PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Sumqayıtda aşıq tədbiri

06.07.2019-cu il tarixində AAB Sumqayıt şəhər bölməsinin və Sumqayıt poeziya evinin iqamətgahında Azərbaycan aşıq sənətinin YUNESKO-nun qeiri-maddi irs siyahısını daxil edilməsinin 10-illiyi ilə əlaqədar tədbir və konsert proqramı keçirilmişdir.
Sumqayıt şəhər poeziya evinin rəhbəri İbrahim İlyaslının giriş sözündən sonra AAB-nin sədr müavini Altay Məmmədli və Sumqayıt Aşıqlar bölüməsinin rəhbəri Qənirə Mehdixanlı çıxış etdilər.

İlk musiqi nömrəsi Ruhiyyə Zəngilanlının rəhbərlik etdiyi “Sazçı qızlar” qrupunun ifasında “Koroğlu Cəngi” havası üstündə “Bayrağım” mahnısını ilə başladı. Aşıq İlham Aslanbəyli “Şahsarayı” , Nəriman Aslanoğlu “Gəraylı”, Gülhava Nəsibova “Naxçıvanı”, Aşıq Nuru Tovuzlu “Hüseyni”, Kəmalə Qubadlı “İmran Divanisi”, Ruhiyyə Zəngilanlı “Baş sarıtel”,Əli Şükürov “Cəlili”, Əli Dərələyəzli ”Kərəm gözəlləməsi”, havalarını ifa etdilər.
Tamaşacılara xoş ovqat bağışlayan tədbir “Sazçı qızlar” ansamblının ifasında quruntulu alqışlarla yekunlaşdı.