AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
AŞIQ XANMUSA MUSAYEV DÜNYASINI DƏYİŞİB
Featured

AŞIQ XANMUSA MUSAYEV DÜNYASINI DƏYİŞİB

22.01.2018

Azərbaycan aşıq sənətinə ağır itki üz verib. Şirvan aşıq mühitinin ən görkəmli nümayəndələrindən olan ustad aşıq Xanmusa Musayev 2018-ci il yanvarın 22-də vəfat edib.
Aşıq Xanmusa Musaxan oğlu Musayev 1922-ci ildə Şamaxının Şamlı kəndində anadan olub. İbtidai təhsilini bitirdikdən sonra məşhur balaban ustası İzzətalı Zülfüqarovla bərabər sənət aləminə qədəm qoyub. Aşıqlıq sənətini əvvəlcə atası Musaxan və əmisi Cənnətalıdan öyrənib, eyni zamanda aşıq Xanbaladan dərs alıb. Daha sonra isə Cəyirli ustad aşıq Abbasdan sənətin sirlərini daha mükəmməl öyrənib.

Aşıq Xanmusa uzun müddət  Qobustan rayon Mədəniyyət evində aşıqlar ansamblına başçılıq edib.
O, iki dəfə ümumittifaq müsabiqəsinin laureatı olub, dəfələrlə Mədəniyyət və Turizm nazirliyinin, Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin fəxri fərmanı və diplomlarla təltif olunub.
2016-cı ilin iyulunda ölkə Prezidentinin sərəncamı ilə ona “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilib.
Aşıq Xanmusa bədii yaradıcılıqla da məşğul olub, aşıq şeirinin müxtəlif şəkillərində şeir qoşub, qəzəllər yazıb, kitabları çap olunub.
Onun həyat və sənət yolundan bəhs edən “Şirvanlı aşıq Xanmusa” və “Mən getsəm də, bu dünyada qalacaqdır aşıqlığım” adlı kitablar nəşr olunub. 2016-cı ildə isə Azərbaycan Aşıqlar Birliyi ona həsr olunmuş “Günümüzün ustad aşıqları: Xanmusa Musayev” adlı kitab nəşr etdirib.
Özünəməxsus bənzərsiz ifa tərzi ilə xalq məhəbbəti, el sevgisi qazanan Aşıq Xanmusa sinəsi sözlə dolu aşıq, dastanlarımızın gözəl bilicisi idi. Şirvan aşıq mühitinin klassik ənənlərini yaşadaraq sənətin dünəni ilə sabahı arasında mənəvi körpü rolunu oynayan sənətkar ustadlardan öyrəndiklərini böyük həvəslə gənclərə öyrədirdi.
Ustad aşıq Xanmusa Musayevin əziz xatirəsi doğmalarının, əzizlərinin və bütün sənətsevərlərin qəlbində daim yaşayacaqdır.

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

Allah Rəhmət eləsin!
Featured

Allah Rəhmət eləsin!

08.01.2018

AAB-nin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı başda olmaqla, AAB-nin bütün kollektivi ustad aşıq Yaqub Şıxlının vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.
Allah Rəhmət eləsin!

Təşkilat katibliyi!

“OZAN” ELM VƏ SƏNƏT TOPLUSU İŞIQ ÜZÜ GÖRÜB
Featured

“OZAN” ELM VƏ SƏNƏT TOPLUSU İŞIQ ÜZÜ GÖRÜB

07.12.2017

Azərbaycan Aşıqlar Birliyinin yeni nəşri olan “Ozan” elm və sənət toplusunun birinci buraxılışı işıq üzü görüb. Bu ildən başlayaraq ildə bir dəfə buraxılması nəzərdə tutulan və redaksiya heyətində ölkəmizin və ABŞ, Türkiyə və Gürcüstanın nüfuzlu elm ocaqlarının tanınmış elm və sənət adamlarının təmsil olunduğu nəşrin baş redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm xadimi, professor Məhərrəm Qasımlı, baş redaktorun müavini isə Birliyin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğludur.

