AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
AŞIQLAR VƏTƏN MÜHARIBƏSINDƏ QƏLƏBƏMIZI TƏRƏNNÜM EDİR
Featured

AŞIQLAR VƏTƏN MÜHARIBƏSINDƏ QƏLƏBƏMIZI TƏRƏNNÜM EDİR

20.09.2023

Heç kimə sirr deyil ki, hər bir müharibədə sözün, musiqinin, aşıq sənətinin və ifaçıların öz yeri olub. Hətta 1941-45-ci illər – Böyük Vətən müharibəsində sənət adamları, şairlər, yazıçılar, aşıqlar, müğənnilər cəbhədə, səngərdə olub və əsgərləri döyüşə ruhlandırıblar. II Qarabağ savaşında da, daha doğrusu, 44 günlük möhtəşəm döyüşdə də qələbənin əldə edilməsində Ali Baş Komandan Prezident İlham Əliyevlə və Azərbaycan əsgəri ilə yanaşı, aşıqlarımızın da bu uğurun qazanılmasında, onların qəhrəmanlığını tərənnüm etməsi önəmli əhəmiyyət kəsb edir.

Mən 44 gün cəbhə bölgəsində oldum, o döyüçlərdə iştirak etdim. Hər həftə Azərbaycan televiziyasının Mədəniyyət kanalında Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aşıqlarla bağlı maraqlı verilişi efirə gedirdi. Füzulidə şəhid anaları əsgər anaları bu verilişi çox maraqla izləyirdi. Çünki o proqramda aşıqlarımız əsgərlərimizi döyüşə ruhlandıran mahnılar səsləndirirdi. Bu mənada “Bayrağım”, “Ordumuz”, “Turan marşı”, “Ovşarı”, “Üvertüra”, “Qəhrəman” və digər səsləndirilən aşıq havaları Azərbaycan əsgərində bir coşqu yaradırdı.

Bu günlərdə Aşıqlar Birliyində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə köməkliyi ilə hazırlanmış “Aşıqlar Vətən müharibəsində qələbəni tərənnüm edir!” adlı audiodiskin təqdimatı keçiriılib. Tədbiri giriş sözü ilə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açaraq, rəhbər olduğu layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Layihənin koordinatoru, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu layihə çərşivəsində görülən işlər barəsində məlumat verib.

Üç ay ərzində həyata keçirilən layihədə aşıqların 44 günlük II Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusunun əldə etdiyi qələbəni tərənnüm edən ifalardan ibarət audiodisk hazırlanıb. Burada Əməkdar mədəniyyət işçiləri Ağamurad Şirvanlı və Samirə Əliyeva ilə yanaşı, aşıqlardan Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nağıyev, Altay Məmmədli, Kəmalə Qubadlı, Roman Azaflı və digərlərinin, eləcə də “Çeşmə” və “Misri” qruplarının ifalarında II Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizi tərənnüm edən, Ordumuzu yeni uğurlara səsləyən aşıq mahnıları təqdim olunur. Ümumilikdə, audiodiskdə müxtəlif aşıq havalarından ibarət olan musiqilər bir daha həmin maraqlı tədbirdə adını çəkdiyimiz ayrı-ayrı aşıqlar tərəfindən yenidən səsləndirilib. Bu da tədbir iştirakçılarında xoş ovqat yaradıb, saza və sözə olan məhəbbəti bir qədər də artırıb.

Bu möhtəşəm tədbirdə professor Məhərrəm Qasımlı və Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu ilə yanaşı, Əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva, Azərbaycan Respublikasının Qeyri-Hökumət Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Nilufər Əhmədova, Əməkdar jurnalist Faiq Qismətoğlu da çıxış ediblər. Onlar qeyd ediblər ki, belə layihələrin davam etməsi dövlətçiliyimizin və eləcə də aşıq sənətinin təbliğində və tərənnümündə önəmli yer tutur.

Bu gün aşıq sənətinə, aşıq havasına və onun təbliğinə çox böyük ehtiyac var. Ona görə də adını çəkdiyimiz layihə çox unikaldır və onun davamlı olmağını arzulayırıq!

