AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
“ŞUŞA İLİ”NƏ 37 SAYLI MUSİQİ MƏKTƏBİ ŞAGİRDLƏRİNİN SAZ-SÖZ ƏRMƏĞANI
Featured

“ŞUŞA İLİ”NƏ 37 SAYLI MUSİQİ MƏKTƏBİ ŞAGİRDLƏRİNİN SAZ-SÖZ ƏRMƏĞANI

20.04.2022

2022-ci il aprelin 18-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayonundakı 37 saylı Uşaq Musiqi məktəbinin saz sinfi şagirdlərinin "Şuşa ili"nə həsr olunmuş "Zəfər" adlı konserti kecirilib.

Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, rəis müavini Nazim Əliyev, Musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva, baş məsləhətçi Mehriban Qurbanova, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının müavini Könül Axundova, AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, ADMIU-nun “Aşıq sənəti” kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Əhliman Rəhimov, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva, sənətşunaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimov, Azərbaycan Respublikasının xalq artistləri Vamiq Məmmədəliyev və Teyyub Aslanov, Əməkdar artistlər Mirnazim Əsədullayev və Əliağa Sədiyev, II Qarabağ müharibəsinin qaziləri Qasım Qasımov və Yusif Hümmətov, eləcə də rayondakı musiqi məktəblərinin direktorlari və saz siniflərinin müəllimləri də iştirak ediblər.

[bt_slider uid="1650455052-625ff20c1ffcc" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/06c89fa6-6942-481a-a7c5-3b5cf1968c9f_copy_1024x682.jpg" title="06c89fa6-6942-481a-a7c5-3b5cf1968c9f_copy_1024x682.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/61c1dbda-968d-4340-913a-5736062d968d_copy_1024x682.jpg" title="61c1dbda-968d-4340-913a-5736062d968d_copy_1024x682.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/1ca34c64-a2ad-4e7e-b824-7a8d37f9bcf5_copy_1024x682.jpg" title="1ca34c64-a2ad-4e7e-b824-7a8d37f9bcf5_copy_1024x682.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/62f83e44-c5d1-44ad-98ce-cabb38027a2a_copy_1024x682.jpg" title="62f83e44-c5d1-44ad-98ce-cabb38027a2a_copy_1024x682.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/457995c6-847f-474f-a5b6-a70e6d384628_copy_1024x682.jpg" title="457995c6-847f-474f-a5b6-a70e6d384628_copy_1024x682.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/dcdb8c9b-64c8-432d-a272-4813373ae110_copy_1024x682.jpg" title="dcdb8c9b-64c8-432d-a272-4813373ae110_copy_1024x682.jpg" link="" parent_tag="slider"][/bt_slider]

Tədbirin aparıcısı Aysel Uğurlu milli-mənəvi dəyərlərimizə, muğam və aşıq sənətinə dövlətin qayğısı, milli mənəvi dəyərlərimizin dünyaya tanıdılması və inkişafına görə Ulu Öndər Heydər Əliyevin, onun layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının və Mehriban xanım Əliyevanın bu yolda gördüyü işlər barəsində məlumat verdikdən sonra Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edib. O, respublikamızın ali və orta ixtisas təhsil ocaqlarında və uşaq musiqi məktəblərində aşıq sənətinin tədrisi və bu sənətin inkişafı naminə görülən işlərdən danışıb, 37 saylı Uşaq Musiqi məktəbinin Saz sinfinin müəllim və şagird kollektivinin son illərdə əldə etdiyi uğurları təqdir edib.

Konsertdə şagirdlərin ifasında səsləndirilən müxtəlif aşıq havaları, xalq mahnıları və bəstəkar əsərləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Tədbirin sonunda AAB-nin sədri Məhərrəm Qasımlı və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxış edərək konsert barədə xoş təəssüratlarını bölüşüb, tədbirin təşkilatçılarına və saz sinfinin müəllimləri Sahib İsmiyev və Səməd Davıdova, çıxış edən şagirdlərə, bütövlükdə məktəbin pedaqoji kollektivinə uğurlar arzulayıblar.

 Sonda məktəbin direktoru Möhüb Babayev tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

Altay MƏMMƏDLİ – 50
Featured

Altay MƏMMƏDLİ – 50

30.03.2022

Hörmətli Aşıq Altay Məmmədli!

Sizin çox maraqlı sə­nət­kar tale­yi­niz vardır. Arxada qoyuğunuz bu 50 ildə özünüzdən əvvəlki ustad­lara, sazımıza layiq olan bir ömür yaşamış, kamil ustadlardan dərs alaraq Azərbaycanda adı həmişə hörmətlə çəkilən aşıqlar sırasında dayanmı­sı­nız.