Topluda professorlardan Məhərrəm Qasımlının “Aşıq ədəbiyyatının milli və tarixi özəlliyi”, Kamilə Dadaşzadənin “Bozoxu” havasının tarixi morfologiyasına dair”, İradə Köçərlinin “Aşıq bayatıları milli musiqili-poetik intonasiya modeli kimi”, İsmayıl Məmmədlinin “Aşıq Ələsgərin çap olunmuş kitablarında verilməmiş bir çox şeirləri haqqında”, Abbasqulu Nəcəfzadənin “Xanəndə və aşıq obrazlarını yaradan Şirzad Hüseynov alman deyil”, eləcə də, Avtandil Ağbabanın “Çıldırlı aşıq Şenliyin həyatı və sənəti”, Musa Nəbioğlunun “Ustad aşıq – zəmanədən gileyli şair”, Altay Məmmədəlinin “Aşıq Nəcəf Göyçəlinin sənət dünyasında dövr və zaman problemi” və s. elmi məqalələri, Xalq yazıçısı Elçinin professor Qəzənfər Paşayevin 80 illik yubileyi münasibəti ilə yazdığı “Siz kimsiniz, Qəzənfər Paşayev?!” məqaləsi, 2017-ci ilin sentyabrında dünyasını dəyişmiş Prezident təqaüdçüsü, Əməkdar İncəsənət Xadimi Ədalət Nəsibov haqqında xatirə yazıları və Azərbaycan Aşıqlar Birliyinin 2017-ci ildə həyata keçirdiyi tədbirlərdən xəbər xronikası yer alıb.
Aşıq sənətinin elmi tədqiqi ilə məşğul olanlar, ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə təhsil alan bakalavr və magistrlər, eləcə də, aşıq sənəti, bütövlükdə folklorumuz və adət-ənənələrimizlə, milli-mənəvi dəyərlərimizlə maraqlananlar üçün bu toplu qiymətli bir elmi mənbədir.

“Ulduz Sönməz: Mən belə yaşadım...”
Featured

“Ulduz Sönməz: Mən belə yaşadım...”

17.01.2018

Son illərdə aşıq sənəti ilə bağlı bir sıra sanballı kitablar nəşr etdirmiş Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlunun araya-ərsəyə gətirdiyi daha bir kitab bu günlərdə işıq üzü görüb. Onun nəşrə hazırlayıb, redkatoru olduğu “Ulduz Sönməz: Mən belə yaşadım...” adlı bu kitab çağdaş Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən biri, Prezident təqaüdçüsü, Əməkdar Mədəniyyət İşçisi Ulduz Sönməzə həsr olunub.

Kitabda Prezident təqaüdçüsü, Əməkdar Mədəniyyət İşçisi, Yeni Azərbaycan Partiyasının üzvü, “Ulduz” Birliyinin yaradıcısı və rəhbəri, “Qopuz” jurnalının təsisçisi və baş redaktoru, ustad aşıq, pedaqoq, dəyərli ziyalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü,  Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü Ulduz Sönməzin keçidiyi ömür və sənət yolunun ayrı-ayrı məqamlarını əks etdirən xatirələri, son illərdə yazdığı şeirləri və yazışmaları ilə yanaşı, respublikamızın tanınmış dövlət, elm və sənət xadimlərinin müxtəlif vaxtlarda onunla bağlı söylədikləri qiymətli fikirlər, barəsində yazılmış məqalələr, mətbuata verdiyi müsahibələr, müxtəlif vaxtlarda ona ünvanlanmış məktublar, teleqramlar, təbriklər, dövlət təltifləri haqda məlumatlar  və “Ulduz” Birliyi haqda rəylər yer alıb.  
Kitab Ulduz Sönməzin həyat və yaradıcılığına işıq salmaqla bərabər, çağdaş dövrümüzdə aşıq sənətini, bu sənəti yaşadanları öyrənən tədqiqatçılar və sənətə yeni gələn gənclər üçün də qiymətli vəsaitdir.

 Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin sədri ilə görüş təşkil olunub
Featured

Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin sədri ilə görüş təşkil olunub

26.12.2017

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail MKS-nin 1 saylı filialında (Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası) filologiya elmləri doktoru, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri, şair Məhərrəm Qasımlı ilə görüş keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, filialın müdiri Gülşən Abbasova professor Məhərrəm Qasımlının həyatı haqqında geniş məlumat verib.

Görüşdə Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu Məhərrəm Qasımlının yaradıcılığı və ədəbi fəaliyyəti haqqında danışıb. Qeyd edib ki, on bir kitabın, iki monoqrafiyanın və iki yüzə yaxın məqalənin müəllifi olan görkəmli alim beynəlxalq aləmdə nüfuzlu folklor tədqiqatçısı kimi tanınır.