FAİQ QİSMƏTOĞLU

https://adalet.az/az/posts/detail/asiqlar-veten-muharibesinde-qelebemizi-terennum-edir-1695195810

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ MOLLA PƏNAH VAQİFİN 300 İLLİK YUBİLEYİNİ QEYD ETDİ
Featured

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ MOLLA PƏNAH VAQİFİN 300 İLLİK YUBİLEYİNİ QEYD ETDİ

16.05.2017

2017-ci il mayın 15-də Azərbaycan Dövlət Filarmoniyasında XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyi  və Azərbaycan Aşıqlar Birliyinin təşkil etdiyi “Könüldən könülə yollar görünür” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı qeyd etdi ki, Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır.

O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə, milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verib. Azərbaycan şeiri Vaqifin sayəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Molla Pənah Vaqif Azərbaycan poeziyasının ideya-sənətkarlıq və janr-üslub cəhətdən yeni keyfiyyətlər qazanmasında mühüm xidmətləri olmuş şairdir. O, yüksək zövq, dərin və incə duyğular şairidir. Klassik şeirimizin əsas mövzusu olan gözəllik şairin lirik qoşmalarında yeni bir məna, yeni bir təravət kəsb edir.
Molla Pənah Vaqif Azərbaycan tarixinə eyni zamanda  siyasi xadim kimi daxil olmuşdur.
AAB sədri çıxışında onu da vurğuladı ki, bu böyük şairin 300 illik yubileyinin respublikamızda böyük tənətənə ilə qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il yanvarın 12-də sərəncam imzalamışdır.
2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində Molla Pənah Vaqifin 300 illik yubileyi beynəlxalq səviyyədə də qeyd edilir. TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının Şəkidə keçirilən 34-cü toplantısında isə 2017-ci il “Molla Pənah Vaqif ili” elan olunub.
Sonra aşıqların çıxışları başlandı. İlk olaraq səhnəyə Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi   “Çeşmə” Folklor qrupu “Ovşarı” havası ilə çıxdı. Sonra səhnəyə Urfan Əli dəvət edildi. Ustad aşıq “Aran gözəlləməsi” havasını təqdim etdi. Əməkdar Mədəniyyət İşçisi Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlu “Kərəm gözəlləməsi”, aşıq Altay Məmmədli və aşıq Qələndər Zeynalov “Göyçəgülü”, Əməkdar Mədəniyyət İşçisi aşıq Ulduz Sönməz “Qaraçı”, aşıq Ədalət Dəlidağlı və şəyirdi Şəhriyar Laçın “Dubeyti”, Əməkdar Mədəniyyət İşçisi Nemət Qasımlı və gənc aşıqlardan Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı və Roman Azaflı “Göyçə gözəlləməsi”, Əli Zeynalabdinov və Gözəl Kəlbəcərli “Naxçıvani”,  Ramin Qarayev “Hüseyni”, Əməkdar Mədəniyyət  İşçisi Əhliman Şirvanlı “Şəşəngi”, Təbriz Gədəbəyli, və Nəbi Nağıyev “İrəvan çuxuru”, Əməkdar Mədəniyyət İşçisi Solmaz Kosayeva və Azər Fərmayıloğlu “Səyyadı”,  Cahangir Quliyev və Avdı Musayev “Qaytarma”,  Bəhmən Göyçəli və Rəfiqə Göyçəli “Ağır şərili”, Kəmalə Qubadlı və Şaiq İncəli “Mirzəcanı”, Dəmir Vəliyev və Vəli Şınıxlı “Oğuzoğlu”, Əməkdar Mədəniyyət İşçisi Ağamurad Şirvanlı “Şirvan şikəstəsi”, Cavanşir Quliyev və Toğrul Ayrumeli  “Bağarası”,  Vüqar Mahmudoğlu və Rza Məmmədov “Ayaq şəşəngi”, Məharət Habioğlu, Sahib Qaçayev, Xavər Zəngilanlı və Rza İslamoğlu “Orta şəşəngi” havalarını ifa etdilər.
Tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunan tədbir  “Çeşmə” folklor qrupunun ifasında “Müxəmməs” havası ilə başa çatdı.  