Müasir dövrümüzdə Azərbaycan aşıq sənətinin layiqli davamçıların­dan­ olan ustad aşıq kimi şərəfli bir ömür yolu keçərək ömrünüzün 30 ildən çoxunu bu sənətə həsr etmisiniz. Kamil bir sənətkar kimi şöhrətiniz Azərbaycanın hüdudlarını çoxdan aşıb. İndi sizi təkcə Azərbaycanda yox, Türkiyədə, Cənubi Azərbaycanda, Gürcüstanda və digər ölkələrdə də yaxşı tanıyır və sevirlər.

Siz həm də elmi-tədqiqatla məşğul olaraq aşıq sənətini, klassik aşıqlarımızın həyat və yaradıcılıqlarını tədqiq edir, filologiya üzrə fəlsəfə doktoru kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bu sənətin sirlərini böyük həvəslə gənclərə öyrədirsiniz. Bu gün sənətə gələn neçə-neçə gənc aşıqlığın sirlərini məhz sizdən öyrənib, sizi özünə ustad sayır.

Siz kamil bir sənətkar kimi hər yerdə el məhəbbəti qazanmısınız, aşıq sənəti qarşısındakı xidmətləriniz daim yüksək qiymətləndirilib. Dəfələrlə fəxri fərman və diplomlarla təltif olunub, müxtəlif mükafatlara layiq görülübsünüz.

Siz sazımızı yaşadan, keçdiyi həyat və yara­dı­cı­lıq yolu bu gün sənətə gəlmək istəyən cavanlara örnək olan, gənclik təra­vətini, səliqə-səhmanını qoruya-qoruya püxtələşib müdrikləşən sənətkarlarımızdansınız.

Sizi – Azərbaycan aşıq sənətinin layiqli nümayəndəsini anadan ol­ma­ğınızın 50 illik yubileyi münasibəti ilə təbrik edir, sağlam və gümrah olmağınızı, bundan sonra da bir ustad aşıq kimi ozan-aşıq sənətinə yeni-yeni töhfələr verməyinizi arzulayırıq!    

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

Featured

“Aşıq təcnisləri” kitabı nəşrə hazırlanır

22.02.2022

      Azərbaycan Aşıqlar Birliyində yeni  bir antoloji toplu üzərində iş aparılır. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasımdan başlayaraq Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Molla Cuma, Hüseyn Bozalqanlı və daha sonrakı dönəmin ustad sənətkarlarına qədər yüzdən çox aşıq və el şairinin təcnislərini əhatə edəcək bu kitabda təqribən beş yüzdən artıq cinaslı şeir çeşidi yer alacaqdır.

     Təqdim olunan sənətkarlarla bağlı xronoloji-bioqrafik bilgilər veriləcək, hər bir şeir örnəyində istifadə olunan cinasların çətin anlaşılan sözlərinə ətək yazılarında açıqlama veriləcəkdir.

      Lüğət bölməsində əcnəbi sözlərin izahının verilməsi də nəzərdə tutulur.

 “Aşıq təcnisləri” kitabı 2022-ci ilin ortalarına qədər saz-söz ictimaiyyətinə çatdırılacaqdır.

Leyliyə Məcnunun gözü ilə baxanda...
Featured

Leyliyə Məcnunun gözü ilə baxanda...

18.04.2022

Yarandığı zamanla bağlı Azərbaycan şifahi xalq ədəbiyyatının maraq doğuran nümunələrindən biri – “Leyli və Məcnun” dastanının tərcümeyi-halında Nizami Gəncəvi yubileylərinin xüsusi yeri var. Dastan ilk dəfə Nizaminin 800-illik yubiley tədbirləri çərçivəsində, 1941-ci ildə “Nizami əsərlərinin el variantları” adlı kitabda nəşr olunub.

O vaxt dastan yazıya alınarkən mətnə zaman da öz möhrünü vurub: dastanın yazılı mətnində hakim ideologiyadan gələn məhdudiyyətlərin milli yaddaşa sızmasının izlərini görməmək mümkün deyil. Bu məhdudiyyətlər bəzən özünü dastandakı şeir mətnləri ilə nəsr (yurd) parçaları arasında ziddiyyət şəklində göstərir. Şeirlərdən hiss olunur ki, dastanı yazıya alanlar xüsusilə mifologiya, təsəvvüf və dinlə səsləşən motivlərərə daha ehtiyatla yanaşıblar...