Görüşdə 16 nömrəli Texniki -Humanitar liseyin şagirdləri şairin yeni şeirlərini söyləyiblər. Gənc aşıqların ifasında səslənən şairin şeirlərindən ibarət musiqilər isə iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

Sonda professor Məhərrəm Qasımlı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni kitablarını kitabxanaya və şagirdlərə Orxan Paşa təxəllüsü ilə çap etdirdiyi “Saz başına döndüyüm” adlı şeir kitabını hədiyyə edib.

15142022285549218246_1000x669.jpg

“SAZ BAŞINA DÖNDÜYÜM”
Featured

“SAZ BAŞINA DÖNDÜYÜM”

04.12.2017

Poeziyasevərlərə Orxan Paşa imzası ilə yaxşı tanış olan Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlının – Orxan Paşanın yeni şeirlər kitabı işıq üzü görüb. “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatda işıq üzü görmüş “Saz başına döndüyüm” adlı bu kitbda şairin qoşma gəraylıları yer alıb.

Lirik-romantik duyğuların, ana yurdun gözəlliklərinin tərənnüm tərənnüm olunduğu, milli dövlətçilik düşüncəsinin və dünyanın fəlsəfi dərkinə yönəlmiş dəyərləndirmələrin  öz əksini tapdığı şeirlərin hamısı çeşidli saz havalarında səsləndirilə biləcək poetik mətnlərdir.
Kitabın redaktoru Yeganə Məmmədovadır.

 “Koroğlu”ya qayıdaq” konsert-tamaşa təqdim edilib
Featured

“Koroğlu”ya qayıdaq” konsert-tamaşa təqdim edilib

15.01.2018

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə “Aşıq musiqisi axşamları” silsiləsindən “Koroğlu”ya qayıdaq” konsert-tamaşa təqdim edilib.

AZƏRTAC xəbər verir ki, “Koroğlu” dastanının “Koroğlu və Dəli Həsən” və “Koroğlunun İstanbul səfəri” boyları əsasında qurulan konsert-tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru AAB-nin katibi, Əməkdar İncəsənət Xadimi Sənubər Bağırovadır.

Tamaşada aşıq Əli Zeynalabdinov Koroğlu, aşıq Kəmalə Qubadlı Nigar xanım, aşıq Qələndər Zeynalov aşıq Cünun, aşıq Altay Məmmədli Bəlli Əhməd, aşıq Kərəm Vəliyev Dəli Həsən rolunda çıxış ediblər.

Teatrı ənənəsinə uyğun şəkildə səhnələşdirilən dastanda rol alan aşıqlardan başqa Əhməd Vəliyev, Toğrul İbrahimov, Əfsanə Kərimli, Səbinə İbrahimova, balabanda Ələkbər Kəlbəcərli də öz rollarını olduqca maraqlı şəkildə təqdim ediblər. Qələndər Zeynalov və aşıq Altay istisna olmaqla digər üç aşığın dastan ifaçılığında iştirakı yenidir. Onlar səhnədə öz rolunu məharətlə oynayıblar.
15158284164681213461_1000x669.jpg

Gecədə, həmçinin aşıq Gözəl Zalova, aşıq Ramin Qarayev, aşıq Nemət Qasımlının da çıxışları alqışlarla qarşılanıb.

Konsert- tamaşada “Misri”, “İrəvan çuxuru”, “Laçını”, “Hüseyni”, “Gəraylı”, “Dübeyti”, “Koroğlu dübeyti”, “Araz gülü”, “Kərəm gözəlləməsi”, “Qəhrəmani” və başqa el havaları səsləndirilib.

Aşıq sənətinə töhfə - “Ozan” elm və sənət toplusu
Featured

Aşıq sənətinə töhfə - “Ozan” elm və sənət toplusu

26.12.2017

Dekabrın 25-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin (AAB) yeni nəşri olan “Ozan” elm və sənət toplusunun birinci buraxılışının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, elm, ədəbiyyat, incəsənət xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə AAB-nın dəstəyi ilə işıq üzü görən kitabların sərgisinə baxış olub.

Kitabxananın direktoru, professor Kərim Tahirov nəşrin əhəmiyyətindən danışıb.