Musa NƏBİOĞLU

[bt_slider uid="1494942940-591b04dc47b32" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/DSC_0105.JPG" title="DSC_0105.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_0080.JPG" title="DSC_0080.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_0099.JPG" title="DSC_0099.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_0062.JPG" title="DSC_0062.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_0008.JPG" title="DSC_0008.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_0023.JPG" title="DSC_0023.JPG" link="" parent_tag="slider"][/bt_slider]

“Dədə Şəmşir ucalığı” adlı konsert təşkil edilib
Featured

“Dədə Şəmşir ucalığı” adlı konsert təşkil edilib

30.03.2017

Heydər Əliyev Sarayında “Dədə Şəmşir ucalığı” adlı konsert təşkil olunub.

AZƏRTAC xəbər verir ki, saz və sözün yer aldığı musiqili gecə Aşıq Şəmşirin xatirəsinə həsr edilib. Əvvəlcə tədbir iştirakçıları sarayın foyesində unudulmaz sənətkara həsr edilmiş fotosərgiyə baxıblar.

Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı sənətkarın ömür yolundan və zəngin yaradıcılıq axtarışlarından söz açıb.

Elə sənətkarlar var ki, onlar sənət möhürlərini tarixin yaddaşına həkk edərək ölməzlik qazanırlar. Məhz Aşıq Şəmşir də belə sənətkarlar sırasındadır. O, klassik aşıq sənəti ilə müasir aşıq sənəti arasında körpü yaradan ustad aşıqlardanıdr. Yaşadığı dövrdə “dədə” kimi yüksək ad qazanan Aşıq Şəmşir öz bənzərsiz şeirləri, çoxşaxəli yaradıcılığı, həyata baxışları, yaşam tərzi ilə şərəfli ömür yaşayıb”.

Məhərrəm Qasımlı qeyd edib ki, ustadın xatirəsinə həsr olunan gecənin “Dədə Şəmşir ucalığı” adlandırılması heç də təsadüfi deyil. Çünki onun sazı-sözü bu ucalığı yaradıb. Nə qədər ki, aşıq sənəti, sazı, sözü var Aşıq Şəmşir yaradıcılığı daim yaşayacaq. Ona görə ki, o, ustad aşığa xas olan bütün keyfiyyətləri özündə toplayaraq aşıq şeir formalarının, demək olar ki, bütün janrlarında gözəl əsərlər yaradıb. Hər bir ustad aşıq kimi Aşıq Şəmşir də çoxlu sayda şagird yetişdirərək onlara bu sənətin incəliklərini öyrədib. Sənətkarın Azərbaycan musiqi mədəniyyəti tarixindəki ən böyük xidmətlərindən biri də çoxlu sayda aşıq havalarını lentə yazdırmasıdır. Əməyi dövlət tərəfindən daim yüksək qiymətləndirilən Dədə Şəmşir yaradıcılığı aşıq musiqisinin öyrənilməsi və tədqiqində əvəzolunmaz xəzinədir.

Tədbirdə Aşıq Şəmşir yaradıcılığına həsr olunan videoçarx təqdim olunub.

“Dədə Şəmşir ucalığı” adlı konsert tanınmış aşıqların ifasında bir-birindən rəngarəng aşıq havalarının səslənməsi ilə davam edib.

Bakı, 29 mart, AZƏRTAC

[bt_slider uid="1490857799-58dcaf4733574" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/14907934815806647635_1000x669.jpeg" title="14907934815806647635_1000x669.jpeg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/14907934815423027040_1000x669.jpeg" title="14907934815423027040_1000x669.jpeg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/14907934815258563168_1000x669.jpeg" title="14907934815258563168_1000x669.jpeg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/14907934814733763459_1000x669.jpeg" title="14907934814733763459_1000x669.jpeg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/1490793481265258955_1000x669.jpeg" title="1490793481265258955_1000x669.jpeg" link="" parent_tag="slider"][/bt_slider]

AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUNİLEYİNƏ HƏSR OLUNMUŞ NÖVBƏTİ TƏDBİR KEÇİRİLİB
Featured

AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUNİLEYİNƏ HƏSR OLUNMUŞ NÖVBƏTİ TƏDBİR KEÇİRİLİB

23.06.2021

Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük saz və söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubiley ilidir. Bu böyük sənətkarın yubileyinin ölkə miqyasında geniş qeyd edilməsi ilə bağlı bu ilin fevralında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ayrıca sərəncam imzalayıb. Artıq bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirlməsi istiqamətində mühüm işlər görülməkdədir. Bu mənada, Azərbaycan Aşıqlar Birliyinin indiyədək reallaşdırdğı layihələr xüsusi qeyd olunmalıdır.