Onu da qeyd edək ki, “Leyli və Məcnun” dastanı nəşr olunandan sonra kitab səhifələrində qalmayıb, aşıqlar onu məclislərdə, el yığıncaqlarında söyləyiblər...

Professor Məhərrəm Qasımlının qeyd etdiyinə görə, ustad sənətkar Aşıq Şəmşir dastanın 1941-ci ildə nəşr edilmiş mətnini işləyərək 1960-cı illərin sonlarında yenidən yazıya aldırıb...

Dastanın əlimizə çatan ən maraqlı variantlarından biri böyük saz və söz ustadı Hüseyn Saraclıya aiddir. Onun öz şagirdləri ilə dastandan bir parçanı ifa etməsi və həmin ifanın səs yazısının qeydə alınması mühüm sənət yadigarı kimi qiymətləndirilə bilər. Hüseyn Saraclının ifasının ən qiymətli cəhəti budur ki, o, dastanın yurd (nəsr) hissəsini yazıya alınmış variantdan – kitabdakından xeyli fərqli söyləyr. Burada da özünün bənzərsiz dastansöyləmə tərzinə sadiq qalan Hüseyn Saraclının danışdığı əhvalatlar gerçək dünyadan fərqli olan epos dünyasının şərtiliklərini qoruyub saxlayır. Tamaşaçı (dinləyici) inanır ki, aşığın söylədikləri həyatda deyil, DASTANDA baş verib.

“Leyli və Məcnun”un aşıq Cahangir Quliyevin ifasında videoyazıya alınmış variantı da var. Aşıq Cahangir dastanı söyləyərkən əsərin ilk dəfə 1941-ci ildə nəşr olunmuş kitab variantına üstünlük verib.

Nizami Gəncəvinin 880-illik yubileyi də “Leyli və Məcnun” üçün düşərli oldu. Azərbaycan Aşıqlar Birliyinin və Heydər Əliyev sarayının layihəsi əsasında dastanın səhnə variantı hazırlandı və sarayın səhnəsində uğurla nümayiş etdirildi.

Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlının və Aşıq Altay Məmmədlinin ssenarisi əsasında hazırlanmış dastan-tamaşa, əslində, opera da adlandırıla bilər. Bu tamaşa dahi Üzeyir bəyin yaratdığı əvəzsiz ənənənin layiqli davamı kimi maraq doğurur.

Bu tamaşanı Azərbaycan dastanlarının səhnə həyatı baxımından yeni bir başlanğıc hesab etmək olar. Düşünürəm ki, gələcəkdə milli folklorumuzun daha səmərəli təbliği məqsədilə “Leyli və Məcnun” dastan-tamaşasının təcrübəsindən istifadə etmək olar və bu, lazımdır.

Tamaşanın rejissoru, əməkdar artist İnarə Babayevanın aşıq sənətinin təbiəti ilə səhnə estetikasının tələblərini sintez etməklə XXI əsrin uğurlu səhnə tamaşasını yarada bilib. İnarə xanım əsəri səhnələşdirərkən meydan tamaşalarının estetik prinsiplərindən qaynaqlanan aşıq sənətinin, xüsusilə dastan ifaçılığının incəliklərini nəzərə alıb.

Tamaşada klassik ədəbiyyatdan, ciddi ənənələrə söykənən İslam mistisizmindən gələn motivlər xalq təfəkkürünün “realizmi” ilə bir araya gətirilib ki, bu yanaşmanın dərin tarixi kökləri var. XVI əsrdən başlayaraq Azərbaycanda təsəvvüf fəlsəfəsindən və klassik ədəbiyyatdan gələn ideyaların xalq təfəkkürünə köçürülməsi, xəlqiləşməsi prosesi dərinləşir. Klassik divan ədəbiyyatı saray zövqünə, oxumuş insanların bilik səviyyəsinə ünvanlandığı halda, aşıq yaradıcılığı divan ədəbiyyatının fəlsəfəsini xalqa, xalqın mənəvi intibahına yönəldirdi. Bu keyfiyyət, özünü, əsasən, məhəbbət dastanlarında göstərir. Haqq aşığı olan dastan qəhrəmanları insanlarla ali həqiqət arasında körpü yaratmağa, eşqə ilahi məzmun verməyə çalışırdılar. Milli yaddaşımızda bunun ən parlaq şedevri “Əsli və Kərəm” dastanı sayıla bilər. Bu dastanda eşqin ilahi məzmunu ilə real tarixi şərtlərin konflikti faciə yaradır. Allahın və eşqin birləşdirdiyi sevənlərin arasına din və milli mənsubiyyət dərin və keçilməz uçurumlar salır. Sonradan realist maarifçi ədəbiyyat belə sevənləri bu uçurumdan keçirə bilmir, Nəriman Nərimanovun “Bahadır və Sona” əsərinin yeni tarixin yetirməsi olan qəhrəmanları da faciədən can qurtara bilmirlər...

