PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AŞIQ CƏLAL QƏHRƏMNAOVUN 90 İLLİK YUBİLEYİ QEYD OLUNUB

Noyabrın 28-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə ustad aşıq Cəlal Qəhrəmanovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Məti Osmanoğlunun aparıcılığı ilə keçən tədbirdə əvvəlcə ustadın ömür yolundan bəhs edən video süjet nümayiş etdirilib.

Sonra Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, “Qazax Xeyriyyə İctimai Birliyi”nin sədri, Əməkdar müəllim, professor İlham Pirməmmədov, bu günlərdə işıq üzü görmüş “Aşıq Cəlalın sənət yolu” kitabının müəllifi İlhamə Qəsəbova çıxış edərək Aşıq Cəlal Qəhrəmanovun həyat və sənət yolundan danışıb, ustad aşıq kimi özünəməxsus sənətkar keyfiyyətlərindən söz açıblar.
Xatırladaq ki, Cəlal Məhəmməd oğlu Qəhrəmanov 1928-ci il aprelin 28-də Qazax rayonunun Kəmərli kəndində ziyalı ailəsində anadan olub, orta təhsilini qonşu Qaymaqlı kəndində alıb.
Sənətin sirlərini Aşıq Avdı Qaymaqlıdan öyrənib.
Onun yüzdən çox qoşması, gəraylısı, müxəmməsi, divanisi, təcnisi və deyişməsi var.
Cəlal Qəhrəmanov 1961-ci ildə Bakıda keçirilmiş Azərbaycan Aşıqlarının III Qurultayında iştirak edib, 1978-ci il avqust ayının 17-də ömrünün 50-ci baharında dünyasını dəyişib.
Aşıqlardan Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva, Telli Borçalı, Avdı Musayev, İlham Aslanbəyli, Nəbi Nağıyev, Nazim Quliyev, Əli Pənahoğlu, Şaiq İncəli, Hüseyn Şəmistanoğlu, Telli Borçalı, Famil Mikayılov, Sahil Qurbanov, Ramin Qarayev, Rəfiqə Göyçəli, Xanım Göyçəli, Roman Azaflı, Əfsanə Kərimli, İsa Qaraxanlı, İsmayıl Məmmədli, Təbriz Vəliyev, Şahniyar Əliyev, Kərəm Vəliyev, Məharət Habiloğlu və Xavər Zəngilanlı öz ifaları ilə ustad aşığın ruhunu şad ediblər.