Yubiley tədbirləri bölgələrdə də keçirilməkdədir.

Ustad aşığın 200 illik yubileyi ilə bağlı növbəti tədbir Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi sayəsində Ağstafa rayon Mədəniyyət Mərkəzi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə iyun ayının 22-də baş tutub. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, gənc şairə Şahinə Könülün aparıcılığıyla onlayn formatda keçirilən “Aşıq Ələsgər – 200” adlı tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli Aşıq Ələsgərni Azərbaycan aşıq sənətindəki yerindən və rolundan söhbət açıb, saz-söz sənəti ilə bağlı bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.  Azərbaycan  Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi,  professor Məhərrəm Qasımlı Aşıq Ələsgər sazının və sözünün qüdrətindən, yubileylə bağlı Aşıqlar Birliyinin indiyədək həyata keçirdiyi tədbirlərdən söz açıb, yubiley tədbirlərinin ilin sonunadək davam edəcəyini, Bakıda Aşıq Ələsgərin abidəsinin ucaldılacağını bildirib.

Tibb üzrə fəlsəfə doktoru, Ələsgərşünas alim Abbas Bağırov və Ağstafa rayon Mədəniyyət Mərkəzinin direktoru Leyla İsayeva da öz çıxışlarında Aşıq Ələsgər sənətinin qüdrətindən söz açıblar.

Sonra söz aşıqlara verilib. Onlar Aşıq Ələsgərin sözlərini müxtəlif aşıq havaları üstündə oxuyublar.  Altay Məmmədov ustadın “Mərd” (“Osmanlı divanisi”), tədbirə Türkiyədən qatılan dövlət sənətçisi Aşıq Maksut Koca Fəryadi  “Yüküm” (“Anadolu divanisi”), Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva  “Yaylaq” (“Orta sarıtel”), Ramin Qarayev “Güləndam” (“Yüngül şərili”), Elbrus Hüseynov “Ay Şəkər xanım” (“İncəgülü”), təbrizli aşıq İsa Təbrizli “Müşkünaz” (“Ovşarı”), Şahniyar Mikayıloğlu “Cilvələnibdi” (“Cəlili”),  Xavər Zəngilanlı “Yetmədi” (“Ağır şərili”), Vüqar Qurbanov “Öldürür” (“Mirzəcanı”) və Elçin Rəşidoğlu “Gördüm” (“Orta şəşəngi”) şeirlərini səsləndiriblər. Aşıqların ifası Şahniyar Mikayıloğlunun ifasında “Müxəmməs”lə yekunlaşıb.

Sonda Aşıq Ələsgər ocağının nümayəndəsi, “Aşıq Ələsgər ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgər tədbirin təşkilatçılarına və çıxış edənlərə minnətdarlığını bildirib.

 

https://azertag.az/xeber/Asiq_Alesgerin_200_illiyine_hesr_edilmis_novbeti_tedbir_kechirilib-1814247

 

AAB NÜMAYƏNDƏ HEYƏTİ BİŞKEKDƏ TƏDBİRƏ QATILIB
Featured

AAB NÜMAYƏNDƏ HEYƏTİ BİŞKEKDƏ TƏDBİRƏ QATILIB

10.05.2017

2017-ci il may ayının 3-4-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Beynəlxalq Türk dünyası aşıqlıq gələnəyi” mövzusunda elmi konfrans keçirlib. Qırığızıstan-Türkiyə Manas universitetinin (KTMU) Ədəbiyyat fakültəsi Türkoloji bölümünün təşkilatçılığı təşkilatçılığı və Qırğızıstan respublikasının Mədəniyyət, İnformasiya və Turizm nazirliyi, TİKA (Türk İşbirliyi və Koordinasiya Agentliyi), Qırğızıstan Xalqları Məclisi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirə   Azərbaycan Aşıqlar birliyinin təmsilçiləri də qatılıb.  