Onu da deyək ki, Azərbaycan folkloruna ümumşərq mədəniyyətindən keçən “Leyli və Məcnun” dastanının süjet xətti, obrazlar sistemi yazılı ədəbiyyatdakından xeyli fərqlənir. Ona görə də bu dastanda Nizami və ya Füzuli yaradıclığının birbaşa izlərini axtarmaq yanlış olardı. Hətta belə bir fərziyyənin irəli sürülməsini də istisna etmirəm ki, əslən türk olan klassik şairlər – Nizami, Nəvai, Füzuli “Leyli və Məcnun”a müraciət edərkən ənənəvi Şərq mənbələri ilə yanaşı, etnik yaddaşın “Leyli və Məcnun”una da laqeyd qalmayıblar...  

“Leyli və Məcnun”da insanlar arasında uçurumu yaradan, ürəklərində eşq daşıyanları fiziki ölümə məhkum edən – insanların ali həqiqəti, eşqin ilahi məzmununu dərk etməmləridir. Anadan nəzir-niyazla doğulan (bu, Azərbaycan folklorunda geniş yayılmış motivdir), dünyaya ağlaya-ağlaya gələn və ilahi varlığın ünvanını Leylidə tapan Qeysi Məcnuna çevirən, “dəli” eləyən və sonra da özündən kənarlaşdıran elə cəmiyyətin özüdür. Tamaşanın yaradıcıları bu ideyanı diqqət mərkəzində saxladıqlarına görə cəmiyyətdəki idrak yoxsulluğu tək Leyli ilə Məcnunun deyil, ümumiyyətlə, insan oğlunun faciəsi kimi qavranılır.

Tamaşada bir sadə həqiqət vurğulanır ki, ən doğma insanlar belə Leyliyə Məcnunun gözü ilə baxa, Məcnunun gördüyü gözəlliyi görə bilmirlər. İdraksızlıq insanların əsl gözəlliyi görməli olan gözlərini qapayır...

“Leyli və Məcnun” tamaşasını araya-ərsəyə gətirənlər – tamaşanın ssenari müəllifləri, rejissoru və rolların ifaçıları bu fəlsəfəni açmağa cəhd ediblər və qarşıya qoyulan ideya ilə onun səhnədəki ifadəsi bir-birini tamamladığına görə tamaşa öz hədəfinə çatıb.

Tamaşanın strukturu sadə görünsə də, dastanın məzmunu ehtiva etmək baxımından təsirlidir. Tamaşa Ustad Aşığın (Aşıq Qələndər Zeynalov) “Leyli və Məcnun” dastanını səhnədən ənənəvi qaydada təqdim etməsi ilə başlayır. Tamaşa boyunca Ustad Aşığın danışdığı ayrı-ayrı epizodlar, xüsusilə qəhrəmanların saz havaları üstündə səsləndirdikləri duetlər aşıqların ifasında “canlandırılır”, bununla da Ustad Aşığın danışdıqları əyaniləşdirilir. Rejissorun “dastan dilini”, epos yaradıclığının poetik xüsusiyyətlərini nəzərə alması səhnədəki dramatizmi axıra qədər saxlamağa, tamaşaçının diqqətini səhnəyə və hadisələrə bağlamağa imkan verir. Tamaşaçı səhnədən sadəcə “aşıq konserti”ni, maraqlı ifaları izləmir, yaddaşla baş-başa qalır, epos yaddaşının canlı səhnələrlə təqdim olunan dramı ilə yaşayır. Dastanların mətn-tamaşaçı münasibətlərinin fərqli keyfiyyətlərindən biri də budur ki, tamaşaçı hadisələrin sonluğunu, əhvalatların nə ilə bitəcəyini bilə-bilə dastanı axıra qədər həyəcanla dinləyir. Bu xüsusiyyət “Leyli və Mənun” səhnələşdirilərkən nəzərə alınıb və mənə elə gəlir ki, tamaşanın uğurlu alınmasının əsasını da bu təşkil edir...

