görüşdə aşıq sənətinin tədqiqi və daha geniş miqyasda təbliği istiqamətində həyata keçirilməsi vacib olan məsələlərlə bağlı maraqlı fikir mübadiləsi aparılıb, iki ölkə aşıqları və bu sənətin tədqiqi ilə məşğul olan mütəxəssislərin birgə iştirakı ilə tədbirlərin keçirilməsinin və bu sahədəki mövcud ənənələrin yaşadılmasının zəruriliyi vurğulanıb.
Ə.Kafkasiyalı bildirib ki, yaxın zamanlarda Türkiyənin Qars və Ərzurum şəhərlərində aşıq sənətiylə bağlı böyük tədbirlər keçiriləcəkdir. Ərzurumda keçiriləcək Türk dünyası Folklor festivalı sayca onuncu – yubiley festivalıdır. Hər iki tədbirin eyni zamanda Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı və yaxından iştiraki ilə keçirilməsi nəzərdə tutulur.
Görüşün sonunda maraqlı təkliflərinə görə qonağa təşəkkür edən AAB-nin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı Aşıqlar Birliyinin son dövrlərdə gördüyü işlər barədə məlumat verib, ona “Günümüzün ustad aşıqları” seriyasından nəşr olunmuş kitabları hədiyyə edib.

 

Qazaxstan. Qizilorda  şəhəri
Featured

Qazaxstan. Qizilorda şəhəri

04.07.2017

Qazaxstanın YUNESKO Milli Komissiyonunun təşkilatçılığı ilə “Dədə Qorqud” müştərək YUNESKO nominasiyası üzrə ekspertlərin görüşü.
2017, 14-18 fevral

Allah rəhmət eləsin!
Featured

Allah rəhmət eləsin!

14.09.2017

Azərbaycan Aşıqlar Birliyi dərin hüznlə bildirir ki, xx əsr Azərbaycan aşıq sənətinin unudulmaz ustad aşığı Prezident təqqüdçüsü, Əməkdar İncəsənət Xadimi Ədalət Nəsibov vəfat etmişdir.
Allah rəhmət eləsin!

“Günümüzün ustad aşıqları” seriyasından çap olunmuş nəşrlərin təqdimatı keçirildi
Featured

“Günümüzün ustad aşıqları” seriyasından çap olunmuş nəşrlərin təqdimatı keçirildi

06.07.2017

İyulun 5-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Aşıqlar Birliyinin birgə layihəsi əsasında “Günümüzün ustad aşıqları” seriyasından nəşr olunmuş nəşrlərin təqdimatı keçirildi. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq kitabın əhəmiyyətindən söz açdı. Aşıq sənətinin Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri kimi əhəmiyyətindən danışdı.

Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək “Günümüzün ustad aşıqları” layihəsi haqqında məlumat verdi. Bildirdi ki, müasirlərimiz olan ustad aşıqlardan Əməkdar incəsənət xadimi Ədalət Nəsibov, əməkdar mədəniyyət işçiləri İsfəndiyar Rüstəmov, Ulduz Sönməz, Mahmud Məmmədov, Xanmusa Musayev, Yanvar Bədəlov, Haşım Qubalı, Fətulla Əliyev və Əli Quliyevin hər biri haqqında ayrıca kitab nəşr olunub. Kitablarda aşıqların həyat və yaradıcılıqları haqqında geniş məlumat yer verilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, son dövrlərdə Aşıqlar Birliyi maraqlı layihələrə imza atır. Elmi, bədii və sənət baxımından vacib olan bir bu layihələr aşıq sənətinin inkişafı üçün önəmli addımlardır. Son dövrlərdə Aşıqlar Birliyi tərəfindən saz-söz sənətkarlarının sənətinə diqqət göstərilməsi, əhəmiyyətli təşəbbüslərin irəli sürülməsi, beynəlxalq aşıqlar festivalının keçirilməsi birliyin nüfuzunu daha da artırıb. Aşıqlar Birliyi təkcə musiqi ilə məşğul olan qurum deyil, bu təşkilat bir elm ocağına çevrilə bilib. Birlik bu sənətin gələcək nəsillərə ötürülməsi missiyasını yerinə yetirir. Ustad aşıqların tanıdılması bu ulu sənətin təbliği baxımından vacibdir”.