Jurnalın baş redaktoru, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm xadimi, professor Məhərrəm Qasımlı nəşrin aşıq sənətinə töhfə olduğunu bildirib. Vurğulayıb ki, ildə bir dəfə buraxılması nəzərdə tutulan və redaksiya heyətində ölkəmizin, eləcə də ABŞ, Türkiyə və Gürcüstanın nüfuzlu elm ocaqlarının tanınmış elm və sənət adamlarının təmsil olunduğu nəşrin məqsədi bu ulu sənəti yaşatmaqdır.

Mədəniyyət və turizm nazirliyinin şöbə müdiri Fikrət Babayev, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru Sənubər Bağırova, sənətşünaslıq doktoru İradə Köçərli, professor İsmayıl Məmmədli, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu və başqaları qədim aşıq sənətinə dövlət səviyyəsində göstərilən yüksək qayğıdan söhbət açıblar.

Sonda Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının “Çeşmə” folklor qrupu, Əməkdar mədəniyyət işçiləri - Altay Məmmədli, Samirə Əliyeva, Əli Tapdıqoğlu, gənc aşıq Gözəl Kəlbəcərli və başqaları aşıq havaları ifa ediblər.

[bt_slider uid="1514239202-5a4174e29c05e" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/15142114415931620922_1000x669.jpg" title="15142114415931620922_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/15142114415788851570_1000x669.jpg" title="15142114415788851570_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/15142114412166445716_1000x669.jpg" title="15142114412166445716_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/1514211441479043178_1000x669.jpg" title="1514211441479043178_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/1514211441238556262_1000x669.jpg" title="1514211441238556262_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/15142114411055613976_1000x669.jpg" title="15142114411055613976_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/15142114413811524665_1000x669.jpg" title="15142114413811524665_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/15142114412249245677_1000x669.jpg" title="15142114412249245677_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/15142114416418432780_1000x669.jpg" title="15142114416418432780_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/15142114412032661190_1000x669.jpg" title="15142114412032661190_1000x669.jpg" link="" parent_tag="slider"][/bt_slider]

 “Qorqud Ata aşıqlar karvanı” layihəsinə Türkiyədə yekun vurulub
Featured

“Qorqud Ata aşıqlar karvanı” layihəsinə Türkiyədə yekun vurulub

29.11.2017

Türkiyənin Osmaniyə şəhərində Avrasiya Mədəniyyət və Sənət Dərnəyinin təşkilatçılığı, Osmaniyə Qəzetçilər Cəmiyyəti (OGC), Azərbaycan Aşıqlar Birliyi (AAB), KKTC Genç TV və Türk Dünyası Qəzetçilər Federasiyasının ortaq layihəsi olan “Türk Dünyası Qorqud Ata aşıqlar karvanı” festivalı yekunlaşıb.
Azərbaycan Aşıqlar Birliyinin mətbuat xidmətində AZƏRTAC-a bildirilib ki, Osmaniyə Bələdiyyəsinin himayəsi və Türkiyənin Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan festivalın son konserti Ahmet Şekip Ersoy mədəniyyət mərkəzində təşkil edilib.

Ölkəmizi tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, aşıqlardan Gözəl Zalova və Nazim Quliyev təmsil ediblər. Türkiyəli sənətkarların da qatıldığı konsertdə aşıqlarımızın ifası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbirdə bildirilib ki, festivalın qarşıdakı illərdə Qazaxıstan, Qırğızıstan və Türkmənistanda keçirilməsi nəzərdə tutulur. Məqsəd

Dədə Qorqudun yadigarı olan sazımızı yaşadanları bir səhnədə birləşdirməkdən ibarətdir.

Xatırladılıb ki, “Qorqud Ata aşıqlar karvanı” layihəsi çərçivəsində noyabrın 14-də Bakıda R.Behbudov adına Dövlət Mahnı Teatrında möhtəşəm tədbir keçirilib.