Təbii ki, tamaşadakı rolları ifa etmək üçün seçilmiş aşıqların səhnə səriştələri də diqqətdən kənarda qalmamalıdır. Tamaşaçıların yaxşı tanıdıqları Aşıq Samirə Əliyeva (Leyli), eləcə də Əli Zeynalabdinov (Qeys), Elməddin Məmmədli (Zeyd) aktyor oyunu ilə aşıq sənətinin tələblərini üzvi şəkildə sintez eləyə biliblər. Onlar həm öz vokal patriyalarını yüksək səviyyədə ifa edir, həm də obrazların xarakterlərini, iç dünyasının incəliklərini, dastanın fəlsəfəsini açırlar. Qeysin anası Reyhan xanım rolunda Aşıq Solmaz Kosayevanın ifası uğurlu alınıb. O, oğul dağı ilə tarımar olan ananın daxili aləmini, nə çəkdiklərini ustalıqla canlandırır. Leyli ilə Məcnunu əhatə eləyən mühitin bütün insanları kimi Qeysin anası da onun məhəbbətinin məzmununu dərk etmir, ancaq ana həssaslığı bütün maneələrə meydan oxuyur, mühitə üsyan edir:

Qoymaram Bağdadda daşı daş üstə,

Deginən, dərdinə çarə eylərəm...

Aşıqların ayrı-ayrı saz havaları üstündə ifa etdikləri vokal partiyalar həmin havaları tamaşanın məzmunu və əsərin dramatizmi ilə uyumlu hala gətirir. Həm saz havalarının yaddaşın dərinliklərindən gələn məzmunu, həm də aşıqların ifa mədəniyyəti “Leyli və Məcnun” əfsanəsinin altında olan və zamandan-zamana ötürülən incə mənaları dərk etməyə, Leyliyə Məcnunun gözü ilə baxmağa xidmət göstərir.

Dastan tamaşaya qoyularkən obrazların xarakterinə uyğun havaların seçimini də xüsusi qeyd etmək istərdim. Qeysin Leylinin həsrəti ilə oxuduğu vokal partiya üçün “Yanıq Kərəmi” havası əsərdəki faciə ruhunu tamaşaçıya hiss etdirmək baxımından çox uğurludur. Gənc aşıq Əli Zeynalabdinov “Yanıq Kərəmi”ni, sadəcə, saz havası kimi təqdim etmir, öz yanıqlı ifası ilə evindən-ocağından, elindən-yurdundan dərbədər olmuş Qeysin daxili dünyasına işıq salır. Bu, rəqs havasına çevrilən çılğın “Yanıq Kərəmi”dən fərqli, böyük sənətkar Xındı Məmmədin oxuduğu klassik “Yanıq Kərəmi” ilə səsləşən bir ifadır. Məncə, tamaşada bu hüznlü havanın yerinə düşməsi “Leyli və Məcnun”un “Əsli və Kərəm” dastanı ilə “qohumluğu”, eyni dünyagörüşündən qaynaqlanması ilə bağlıdır.

Leyli ilə Qeysin duetinin “Qaytarma” havası üstündə səsləndirilməsi də tamaşanın uğurlu struktur elementlərindən sayılmalıdır. “Qaytarma” səhnə ilə tamaşaçı arasında ünsiyyəti əsərin məzmununa kökləmək, tamaşaçını əsərdəki faciəvi sonluğa hazırlamaq baxımından yerinə düşür...

Tamaşa hazırlanarkən Azərbaycan aşıq sənətinin üslüb rəngarəngliyi, fərqli ifa məktəbləri ənənələrinin bir araya gətirilməsi əsərin musiqi tərtibatına zənginlik verir. Tamaşaya kulisdən dəstək verən saz ifaçılarının – Afil Bəxtiyarovun, Ayxan Məlikovun və Coşqun Əsgərovun səhnədəki aşıqları müşayiət etməsi də tamaşanın uğurlu alınmasına töhfə verir...

Dastan-tamaşa “Mədəniyyət” dövlət televiziya kanalı ilə nümayiş etdirilmiş və televiziyanın “qızıl fond”una daxil edilmişdir.

Məti Osmanoğlu

  YENİYETMƏ AŞIQLARIN DƏDƏ ŞƏMŞİR ADINA V SAZ-SÖZ MÜSABİQƏSİ KEÇİRİLİB
Featured

YENİYETMƏ AŞIQLARIN DƏDƏ ŞƏMŞİR ADINA V SAZ-SÖZ MÜSABİQƏSİ KEÇİRİLİB

18.03.2022

Ölkəmizdə aşıq sənətinin inkişafına göstərilən hərtərəfli qayğı və diqqət son illərdə bu sənətə gənclər və yeniyetmələr arasında marağın daha da artmasına səbəb olub. Gənclər və yeniyetmələr arsında paytaxt Bakı ilə yanaşı ayrı-ayrı bölgələrdə də müntəzəm olaraq keçirilən müxtəlif müsabiqə və yarışmalar isə onlarda əlavə stimul yaradır. Mədəniyyət nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə yeniyetmələr arsında keçirilən Dədə Şəmşir adına saz-söz müsabiqəsi artıq ənənəyə çevrilib.