KTMU-nun  Kasım Tınıstanov konfrans salonunda keçirilən və Türkiyə və Qırğızıstandan da alimlərin qatıldığı konfransın plenar iclasında Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət İşçisi Musa Nəbioğlu “Azərbaycanda aşıqlıq ənənəsi” mövzusunda məruzə ilə çıxış edib.
Konfransdan sonra Qırğızıstanın Opera və Balet Teatrında Türk dünyası aşıqlarının iştirakı ilə böyük konsert proqramı olub. Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan aşıqların iştirakı ilə keçən konsertdə Azərbayandan aşıq Kəmalə Qubadlı və Şaiq İncəli çıxış ediblər.

[bt_slider uid="1494450063-59137f8fc2b9f" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/IMG-20170504-WA0016.jpg" title="IMG-20170504-WA0016.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG-20170504-WA0015.jpg" title="IMG-20170504-WA0015.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG_4748-e1493872549725.jpg" title="IMG_4748-e1493872549725.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG_4658-e1493872323667.jpg" title="IMG_4658-e1493872323667.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG_4522-e1494079528352.jpg" title="IMG_4522-e1494079528352.jpg" link="" parent_tag="slider"][/bt_slider]

“DƏDƏ ŞƏMŞİR UCALIĞI”
Featured

“DƏDƏ ŞƏMŞİR UCALIĞI”

29.03.2017

Martın 28-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyi, AzTv və Azərbaycan Aşıqlar Birliyinin birgə layihəsi əsasında ustad  sənətkar, Əməkdar İncəsənət xadimi  Dədə Şəmşirin xatirəsinə həsr olunmuş “Dədə  Şəmşir ucalığı” adlı konsert keçirilib. Tədbiri giriş sözü ilə Azərbaycan Aşıqlar Birliyinin sədri,  Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı açaraq ustad aşığın həyat və yaradıcılığından söz açıb,  onun şifahi xalq ədəbiyyatımızın inkişafı istiqamətində gördüyü əvəzsiz işlərdən danışıb.

Qeyd olunub ki, 1893-cü ildə Kəlbəcərdə məşhur şair Ağdabanlı Qurbanın ailəsində dünyaya göz açan Aşıq Şəmşir Aşıq Ələsgərdən sənət dərsi alıb, 1938-ci ildə Azərbaycan Aşıqlarının II Qurultayında iştirak edib. Onun 1955-ci ildə Xalq şairi Səməd Vurğunla görüşü şirin bir xatirə kimi bu gün də dillərdə dolaşmaqdadır. Aşıq Şəmşir Azərbaycan klassik aşıq şeirinin əksər janr və formalarında mükəmməl nümunələr yaradıb, ilk şeirlər kitabı 1959-cu ildə xalq şairi Osman Sarıvəllinin ön sözü ilə nəşr olunub.  sonralar bir neçə kitabı işıq üzü görüb. Aşıq sənətində özünəməxsus yeri olan Aşıq Şəmşir eldə-obada böyük hörmət və nüfuz sahibi olub, dədəlik mərtəbəsinə ucalıb, Azərbaycanın hər yerində ona Dədə Şəmşir deyə müraciət ediblər. Yetmişdən artıq saz havası və 20-dən çox dastanı yüksək peşəkarlıqla ifa edib, ifalarının əksəriyyəti lentə alınıb. Dədə Şəmşirin  zəngin irsi təkcə Azərbaycanda deyil, digər türk xalqları tərəfindən də maraqla öyrənilməkdədir.

[bt_slider uid="1490858119-58dcb08777c73" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/EU2A1975.jpg" title="EU2A1975.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/EU2A2107.jpg" title="EU2A2107.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/EU2A2090.jpg" title="EU2A2090.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/EU2A2038.jpg" title="EU2A2038.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/EU2A2076.jpg" title="EU2A2076.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/EU2A2058.jpg" title="EU2A2058.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/EU2A1962.jpg" title="EU2A1962.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/EU2A1935.jpg" title="EU2A1935.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/EU2A1920.jpg" title="EU2A1920.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/EU2A1623.jpg" title="EU2A1623.jpg" link="" parent_tag="slider"][/bt_slider]