Featured

AŞIQ VÜQAR DÜNYASINI DƏYİŞİB

11.01.2018

Azərbaycan mədəniyyətinə ağır itgi üz verib. Azərbaycan aşıq sənətinin istedadlı nümayəndəsi, ustad aşıq Vüqar Mahmud oğlu Niftəliyev 2018-ci il yanvarın 10-da dünyasını qəflətən dəyişib.
Vüqar Mahmudoğlu 1970-ci ildə Şamaxının Şıxzərli kəndində öz dövrünün məşhur aşıqlarından olan və bu gün də minnətdarlıqla xatırlanan ustad aşığı Mahmud Ələsgəroğlunun ailəsində dünyaya gəlib. Vüqar aşıq sənətinin sirlərini hələ kiçik yaşlarından atasından öyrənib, istedadı və yüksək ifaçılıq qabiliyyəti   ilə  gənc yaşlarından seçilib, tanınıb. Bənzərsiz ifası qısa müddətdə ona böyük hörmət və şöhrət qazandırıb.

Onu təkcə Azərbaycanda deyil, İranda, Türkiyədə, Gürcüstanda və Orta Asiya respublikalarında da bir sənətkar kimi yüksək dəyərlənidiriblər. Bir sıra Avropa ölkələrində  Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil edib, sazımızın şöhrətini daha da ucaldıb.
Şirvan aşıq havalarının bənzərsiz ifaçısı kimi tanınan Vüqar Mahmudoğlu  respublikamızda keçirilən dövlət əhəmiyyətli tədbirlərdə, yubileylələrdə, festivallarda  el şənliklərindəki hər çıxışı onun şöhrətini daha da artırıb.
Aşıq Vüqar Mahmudoğlu sənətinin dərin bilicisi olmaqla yanaşı, həm də səmimi dost, sözü ilə əməli bir olan bütöv şəxsiyyət idi. Sənətə gələn gənclərə böyük qayğı göstərirdi.
Onun əziz xatirəsi həmkarlarının, doğmalarının, əzizlərinin və bütün sənətsevərlərin qəlbində daim yaşayacaq.

AZƏBAYCAN AŞIQLAR BİRLİYİ

M.Ə.SABİR ADINA KİTABXANDA GÖRÜŞ
Featured

M.Ə.SABİR ADINA KİTABXANDA GÖRÜŞ

26.12.2017

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi ilə paytaxtdakı M. Ə.Sabir adına Kitabxanın birgə layihəsoi olan “Məşhurlarla görüş”ün növbəti qonağı Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı olub. Dekabrın 21-də M.Ə.Sabir adına Kitabxanada keçirilən tədbir professor M.Qasımlının – poeziyasevərlərə həm də gözəl şeirlər müəllifi kimi  yaxşı tanış olan  Orxan Paşanın oxucularla görüşü olmaqla yanaşı, həm də bu yaxınlarda işıq üzü görmüş iki kitabının – publisistik yazıları və zəngin həyat təcrübəsindən doğan düşüncələrindən ibarət “Taleyimdən və ürəyimdən keçənlər” və saz üstə köklənmiş şeirlərinin yer aldığı “Saz başına döndüyüm” kitablarının təqdimatına həsr olunmuşdu.

Tədbiri giriş sözü ilə M.Ə.Sabir adına Kitabxananın direktoru Gülşən Abbasova açaraq Orxan Paşa – Məhərrəm Qasımlı haqqında ətraflı məlumat verib, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, respublikamızın elmi ictimaiyyətinə görkəmli folklorşünas alim kimi yaxşı tanış olan professor həm də gözəl şairdir, şeirlərini Orxan Paşa imzası ilə yazır və indiyədək onun bədii yaradıcılığının məhsulu olan bir neçə kitabı işıq üzü görüb, şeirləri başqa dillərə də tərcümə olunub.
Sonra professor Məhərrəm Qasımlı – şair Orxan Paşa özünün keçdiyi həyat və yaradıcılıq yolundqan, elm sahəsində əldə etdiyi uğurlarla yanaşı, öz qələmini hələ gənclik illərindən həm də poeziyada sınamasından danışıb, şeirlərindən nümunələri səsləndirib.
Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar İncəsənət İşçisi  Musa Nəbioğlu isə M.Qasımlını elmdə böyük uğurlara imza atmış bir alim kimi xarakterizə etməklə yanaşı, poeziyada da öz gücünü sınamasının heç də təsadüfi olmadığını, əksinə elm və poeziyadakı qoşa fəaliyyətinin onun yaradıcı şəxsiyyət obrazını tamamladığını vurğulayıb. O, qeyd edib ki, M.Qasımılının (Orxan Paşanın) aşıq sənətini, bütövlükdə folklorumuzu dərindən bilməsi onun poetik yaradıcılığında da öz əksini tapır və elə son şeirlər kitabını “Saz başına döndüyüm” adlandırması və burada əsasən aşıq şeirinin müxtəlif şəkillərində yazılmış poetik nümunələrin toplanması da bunun bir daha sübutudur.
15142016541410354177_1000x669.jpg
Tədbirdə iştirak edən Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu, aşıqlardan Altay Məmmədli, Gözəl Kəlbəcərli, Könül Bayramova və Əli Zeynalabdinov Orxan Paşanın sözlərini müxtəlif aşıq havaları üsttündə oxuyub, məktəblilər isə şairin şeirlərini səsləndiriblər.
Sonda M.Qasımlı gələcək yaradıcılıq planlarından danışıb və tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.