Mart ayının 17-də Gəncə şəhərində keçirilən Dədə Şəmşir adına V saz-söz müsabiqəsində Gəncə və ətraf rayonları təmsil edən saz-söz həvəskarı olan yeniyetmələr iştirak edib. Bu müsabiqə həm də onunla əlamətdar olub ki, artıq Dədə Şəmşirin yurdu Kəlbəcər erməni işğalından azad olunub və müsabiqə iştirakçıları vətənpərvərlik, qəhrəmanlıq və milli dövlətçilik ruhundakı çıxışları ilə bir növ bu böyük saz və söz ustadının ruhu qarşısında sənət hesabatı veriblər.

Yeniyetmə aşıqlardan Şəhruz Şükürlü (Laçın), Zeynəb Əliyeva (Tovuz), Sirac Quliyev (Kəlbəcər), Yusif Vəliyev (Gədəbəy) və İsmayıl Yusifov (Gəncə) müsaqbiqənin qalibləri olublar. Qəliblərə diplom və mükafatlar verilib.

Müsabiqənin yekununda “Dədə Şəmşir saz-söz bayramı” keçirilib. Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək aşıq sənətinin inkişafına göstərilən qayğı və diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, aşıqların bir-birindən maraqlı ifaları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

[bt_slider uid="1647601386-623466ea11064" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/IMG-20220318-WA0010.jpg" title="IMG-20220318-WA0010.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG-20220318-WA0006.jpg" title="IMG-20220318-WA0006.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG-20220318-WA0011.jpg" title="IMG-20220318-WA0011.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG_20220318_144657.jpg" title="IMG_20220318_144657.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG_20220318_144723.jpg" title="IMG_20220318_144723.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG_20220318_144746.jpg" title="IMG_20220318_144746.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG_20220318_144803.jpg" title="IMG_20220318_144803.jpg" link="" parent_tag="slider"][/bt_slider]

“OZAN” ELM VƏ SƏNƏT TOPLUSUNUN NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB
Featured

“OZAN” ELM VƏ SƏNƏT TOPLUSUNUN NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

15.02.2022

Azərbaycan Aşıqlar Birliyinin illik nəşri olan “Ozan” elm və sənət toplusunun beşinci buraxılışı işıq üzü görüb. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin anadan olmasının 60 illik yubileyinə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının təbrik məktubu ilə açılan topluda Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il və “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” 30 noyabr 2021-ci il tarixli sərəncamları, aşıq sənətinin inkişafına, ustad aşıqların yubileylərinin qeyd olunmasına göstərdiyi qayğı və diqqətə görə ölkə başçısına Azərbaycan Aşıqlar Birliyi adından təşəkkür məktubu, eləcə də, 2021-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına (İbad Allahverdiyev və Bəhmən Kazımov) və digər mükafatlara layiq görülmüş ustad sənətkarlara təbriklər də yer alıb.

Toplunun bu sayında 2021-ci ildə 200 illik yubileyi respublikamızda böyük təntənə ilə qeyd olunmuş Aşıq Ələsgər haqqında elmi-publisistik məqalələrə geniş yerilib. Xalq şairi Zəlimxan Yaqubun “Dahilik, müdriklik, sadəlik”, M.Qasımlı və M.Allahmanlının “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər”, F.İmranoğlunun “Ələsgərəm, gözəllərdi əzbərim” və S.Əliyevanın “Dastanlaşan Dədə Ələsgər” adlın məqalələri bu baxımdan xüsusilə diqqət çəkir. Bu sayda oxucular eləcə də M.Qasımlı və M.Allahmanlının “”Aşıq məclisinin açılışında və qapanışında oxunan poetik mətnlər” və M.Qasımlının ustad aşıq Hüseyn Şəmkirliyə həsr etdiyi “Qüdrətli saz-söz ustadı” adlı məqalələri ilə də tanış ola bilərlər.

