PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

M.P.VAQİFİN 300 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ

Bu il Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi tamam olur. 2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Adı YUNESKO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilmiş bu böyük söz ustadının yubileyinin respublikamızda geniş qeyd olunmasıyla bağlı ölkə prezidentinin sərəncamı olub.

Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yubileyinin qeyd olunması ilə Azərbaycan Aşıqlar Birliyi də tədbirlər planı hazırlayıb. Bu ilin may ayının birinci ongünlüyündə “Molla Pənah və aşıq sənəti” mövzusunda ədəbi-bədii proqram və və aşıq konserti keçiriləcək. Dövlət Filarmoniyasında keçirilməsi nəzərdə tutulan “Könüldən könülə yollar görünür” adlı konsert proqramında M.P.Vaqifin qoşma və gəraylıları, gözəlləmələri, deyişmələri saz havaları üstündə oxunacaq, Vaqif poeziyası ruhunda sonrakı dönəm aşıqların yaratdıqları dastanlardan parçalar və aşıq mahnıları teatral şəkildə təqdim olunacaq.