Musa NƏBİOĞLU

“Qorqud Ata aşıqlar karvanı” layihəsinin  Türkiyədə yekun konserti keçirilib
Featured

“Qorqud Ata aşıqlar karvanı” layihəsinin Türkiyədə yekun konserti keçirilib

27.11.2017

Avrasya Kültür və Sənət Dərnəyinin təşkilatçılığı, Osmaniyə Gazeteçiler Cəmiyyəti (OGC), Azərbaycan Aşıqlar Birliyi, KKTC Genç TV və Türk Dünyası Qazeteçilər Federasyonu’nun ortaq layihəsi olan  “Türk Dünyası Korkut Ata Aşıklar Karvanı” festivalı noyabrın 24-də Türkiyənin  Osmaniyə şəhərində keçirilən tədbirlə yekunlaşıb. Osmaniyə Bələdiyyəsinin himayəsi və Türkiyə Cümhuriyyəti Kültür Bakanlığının dəstəyi  ilə gerçəkləşən Aşıqlar şöləni Ahmet Şekip Ersoy Kültür Mərkəzində düzənlənib.

Azərbaycan Aşıqlar Birliyini tədbirdə AAB sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı və aşıqlardan Gözəl Zalova və Nazim Quliyev təmsil ediblər. Türkiyəli aşıqlar Bayram Dənizoğlu,  Mustafa Kurbanoğlu, Temel Turabi, Aşık Feymani, Fərhat Karaca, Özbəkistandan Müazzam İbrahimova, Qırğızıstandan Gülira Kasımkulova, Qazağıstandan Ermanat və Abdullah Gizlicənin iştirakı ilə keçən konsertdə aşıqlarımızın ifası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.  IMG-20171126-WA0001 (1).jpg
Tədbirin baş tutmasında əməyi keçənlərə təşəkkür palagetləri təqdim olunub.   Osmaniyə Gazeteciler Cəmiyyəti Başkanı İsrafil Avcı çıxışında bildirib ki, bu il ilk dəfə düzənlənən bu festivalın qarşıdakı illərdə Qazaxıstan, Qırğızıstan və Türkmənistanda keçirilməsi nəzərdə tutulur.  
Avrasya Kültür ve Sanat Derneği Başkanı Menderes Demir isə çıxışında bu tədbirin keçirilməsində əsas məqsədin  Türkün atası olaraq qəbul edilən qırğızlar, qazaxlar, özbəklər və  Azərbaycanda yaşayan türklər arasında Dədə Qorqudun yadigarı sazımızı yaşadanları bir səhnədə birləşdirmək olduğunu vurğulayıb.   
23843291_10212909476564219_943611679135378269_n.jpgOsmaniyə Bələdiyyə başkanı Kadir Kara isə çıxışında deyib: “Bütün dünya bilir ki, biz Türk Cumhuriyətləriylə bir kökün budaqlarıyıq. Dünyada heç bir güç, heç bir şərt bu birliyi, bu bərabərliyi və qardaşlığı poza bilməz. Dünya coğrafyasında bu gün yaşananlar bu nəcib millətin sahib olduğu mənəvi dəyərlərin gücündən qaynaqlanmaqdadır”.
Osmaniyə valisi Ömər Faruk Coşkun aşıqlıq ənənəsinin türk mədəniyyətində mühüm yer tutduğunu vurğulayıb.
Xatırladaq ki, “Qorqud Ata aşıqlar karvanı” layihəsi çərçivəsində 2017-ci il noyabrın 14-də Bakıda R.Behbudov adına Dövlət Mahnı Teatrında da möhtəşəm tədbir keçirilib.

Musa Nəbioğlu

 

32 -dən səhifə 36

  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