PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Altay MƏMMƏDLİ – 50

Hörmətli Aşıq Altay Məmmədli!

Sizin çox maraqlı sə­nət­kar tale­yi­niz vardır. Arxada qoyuğunuz bu 50 ildə özünüzdən əvvəlki ustad­lara, sazımıza layiq olan bir ömür yaşamış, kamil ustadlardan dərs alaraq Azərbaycanda adı həmişə hörmətlə çəkilən aşıqlar sırasında dayanmı­sı­nız.

Müasir dövrümüzdə Azərbaycan aşıq sənətinin layiqli davamçıların­dan­ olan ustad aşıq kimi şərəfli bir ömür yolu keçərək ömrünüzün 30 ildən çoxunu bu sənətə həsr etmisiniz. Kamil bir sənətkar kimi şöhrətiniz Azərbaycanın hüdudlarını çoxdan aşıb. İndi sizi təkcə Azərbaycanda yox, Türkiyədə, Cənubi Azərbaycanda, Gürcüstanda və digər ölkələrdə də yaxşı tanıyır və sevirlər.

Siz həm də elmi-tədqiqatla məşğul olaraq aşıq sənətini, klassik aşıqlarımızın həyat və yaradıcılıqlarını tədqiq edir, filologiya üzrə fəlsəfə doktoru kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bu sənətin sirlərini böyük həvəslə gənclərə öyrədirsiniz. Bu gün sənətə gələn neçə-neçə gənc aşıqlığın sirlərini məhz sizdən öyrənib, sizi özünə ustad sayır.

Siz kamil bir sənətkar kimi hər yerdə el məhəbbəti qazanmısınız, aşıq sənəti qarşısındakı xidmətləriniz daim yüksək qiymətləndirilib. Dəfələrlə fəxri fərman və diplomlarla təltif olunub, müxtəlif mükafatlara layiq görülübsünüz.

Siz sazımızı yaşadan, keçdiyi həyat və yara­dı­cı­lıq yolu bu gün sənətə gəlmək istəyən cavanlara örnək olan, gənclik təra­vətini, səliqə-səhmanını qoruya-qoruya püxtələşib müdrikləşən sənətkarlarımızdansınız.

Sizi – Azərbaycan aşıq sənətinin layiqli nümayəndəsini anadan ol­ma­ğınızın 50 illik yubileyi münasibəti ilə təbrik edir, sağlam və gümrah olmağınızı, bundan sonra da bir ustad aşıq kimi ozan-aşıq sənətinə yeni-yeni töhfələr verməyinizi arzulayırıq!    

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