Topluda ilk dəfə olaraq dastanlarımıza da geniş yer ayrılıb – “Aşıq Hüseynlə Reyhan xanım dastanı” və Nizami Gəncəvinin eyniadlı məsnəvisi əsasında hazırlanaraq 2021-ci ilin dekabr ayında Bakıda Heydər Əliyev Sarayında tamaşaçılara təqdim olunan “Leyli və Məcnun” dastan-tamaşası oxuculara təqdim olunur.

Topluda həmçinin 2021-ci ildə Azərbaycan Aşıqlar Birliyinin həyata keçirdiyi tədbirlər və nəşrləri haqqında da ayrıca xəbər xronikası yera alıb.

Xatırladaq ki, 2017-ci ildən nəşr olunan və redaksiya heyətində respublikamızın və bir sıra xarici ölkələrin tanınmış elm və sənət adamlarının təmsil olunduğu toplunun baş redaktoru Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, baş redaktorun müavini isə Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

XANIM AŞIĞIN İKİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
Featured

XANIM AŞIĞIN İKİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

14.04.2022

Qadın aşıqlar arasında özünəməxsus ifa tərzi ilə seçilən Həqiqət (Həqiqət Xankişi qızı Xəlilova) həm də bədii yaradıcılıqla məşğul olur. “Sazlı-sözlü dünyam” adlı ilk kitabı 2011-ci ildə nəşr olunub. Bu günlərdə isə onun iki yeni kitabı işıq üzü görüb. Hər iki kitabın naşiri şair Musa Ələkbərli, redaktoru professor Minaxanım Nuriyeva-Təkləlidir. “Bir dəstə çiçəyin həsrətindəyəm” adlı kitabda müxtəlif mövzularda yazdığı qoşma, gəraylı, divani və müxəmməsləri yer alıb. Professor Minaxanım Nuriyeva-Təklənin kitaba yazdığı ön söz də vurğulladığı kimi, Həqiqətin özünəməxsus poeziya aləmi var.

Şairənin “Qolubağlı keçidim Xudafərindən” adlı ikinci kitabına isə “Qolubağlı keçdim Xudafərindən” və “Növrəs İman” dramatik dastanları və “Sevginin zindanında” poeması daxil edilib.

Xatırladaq ki, 1993-cü ildən “Aşıq Pəri məclisi”nin üzvü olan Həqiqət xanım 1995-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində yaradılmış folklor elmi mərkəzində ifaçı-aşıq kimi fəaliyyət göstərir. 1995-ci ildə Tovuz rayonunda keçirilən aşıq qızların birinci respublika müsabiqəsinin qaliblərindən olub. Gürcüstan, İran, Avstriya, Hollandiya, Fransa və Almaniyada Azərbaycan aşıq sənətini layiqincə təmsil edib.

Həqiqət xanım hazırda H.Sarabski adına 7 saylı Uşaq Musiqi məktəbində sazdan dərs deyir.

Featured

TƏBRİK EDİRİK!

04.03.2022

Azərbaycan Aşıqlar Birliyində aşıq sənətinin inkişafında xidmətləri olan aşıqlara daim böyük diqqət göstərilir. Ustad sənətkarların ifalarından ibarət video və audio disklər buraxılır, onların poetik yaradıcılıq nümunələrindən ibarət kitablar nəşr etdirilir. Eyni zamanda ustad aşıqlara mənəvi dəstək göstərilir, onların xidmətləri qiymətləndirlir.

Bu günlərdə AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı aşıq sənətinin inkişafındakı xidmətlərinə görə belə sənətkarlardan bir neçəsini - Şaiq İncəli (İsayev), Kəmalə Qubadlı, ustad dastançı aşıqlardan Məmməd Bozalqanlı və Əlövsət Əsgərovu Azərbaycan Aşıqlar Birliyinin “Fəxri diplom”u ilə təltif edib, hər birinə yeni-yeni sənət uğurları arzulayıb.

 

Featured

Aşıqlar Birliyində yeni bir dastan – tamaşanın hazırlıq işlərinə başlanıb

10.02.2022

Ötən il Heydər Əliyev sarayında böyük uğurla gerçəkləşən “Leyli və Məcnun” dastan – tamaşasından sonra Azərbaycan Aşıqlar Birliyində yeni bir aşıq dastan – tamaşasının – “İsmi-Pünhan” əsərinin səhnələşdirilməsi işinə başlanmışdır. Böyük saz-söz ustadı Molla Cumanın həyatı, sənət və ömür yolunun dastanvarı təqdimatı əsasında hazırlanan bu səhnələşmə işinin ssenari mətnini Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və dosent, ustad aşıq Altay Məmmədli yazıb başa çatdırmşlar. Mart ayından etibarən dastan – tamaşa ssenarisinin mətni ustad aşıqlar arasında paylanılaraq ilkin məşqlərə başlanacaqdır.