Tədbirdə həmçinin o da vurğulanıb ki, iki gün öncə - martın 26-da Xaçmazda açıq səma altında yaradılan “Şəxsiyyətlər muzeyi”ndə Dədə Şəmşirin büstü ucaldılıb.
Sonra Dədə Şəmşirin həyat və yaradıcılıq yolundan bəhs edən film nümayiş etdirtilib.
Azərbaycan Aşıqlar Birliyinin sədri,  Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə keçən tədbirdə aşıqlardan Prezident təqaüdçüsü Mahmud Məmmədov, Əməkdar Mədəniyyət  İşçiləri Əhliman Rəhimov, Ağamurad İsrafilov, Ədalət Dəlidağlı, Samirə Əliyeva, Nemət Qasımlı, eləcə də Altay Məmmədov, Qələndər Zeynalov, Vüqar Mahmudoğlu, Nəbi Nağıyev, Nazim Hüseynov, Mehdi Məsimov, Şöhrət Kərimov, Elbrus Hüseynov, Zülfiyyə İbadova, Xatirə Gülməmmədli, Könül Bayramova, Roman Azaflı, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Ramin Qarayev, Familə Göyçəli, Əli Tapdıqoğlu, Gözəl Kəlbəcərli, Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu və xanəndə Babək Niftəliev Dədə Şəmşirin sözlərini müxtəlif aşıq havaları üstündə səsləndirmiş, ona ithaf olunan mahnıları oxumuşlar.
Aktyorların ifasında Dədə Şəmşirin şeirləri də tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Musa NƏBİOĞLU
Əməkdar Mədəniyyət İşçisi                                            

“Ozan-aşıq ensiklopediyası” iki mindən çox oçerk və yığcam elmi təqdimatları özündə ehtiva edir
Featured

“Ozan-aşıq ensiklopediyası” iki mindən çox oçerk və yığcam elmi təqdimatları özündə ehtiva edir

16.06.2021

Ozan-aşıq sənəti türk-oğuz xalqlarının, o cümlədən azərbaycanlıların mühüm sərvətidir. Çağdaş mərhələdə ozan-aşıq yaradıcılığının tədqiqi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yeri gəlmişkən, “Ozan-aşıq ensiklopediyası” ikicildliyinin nəşri bu işə əhəmiyyətli töhfə kimi qiymətləndirilə bilər. “Ozan-aşıq ensiklopediyası” Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra milli mədəniyyətə böyük qayğının nəticəsi kimi ortaya çıxıb. “Ozan-aşıq ensiklopediyası” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşıqlar Birliyinin inkişafına dəstək məqsədilə ayırdığı vəsait hesabına nəşr olunub.

Ensiklopediyada ozan-aşıq yaradıcılığı ilə bağlı faktoloji bilgilər, sənətin mənşəyi, təşəkkülü, inkişaf tarixi, günümüzə qədərki mənzərəsi, ustad sənətkarların, el şairlərinin yığcam bioqrafiyası, sənət ənənəsi, dastançılıq və ifaçılıq xətləri, sinkretiklik, improvizasiya məsələləri, qopuz, saz, balaban, davul, nağara və s. barədə elmi-tarixi məlumatlar yer alır. Saz havalarının əsas səciyyəsi, melodik quruluşu və not yazıları əsasındakı təhlillərə xüsusi diqqət yetirilir. Türk şamançılığı, orta çağ təsəvvüf mədəniyyəti, ozan-aşıq keçidi və onun tarixi dinamikası ilə bağlı təhlillər də uyğun ölçüdə öz əksini tapır. Ozan-aşıq sənətinin elmi-nəzəri problemləri ilə məşğul olan folklorşünaslar, etnoqraflar, aşıqşünas və musiqşünaslar barəsində yığcam oçerklər təqdim olunur. Türk xalqlarında mövcud olan sənət ənənəsi və onun çağdaş mənzərəsi, eləcə də dünya xalqlarında ozan-aşıq sənətinə yaxın olan folklor sahələri haqqında da ensiklopedik bilgilər verilir. Bu nəhəng əsər iki mindən çox oçerk və yığcam elmi təqdimatları özündə ehtiva edir. Təqdimat və oçerklər ümumi qaydaya uyğun olaraq, əlifba sırası ilə verilib.
Məlumat üçün bildirək ki, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının baş redaktorluğu altında ərsəyə gələn nəşrdə yaradıcı heyətin üzvləri - filologiya üzrə elmlər doktoru, professor Mahmud Allahmanlı, sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərli və Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaşzadədir.

