PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“Lider” TV –dən Aşıqlar Birliyinə fəxri diplom

05 iyul 2019-cu il tarixində Lider TV-də Dilşad Abbasəli qızının lahiyəsi olan “Gecenin sehrində” verlişinin bir yaşı tamam olması münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə bir necə elm və sənət adamlarına lahiyənin uğurlu gedişinə göstərdikləri dəstəyə görə mükafatlar təqdim olundu.

Layihənin müəllifi olan Dilşad Abbasəli qızı AAB-nin sədri Əməkdar elm xadimi,Şöhrət ordenli, professor Məhərrəm Qasımlıya göstərdiyi mənəvi dəstəyə görə təşəkkür etdi və onun adına ünvanlanmış “Diplomu” AAB-nin sədr müavini Altay Məmmədliyə təqdim etdi.
Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Əməkdar artist Ağalar Bayramov,Əməkdar Mədəniyyət İşçisi Solmaz Kosayeva, Əməkdar artist Rəhilə Bəndəliyeva, aşıq Ramin Qarayev, Gözəl Kəlbəcərli, Elçin Rəşidoğlu, Şəhriyar Laçınlı da layihənin mükafatlarına layiq görüldülər. Tədbir aşıqların ifaları ilə sona çatdı.