1920-ci ilin iyun ayında erməni-rus bolşevik dəstələri tərəfindən qətlə yetirilən ustad aşıq Molla Cuma Azərbaycan istiqlalı yolunda qurban gedən şəhid aşıqdır. “İsmi-Pünhan” dastan – tamaşasında bu məsələ diqqət önündə saxlanılmışdır.

May ayının sonlarında dastan – tamaşasının səhnəyə çıxarılması və tamaşaçılara təqdim olunması nəzərdə tutulur.

USTAD AŞIQ TƏLTİF OLUNDU
Featured

USTAD AŞIQ TƏLTİF OLUNDU

05.04.2022

Aşıq sənətinin inkişafında müstəsna xidmətləri olan aşıqların zəhmətinin qiymətləndirilməsinə daim böyük önəm verən Azərbaycan Aşıqlar Birliyində daha bir ustad aşığın sənətə xidmətləri layiqli qiymətini alıb.

Əslən Laçın rayonundan olan ustad aşıq, gözəl dastan bilicisi Nizami Əmiraslan oğlu Şirinov aşıq sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Aşıqlar Birliyinin Fəxri diplomu ilə təltif olunub. AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı fəxri diplomu ustada təqdim edərək onu təbrik edib, şəxsi həyatında və sənətdə daha böyük uğurlar arzulayıb.

IMG 20220405 132819

IMG 20220405 132611

img20220405 11045783 copy 1752x1240 copy 1314x930

 

TƏBRİK EDİRİK!
Featured

TƏBRİK EDİRİK!

28.02.2022

Aşıq sənətinin inkişafındakı xidmətlərinə görə ustad aşıq Aybəniz Laçınlı (Vəliyeva) Azərbaycan Aşıqlar Birliyinin Fəxri diplomu ilə təltif olunub. AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Fəxri diplomu Aybəniz xanıma təqdim edərək təbrik edib, aşıq sənətinin inkişafında xidmətlərini xüsusi vurğulayaraq ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

 Aybəniz Laçınlı qirx ildən artıqdır ki, aşıq sənəti ilə bütün ruhu ilə məşğul olur. O, ustad Qəmkeş Allahverdinin yetirməsidir. 1984-cü ildə Narınc Xatınla birlikdə “Aşıq Pəri məclisi”ni yaradan və bu istiqamətdə yorulmadan çalışan bir sənətkardır. Saz-söz aləmində Koroğlu nəfəsli aşıq kimi tanınır.Aşıq şeirinin çoxsaylı şeir biçimlərindən istifadə edərək maraqlı saz-söz örnəkləri yaradır.

 Ən böyük arzusu Laçında aşıqlar ansamblı yaratmaqdır. İnşallah yaxın zamanda bu işləri gerçəkləşdirmək mümkün olacaqdır.

740c0bfe 051f 4afa a33b f746147ecb2e

ffee6040 df98 45da 92f8 0c065026cd93

 794440dc f101 433c b2c5 9097ede2e267

 

“Yeni aşıq səsləri” lahiyəsi
Featured

“Yeni aşıq səsləri” lahiyəsi

09.02.2022

     Azərbaycan Aşıqlar Birliyiundə “Yeni aşıq səsləri” layihəsinin icrasına başlanmışdır. Bu səbəbdən də Aşıqlar Birliyində yeniyetmə və gənc aşıqların seçilən,diqqət çəkən səsləri,ifa tərzləri ardıcıl olaraq dinlənilir,onlara istiqamət verilir və uyğun məqamda səhnəyə çıxarılaraq saz-söz ictimaiyyətinə təqdim olunur.

    Bu istiqamətdə ilk addım fevralın 5-də AzTV Mədəniyyət kanalında yayılanan “Saz-söz axşamı” verilişində atılmışdır. Gənc və yeniyetmə aşıqlardan Əhməd Təbrizoğlu, Nahid Yusifov, Rəqsanə Laçınlı, İbadət Mehdiyev, Murad Babaşov, Murad Dadaşəliyev və başqalarının ifa təzləri tamaşaçılara təqdim olunmuşdur. Martın 5-də isə efirə çıxacaq “Saz-söz axşamı”nda xanım ifaçıların yeni səsləri saz sevərlərin görüşünə gələcəkdir. 

    “Yeni aşıq səsləri” layihəsi il boyu davam edəcəkdir.

17 -dən səhifə 36

  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