PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

YENİYETMƏ AŞIQLARIN DƏDƏ ŞƏMŞİR ADINA V SAZ-SÖZ MÜSABİQƏSİ KEÇİRİLİB

Ölkəmizdə aşıq sənətinin inkişafına göstərilən hərtərəfli qayğı və diqqət son illərdə bu sənətə gənclər və yeniyetmələr arasında marağın daha da artmasına səbəb olub. Gənclər və yeniyetmələr arsında paytaxt Bakı ilə yanaşı ayrı-ayrı bölgələrdə də müntəzəm olaraq keçirilən müxtəlif müsabiqə və yarışmalar isə onlarda əlavə stimul yaradır. Mədəniyyət nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə yeniyetmələr arsında keçirilən Dədə Şəmşir adına saz-söz müsabiqəsi artıq ənənəyə çevrilib.

Mart ayının 17-də Gəncə şəhərində keçirilən Dədə Şəmşir adına V saz-söz müsabiqəsində Gəncə və ətraf rayonları təmsil edən saz-söz həvəskarı olan yeniyetmələr iştirak edib. Bu müsabiqə həm də onunla əlamətdar olub ki, artıq Dədə Şəmşirin yurdu Kəlbəcər erməni işğalından azad olunub və müsabiqə iştirakçıları vətənpərvərlik, qəhrəmanlıq və milli dövlətçilik ruhundakı çıxışları ilə bir növ bu böyük saz və söz ustadının ruhu qarşısında sənət hesabatı veriblər.

Yeniyetmə aşıqlardan Şəhruz Şükürlü (Laçın), Zeynəb Əliyeva (Tovuz), Sirac Quliyev (Kəlbəcər), Yusif Vəliyev (Gədəbəy) və İsmayıl Yusifov (Gəncə) müsaqbiqənin qalibləri olublar. Qəliblərə diplom və mükafatlar verilib.

Müsabiqənin yekununda “Dədə Şəmşir saz-söz bayramı” keçirilib. Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək aşıq sənətinin inkişafına göstərilən qayğı və diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, aşıqların bir-birindən maraqlı ifaları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.


Warning: array_shift() expects parameter 1 to be array, null given in /var/www/emilja01/data/www/azerab.az/libraries/expose/core/layout.php on line 117