PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“Aşıq divaniləri və müxəmməsləri” kitabı Azərbaycan Aşıqlar Birliyində nəşr olunmuşdur

Bu günlərdə Aşıqlar Briliyində 2022-ci ilin ilk nəşri işıq üzü görüb. “Aşıq divaniləri və müxəmməsləri” adlı bu kiitabı Məhərrəm Qasımlı, Mahmud Allahmanlı, Altay Məmmədli hazılayıblar.

“Aşıq divaniləri və müxəmməsləri” antalogiyası XVI-XXI əsrlərə məxsus aşıqların yaratdıqları divani və müxəmməs şeir çeşidlərinin ən seçkin örnəklərini çevrələyir. Aşıq məclisinin açılışını, ilkin xeyr-duasını ortaya qoyan divanilərin, eləcə də qapanışını xoş bir ovqatla tamamlayan müxəmməslərin tarixi-xronoloji ardıcıllığı toplu boyu diqqət önündə saxlanılır. Bu kitabda müxtəlif yüzilliklərdə yaşayıb yaratmış ustad sənətkarların sözü gedən tarixi məzmunu əks etdirən çoxsaylı divani və müxəmməslərdən örnəklər toplanmşdır.

Çeşidli məzmun və forma özünəməxsusluqları ilə səciyyələnən antologiya yüzdən çox sənətkarın divani və müxəmməslərini əhatə edir. Ustad məclislərində, el yığnaqlarında dillər əzbərinə çevrilən bu nümunələr yüz illər boyu ulularımızın könül həmdəmi kimi onlara sənət yoldaşlığı etmişdir. Saz-söz ustadlarının bağrının başından qopan rəngarəng divani və müxəmməslər bu dərin poetik irsi gələcək nəsillərə çatdırmaq məqsədi ilə antoloji toplu halında aşıqlara və geniş ictimaiyyətə təqdim olunur.