Aşıq sənətinə dövlət qayğısından söz açan nazirin birinci müavini son illərdə aşıq sənətinin inkişafında xidmətlərinə görə bir sıra sənətkara fəxri adların verildiyini bildirdi. Qeyd etdi ki, aşıq sənəti də əsasən dövlətçiliyi təbliğ edir. Çünki vətənin təbiəti, ictimai həyatı həmişə aşıqların ilham mənbəyi olub. Aşıq musiqisinin özü də təbiətdən güc alıb. Ulu öndər Heydər Əliyev sovet Azərbaycanına rəhbərliyə gəldikdən sonra ilk dəfə olaraq 1973-cü ildə Aşıq Ələsgərin yubileyinin keçirilməsi ilə bağlı qərar verib: “Sovet rejimində, milli özünüdərk prosesi kimi məsələlərin nəzarətdə olduğu bir vaxtda aşıq sənətinin unudulmamasına xidmət edən bu qərar və ustadın əsərlərinin ikicildliyinin buraxılması aşıq sənətinin inkişafına təkan verdi. Bu uzaqgörən siyasət ölkə başçısı İlham Əliyev tərəfindən bu gün də layiqincə davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində 2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının nəticəsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xalqımızın qeyri-maddi mədəni irsinin, xüsusilə muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynamışdır”.

[bt_slider uid="1499332115-595dfe139353a" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/19748463_1226545524134116_1539246687531605741_n.jpg" title="19748463_1226545524134116_1539246687531605741_n.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/19657298_1226545510800784_2378837357055562371_n.jpg" title="19657298_1226545510800784_2378837357055562371_n.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/19260407_1226545890800746_8964661851333019603_n.jpg" title="19260407_1226545890800746_8964661851333019603_n.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/19701986_1226545527467449_6727232970055276894_n.jpg" title="19701986_1226545527467449_6727232970055276894_n.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/19731903_1226545730800762_3826214428417221566_n.jpg" title="19731903_1226545730800762_3826214428417221566_n.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/19756876_1226545727467429_4853773767059688272_n.jpg" title="19756876_1226545727467429_4853773767059688272_n.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/19732289_1226545734134095_7240831502680419303_n.jpg" title="19732289_1226545734134095_7240831502680419303_n.jpg" link="" parent_tag="slider"][/bt_slider]

Tədbirdə çıxış edən ustad aşıqlar İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və Ulduz Sönməz kitabların çap olunmasında əməyi keçənlərə təşəkkür etdilər. Layihədə hər bir aşığa fərdi yanaşıldığını diqqətə çatdıran sənətkarlar kitabların tədqiqatçılar üçün gərəkli vəsait olduğunu söylədilər.

Çıxışlardan sonra tədbir aşıqların ifasında saz havalarının səsləndirilməsi ilə davam etdi.

Qeyd edək ki, Bakıda “Elm və Təhsil” nəşriyyatında işıq üzü görmüş kitablarda hər bir ustadın ayrılıqda həyat və sənət yolundan bəhs olunur. Nəşrlərdə eyni zamanda onlar haqqında respublikamızın tanınmış elm və sənət adamlarının ürək sözləri, bu sənətkarlara ithaf olunmuş şeirlər və öz yaradıcılıqlarından seçmə nümunələr yer alıb. Kitabların məsləhətçisi Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, nəşrə hazırlayanı və redaktoru isə birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

http://mct.gov.az

Featured

USTAD BALABANÇI DÜNYASINI DƏYİŞİB

03.07.2017

Azərbaycan aşıq sənətinə ağır itki üz verib. Ustad balabançı, el arasında hamının daha çox balabançı Qəzənfər kimi tanıdığı Şahniyar Hümbət oğlu Quliyev 2017-ci il iyulun 2-də Bakı şəhərində ömrünün 73-cü ilində dünyasını dəyişib...


Şahniyar Quliyev 1944-cü il dekabrın 25-də Gədəbəy rayonunun Çayrəsullu kəndində anadan olub. Hələ gənc yaşlarından ustad aşıqlarla el şənliklərində, dövlət tədbirlərində çıxış edib. Əməkdar mədəniyyət İşçisi, Prezident təqaüdçüsü, ustad aşıq İsfəndiyar Rüstəmovla ölkəmizdə və keçmiş ittifaqın müxtəlif guşələrində mədəniyyətimizi ləyaqətlə təmsil edib.
 Sənətə xidmətlərinə görə bir çox mükafatlara layiq görülən Ş.Quliyev bu yaxınlarda “Fəxri mədəniyyət işçisi” adına da layiq görülmüşdü.
Ustad balabançının əziz xatirəsi yaxınlarının, doğmalarının və sənət dostlarının xatirəsində yaşayacaqdır.
Allah rəhmət eləsin!

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

34 -dən səhifə 36

  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