Müşfiqə BAYRAMLI

http://yeniazerbaycan.com/SonXeber_e84949_az.html

GƏNC VƏ İSTEDADLI AZƏRBAYCAN AŞIĞI MOSKVADA SOLO KONSERT VERİB
Featured

GƏNC VƏ İSTEDADLI AZƏRBAYCAN AŞIĞI MOSKVADA SOLO KONSERT VERİB

08.05.2017

2009-cu ildə Azərbaycan aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildikdən sonra xalqımızın bu ölməz sənəti dünya miqyasında daha çox tanınmağa başladı. Bu gün mədəniyyətimizin digər sahələri kimi, aşıq sənətinə də dövlət səviyyəsində qayğı və diqqətin gündən-günə artması göz önündədir. İndi aşıqlarımızın səsi tez-tez müxtəlif xarici ölklərin möhtəşəm salonlarından gəlir.

Aşıqlarımızın xarici ölkələrdə növbəti çıxışı isə Rusiyanın paytaxtı Moskva şəhərində olub. Bu il aprel ayının 29-da gənc və istedadlı aşıq, Borçalı aşıq mühitinin yetirməsi Ramin Qarayev Moskvada solo konsert proqramı ilə çıxış edib. Qeyd etmək lazımdır ki, indiyədək aşıqlarımızın xarici ölkələrdə çıxışları çox olsa da, bu, ilk solo konsert idi. Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutan və klassik aşıq ənənələri əsasında keçən konsertdə Ramin Qarayev 20-dən çox aşıq havasını ifa edib, “Hüseyn və Reyhan” dastanından bir parçanı söyləyib.  Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı həmin tədbirdə çıxış edərək Azərbaycan aşıq sənətinin dünəni və bu günündən söhbət açıb, bu sənətin beynəlxalq aləmdə daha yaxından tanıdılmasının vacibliyini vurğulayaraq belə konsert proqramlarının keçirilməsinə böyük ehtiyac olduğunu deyib.
Təbbirdə həmçinin Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşı Şövqi Mehdizadə və diaspor nümayəndələri də iştirak ediblər.
Gən aşığın ifasından böyük mənəvi zövq aldıqlarını deyən tamaşaçılar gələcəkdə də belə konsertlərin keçirilməsini arzu etdiklərini bildiriblər.
Musa NƏBİOĞLU

[bt_slider uid="1494252580-59107c242e6c5" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/DSC_6285.JPG" title="DSC_6285.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_6315 (1).JPG" title="DSC_6315 (1).JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_6278.JPG" title="DSC_6278.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_6271.JPG" title="DSC_6271.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_6266.JPG" title="DSC_6266.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_6255.JPG" title="DSC_6255.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_6252.JPG" title="DSC_6252.JPG" link="" parent_tag="slider"][/bt_slider]

 AŞIQ YANVARIN 75 İLLİK YUBİLEYİ QEYD OLUNDU
Featured

AŞIQ YANVARIN 75 İLLİK YUBİLEYİ QEYD OLUNDU

29.11.2017

Noyabrın 28-də İsmayıllı rayon Mədəniyyət evində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şirvan aşıq mühitinin dövrümüzdəki tanınmış nümayəndəsi, ustad aşıq, Əməkdar Mədəniyyət İşçisi Yanvar Bədəlovun anadan olmasının 75 illik yubileyi qeyd olunub. Əməkdar Mədəniyyət İşçisi, tanınmış folklorşünas alim Elxan Məmmədlinin aparıcılığı ilə keçən tədbirdə yubilyarı təbrik etmək üçün ilk söz İsmayıllı RİH başçısı Mirdaməd Sadıqova verilib.

Aşıq Yanvarın İsmayıllıda aşıq sənətinin inkişafında və rayonda mədəni-kütləvi tədbirlərin keçirilməsində uzun illər böyük əmək sərf etdiyini, gənclərin bu sənətə  gəlməsində mühüm rol oynadığını qeyd edən M.Sadıqov yubilyarı təbrik etməklə yanaşı, bundan sonra da İsmayıllı rayonunda aşıq sənətinin inkişafına xüsusi diqqət yetiriləciyini vurğulayıb.

