GƏNC AŞIQLARA QAYĞI DAİM DİQQƏT MƏRKƏZİNDƏDİR

Azərbaycan Aşıqlar Birliyində gənc aşıqlara daim qayğı göstərilir. Aşıq sənətinin tarixi ənənələrini daha dərindən mənimsəmələri üçün tez-tez ustad aşıqlarla görüşlər və ustad dərsləri təşkil olunur, sənət yollarında püxtələşmələri üçün onlara hər cür dəstək göstərilir.

AAB-nin LAÇIN BÖLMƏSİNDƏ TOPLANTI KEÇIRİLİB

Azərbaycan Aşıqlar Birliyi təşkilatın qarşısında duran vəzifələrin həyata keçirilməsinin səmərəliyini artırmaq, aşıqların fəaliyyətini stimullaşdırmaq üçün bölgələrdə Birliyin filial və bölmələrinin işinin təkmilləşdirilməsi, yeni təmsilçiliklər yaradılması istiqamətində işləri davam etdirir. Bölgələrdə aşıqların və müvafiq qurumların təmsilçilərinin iştirakı ilə toplantılar keçirilir, bölmələrə yeni rəhbər heyət seçilir.

AAB-nin SƏDRİ, ƏMƏKDAR ELM XADİMİ MƏHƏRRƏM QASIMLIYA MÜKAFAT TƏQDİM OLUNUB

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı uzunillik elmi fəaliyyəti zamanı apardığı tədqiqatları və nüfuzlu elmi jurnallarda nəşr olunmuş məqalələri ilə Türk mədəniyyətinə və dilinə göstərdiyi xidmətlərə görə Türkiyənin  Hacı Bektaş Vəli  Kültür Dərnəyi, Qırğızıstandakı K.Tınıstanov adına İssık-Göl Dövlət Universiteti və Türk Dünyası Söz Akademiyasının birgə təsis etdiyi “Manasın mirasçıları:  Türk dünyası kültürünə hizmet ödülü”nə layiq görülüb.  

AŞIQLAR BİRLİYİNİN HAZIRLADIĞI “AŞIQ TƏCNİSLƏRİ” ADLI ANTOLOGİYA İŞIQ ÜZÜ GÖRÜB

Bu günlərdə Azərbaycan Aşıqlar Birliyində nəşrə hazırlanmış daha bir kitab işıq üzü görüb. “Aşıq təcnisləri” adlanan bu şeir antologiyası ilkin cinaslı nümunələrdən günümüzə qədərki ustad aşıqların yaradıcılığından ən mükəmməl örnəkləri – Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Şəmkirli Hüseyn, Aşıq Ələsgər, Molla Cuma, Hüseyn Bozalqanlı, Növrəs İman, Aşıq Şəmşir kimi nəhəng söz ustadlarından üzü bu yana – XX yüzilliyin ustad aşıq və təcnisə meyil göstərən saz şairlərinə qədər çoxsaylı qələm sahiblərinin təcnis yaradıcılıqlarından nümunələri əhatə edir.

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNİN QARABAĞDAN OLAN GƏNC VƏ İSTEDADLI ÜZVÜ

Azərbaycan Aşıqlar Birliyi daim gənclərə qayğı göstərir, istedadlı gənclərin üzə çıxarılması istiqamətində axtarışlarını davam etdirir. Bunun nəticəsidir ki.ölkəmizin ayrı-ayrı bölgələrində olan istedadlı saz-söz həvəskarları və aşıq sənətinə maraq göstərən gənclərin sayı getdikcə artmaqdadır. Bu gün belə istedadlı gənclərə paytaxt Bakı şəhəri ilə yanaşı vətənimizin hər mahalında rast gəlmək olar. Onlardan biri də Ağcabədi rayonunun Hacıbədəlli kəndindən olan Zamin Sərdar oğlu Həsənlidir.

TÜRKİYƏLİ ALİMLƏR AAB-də QONAQ OLUBLAR

Türkiyənin Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun əməkdaşı dos. dr. Pınar Fedakar və Ege Universiteti Dövlət Türk Musiqisi Konservatoriyasının əməkdaşı Ali Hikmet Gökçen bu günlərdə Azərbaycan Aşıqlar Birliyində qonaq olublar. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı qonaqları salamlayıb, AAB-nin fəaliyyəti və Azərbaycan aşıq sənətinin bu günü ilə bağlı ətraflı məlumat verib.

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ TƏYİNATLAR

Azərbaycan Aşıqlar Birliyində bölgələrdə yaşayan aşıqların fəaliyyətinə daim böyük diqqət yetirilir, onların yaradıcılıqlarının inkişafına hərtərəfli dəstək göstərilir. Bölgələrlə işin daha  səmərəli təşkili üçün bu günlərdə daha bir uğurlu addım atılıb. 2022-ci il iyun ayının 2-də Birliyin Gəncəbasar və Qazax-Ağstafa-Tovuz filiallarında AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının, regional mədəniyyət idarələrinin, yerli icra strukturlarının təmsilçilərinin və aşıqların iştirakı ilə keçirilən toplantılarda bölgələrdə aşıq sənətinin inkişafı və qarşıda duran vəzifələr müzakirə olunub, AAB-nin hər iki filialında təşkilati məsələlər müzakirə olunaraq, yeni təyinatlar həyata keçirilib.

Tovuzda aşıq konserti

Ağstafa Regional Mədəniyyət İdarəsinin (RMİ) Tovuz rayon Nizami adına Mədəniyyət Mərkəzində Tovuz, Qazax, Ağstafa aşıqlarının iştirakı ilə konsert proqramı keçirilib.

RMİ-nin təşəbbüsü və təşkilatçılığı, Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşən konsertdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, Ağstafa RMİ-nin rəisi Nurəddin Mehdiyev, Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri, şair Barat Vüsal, tanınmış aşıqlar, rayonun mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“SAZ-SÖZ AXŞAMI”NIN NÖVBƏTİ BURAXILIŞI AŞIQ KAMANDAR ƏFƏNDİYEVƏ HƏSR OLUNACAQ

Bu il Borçalı aşıq mühitinin görkəmli nümayəndəsi, XX əsrin ikinci yarısında Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus xidmətləri olmuş ustad aşıq Kamandar Əfəndiyevin anadan olmasının 90 illik yubileyi tamam olur. Bu böyük sənətkarın yubileyinin yüksək səviyyədə qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində ayrıca tədbirlər planı hazırlanıb və artıq bu istiqamətdə ilk addımlar atılmaqdadır.

8 -dən səhifə 36