PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Amerikalı aşıq Marta Lauri Kofman Aşıqlar Birliyində qonaq olmuşdur

AAB-nin üzvü Marta Lauri Kofman Aşıqlar Birliyinin qonağı olmuşdur.AAB-nin sədri,Əməkdar elm xadimi,professor Məhərrəm Qasımlı ilə sənət söhbətləri edən Marta Lauri Azərbaycan aşıq sənətinin möhtəşəmliyini və ona əbədi vurğunluğunu bir daha xatırlatmışdır.Hazırda Amerikada yaşayan Marta Lauri yenə də aşıq sənəti sahəsindəki qabliyyətini təkmilləşdirməkdə davam edir və öz ölkəsində aşıq sənətimizi təbliğ edir.

Görüşün sonunda Marta Lauri çox maraqlı tərzdə “Şahsevəni” və “Ovşarı” havalarını təqdim etmişdir.
Qeyd edək ki, illər öncə Azərbaycana gəlmiş və Azərbaycan dili ilə yanaşı aşıq sənətini də öyrənmiş Marta Lauri Jon Kofman ilə ailə həyatı qurduqdan sonra Amerikaya qayıdaraq orada yaşyırlar.