[bt_slider uid="1511948839-5a1e822745828" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/DSC_0975.JPG" title="DSC_0975.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_0001.JPG" title="DSC_0001.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_0996.JPG" title="DSC_0996.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_0035.JPG" title="DSC_0035.JPG" link="" parent_tag="slider"][/bt_slider]
Sonra söz Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlıya verilib. Azərbaycan Aşıqlar Birliyi və şəxsən öz adından ustad aşığı təbrik edən professor Aşıq Yanvarın sənətdəki xidmətlərindən və həm bir sənətkar, həm də şəxsiyyət kimi özünəməxsusluğundan söz açıb. Filologiya elmlər doktoru, professor Seyfəddin Qəniyev və Təranə Əmirli də ustadın keçdiyi sənət yolundan söz açaraq ona bundan sonra da uzun və sağlam ömür, sənət naminə yorulmaz fəaliyyətində uğurlar arzulayıblar.
Çıxışlardan sonra səhnə İsmayıllı rayonunun musiqiçilərinin və aşığın sənət dostlarının ixtiyarına verilib. Özlərinin musiqi töhfələri ilə ustadı təbrik edən Əməkdar Mədəniyyət İşçiləri Ağamurad İsrafilov, Samirə Əliyeva və Rasim Ələsgərovun, Altay Məmmədli, Əli Tapdıqoğlu, Abbas Musaxanoğlu, Babək Şakirli, Elman Mehdiyev, Sahibə Abdullayeva və Ağapaşa Xəlilovun, Qobustan rayon Musiqi məktəbi saz sinfinin şagirdlərinin və digər sənətçilərin ifaları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.    

Musa NƏBİOĞLU

Aşıq Şəmşirin xatirəsinə həsr olunmuş konsert
Featured

Aşıq Şəmşirin xatirəsinə həsr olunmuş konsert

31.03.2017

Martın 28-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyi, AzTV və Azərbaycan Aşıqlar Birliyinin birgə layihəsi əsasında ustad sənətkar, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin xatirəsinə həsr olunmuş “Dədə Şəmşir ucalığı” adlı konsert keçirilib.
Əvvəlcə tədbir iştirakçıları sarayın foyesində sənətkara həsr edilmiş fotosərgiyə baxıblar.

Tədbiri giriş sözü ilə Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açaraq ustad aşığın həyat və yaradıcılığından, onun şifahi xalq ədəbiyyatımızın inkişafında xidmətlərindən bəhs edib: “Elə sənətkarlar var ki, onlar sənət möhürlərini tarixin yaddaşına həkk edərək ölməzlik qazanırlar. Aşıq Şəmşir də belə sənətkarlardandır. O, klassik aşıq sənəti ilə müasir aşıq sənəti arasında körpü yaradan ustad aşıqlardandır”.
Məhərrəm Qasımlı qeyd edib ki, ustadın xatirəsinə həsr olunan gecənin “Dədə Şəmşir ucalığı” adlandırılması heç də təsadüfi deyil. Çünki onun sazı-sözü bu ucalığı yaradıb. Nə qədər ki, aşıq sənəti, saz, söz var, Aşıq Şəmşir yaradıcılığı daim yaşayacaq. O, aşıq şeir formalarının, demək olar ki, bütün janrlarında gözəl əsərlər yaradıb. Hər bir ustad aşıq kimi çoxlu sayda şagird yetişdirərək onlara bu sənətin incəliklərini öyrədib. Sənətkarın Azərbaycan musiqi mədəniyyəti tarixindəki ən böyük xidmətlərindən biri də çoxlu sayda aşıq havalarını lentə yazdırmasıdır. Dədə Şəmşir yaradıcılığı aşıq musiqisinin öyrənilməsi və tədqiqində əvəzolunmaz xəzinədir.
“Dədə Şəmşir ucalığı” adlı konsert tanınmış aşıqların ifasında rəngarəng aşıq havalarının səslənməsi ilə davam edib. Dədə Şəmşirin sözləri müxtəlif aşıq havaları üstündə səsləndirilib, ona ithaf olunan mahnılar oxunub. Aktyorların ifasında Dədə Şəmşirin şeirləri də tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
www.medeniyyet.az

1 -dən səhifə 3

  • 1
  • 2
  • 3
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