PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı Aşıq Xanmusanı evində ziyarət etdi

Şirvan aşıq mühitinin görkəmli nümayəndəsi, 90-dan artıq yaşı olan Aşıq Xanmusa Azərbaycan  aşıq sənətinin inkişafında özünəməxsus xidmətləri olan ustad sənətkarlardandır. Bənzərsiz ifa tərzi ilə el məhəbbəti qazanan ustadın xidmətləri dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilib. Dəfələrlə müxtəlif fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılan Xanmusa Musayev ötən ilin iyulunda ölkə başçısının sərəncamıyla “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.

Bu günlərdə isə Azərbaycan Aşıqlar Birliyi ustadı növbəti töhfəsi ilə sevindirib. Aprelin 17-də ustadı evində ziyarət edən AAB sədri, Əməkdar Elm xadimi, professor Məhərrəm Qasımlı Birliyin layihəsi olan “Günümüzün ustad aşıqları” seriyasından Aşıq Xanmusaya həsr olunmuş kitabı ona təqdim edib. Kitabda ustad sənətkarla bağlı respublikamızın elm və sənət adamlarının ürək sözləri, ona ithaf olunmuş şeirlər və özünün IMG-20170416-WA000655.JPGyaradıcılığından seçmələr, eləcə də, ömür yolunu əks etdirən müxtəlif fotoşəkillər yer alıb.
Ustadın səhhəti ilə maraqlanan M.Qasımlı ona uzun və sağlam ömür arzulayıb, sənətdəki xidmətlərini yüksək dəyərləndirib.
Ustadın ziyarətində Məhərrəm Qasımlı ilə yanaşı, gənc aşıqlardan Əli Tapdıqoğlu, Məharət Habiloğlu, Rza İslamoğlu və Qobustan qəsəbə Mədəniyyət Evinin bədii rəhbəri Aydın Bayramov da iştirak edib.