Azərbaycanda ilk dəfə “Leyli və Məcnun” dastan-tamaşası təqdim olunacaq

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar dekabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə “Leyli və Məcnun” dastan-tamaşası təqdim olunacaq.

Heydər Əliyev Sarayından AZARTAC-a bildirilib ki, Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanan eyniadlı dastan-tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

TÜRKSOY Aşıq Ələsgəri Türkiyədə tanıdır

Ustad sənətkarın 200 illiyi münasibətilə Ankarada və Sivasda tədbirlər

Bu il anadan olmasının 200 illiyi qeyd olunan Azərbaycan saz-söz sənətinin qüdrətli ustadı Aşıq Ələsgər ümumtürk ədəbi və mədəni irsində böyük iz qoymuş şəxsiyyətlərdəndir. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən Türk dünyasının görkəmli şəxsiyyətlərinin, o cümlədən söz ustadlarının tanıdılması, təbliğ edilməsi istiqamətində layihə və tədbirlərin keçirilməsi ənənə halını alıb. Noyabrın 27-də Ankarada, TÜRKSOY-un qərargahında Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümü münasibətilə keçirilən mərasim də bu qəbildəndir.

“Qoy dünya görsün ki, böyük sənətkarın uyuduğu torpaq ermənilərin tapdağı altındadır...”

“Möhtərəm Cənab Prezidentimizin 18 fevralda Aşıq Ələsgərin 200 illiyi ilə bağlı verdiyi sərəncam həqiqətən böyük bir qədirşunaslıqdan xəbər verdi. Bu mübarək sərəncamdan sonra Ələsgərin yubileyi ilə bağlı sistemli işlər aparılır. Bu sıradan ən zirvə məqam mənə elə gəlir ki, Aşıq Ələsgərin heykəlinin qoyulmasıdır”.

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib. O, ölkə başçısının Aşıq Ələsgərin Bakıda heykəlinin qoyulmasıyla bağlı verdiyi sərəncamı yüksək qiymətləndirib:

Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə qərara alıram:

1. Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılsın.

2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2021-ci il

AMEA Ədəbiyyat İnstitutu və Aşıqlar Birliyinin Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş birgə yubiley tədbiri

Noyabr  ayının 29-da AMEA Nizami adına Ədəbiyyat  İnstitutu ilə Aşıqlar Birliyinin Aşıq Ələsgərin 200 illiyi ilə bağlı böyük tədbiri keçirilmişdir. Tədbiri giriş sözü  ilə AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli açmış, Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Folklor institutunun direktoru akademik Muxtar İmanov, professor İsmayıl Məmmədov, professor Mahmud Allahmanlı, dosent Aynur Xəlilova və başqaları böyük sənətkarın saz-söz  dünyası barədə  məruzələr etmişlər.

“ÇEŞMƏ” SAZÇI FOLKLOR QRUPU TÜRKİYƏDƏ KEÇİRİLƏN KONYA AŞIQLAR BAYRAMINDA İŞTİRAK EDİB

          Azərbaycan Aşıqlar Birliyinin nəzdində fəaliyyət göstərən, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə”sazçı folklor qrupu 2021-ci il noyabrın 18-19-da Türkiyənin Konya şəhərində keçirilən Aşıqlar bayramında iştirak edib. Karatay bələdiyyəsinin ev sahibliyi və bələdiyyə başqanı Hasan Kılcanın bilavasitə təşkilatçılığı, ozan-aşıq Ahmed Yıldırımın rəhbərliyi ilə keçirilən və  sayca 55-ci olan tədbirdə Türkiyə ilə yanaşı Azərbaycan, Gürcüstan, İran və  İraqı təmsil edən 35 ozan-aşıq iştirak edib.   

“AŞIQ DƏRSLƏRİ” SERİYASINDAN NÖVBƏTİ DİSK İŞIQ ÜZÜ GÖRÜB

Azərbaycan Aşıqlar Birliyində həyata keçirilən “Aşıq dərsləri” adlı layihə çərçivəsində ikinci audiodisk işıq üzü görüb.

Xatırladaq ki, ilk dəfə olaraq həyata keçirilən bu layihədə əsas məqsəd aşıq sənətini öyrənmək istəyən yeniyetmə və gənclərə, bu sahədə təhsil alan şagird və tələbələrə yardımçı olmaqdır. Layihə çərçivəsində yeddi audiodiskin buraxılması nəzərdə tutulur. Disklərə daxil olunan havalar mənimsənilməsi baxımından sadədən mürəkkəbə doğru olmaqla seçilir və hər aşıq havasının özünəməxsus incəlikləri, öyrədilməsi yolları və s. ustad aşıqların ifasında lentə alınaraq təqdim olunur. Hər diskdə ən azı 3 aşıq havası yer alır və hər hava günümüzün bir tanınmış ustad aşığı tərəfindən bütün xırdalıqlar incələnməklə ifa olunur.

“ÇEŞMƏ” QRUPU KONYA AŞIQLAR BAYRAMINDA İŞTİRAK EDƏCƏK

Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı və onun rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu 2021-ci il noyabrın 19-da Türkiyənin Konya şəhərində keçiriləcək Beynəlxalq Aşıqlar bayramına dəvət alıb. Karatay bələdiyyəsinin təşəbbüsü və bələdiyyə başqanı Hasan Kılcanın bilavasitə təşkilatçılığı, ozan-aşıq Ahmed Yıldırımın rəhbərliyi ilə keçirilən bu bayram sayca 55-cidir. Ötən il keçirilən 54-cü Aşıqlar bayramı Azərbaycan Ordusunun Qarabağda əldə etdiyi Zəfərə həsr olunub.

“44 günlük Vətən müharibəsində də bayrağımız qeyrətçiliyimizin simvolu idi...”

“Milli bayraq həm dövlətin, həm də hər bir vətəndaşın başucalığıdır, qürurudur. Bu mənada Azərbaycan bayrağı şübhəsiz paytaxt Bakıda dalğalanan zaman bütün dünyaya mesaj verir ki, mən bir dövlətəm. Amma bayrağımız bu gün Gəncəmizə də, Lənkəranımıza da, Qubamıza da, Naxçıvanımıza da qürur verir. Ona görə qürur verir ki, o Şuşada dalğalanır”.

16 -dən səhifə 39