Dekabrın 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub. Tədbir ölkə başçısının Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil edilib.
Dekabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir ölkə başçısının Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil edilib.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar dekabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə “Leyli və Məcnun” dastan-tamaşasının təqdimatı keçirilib.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar dekabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə “Leyli və Məcnun” dastan-tamaşasının təqdimatı olub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) filologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan aşıq sənətinin zirvələrindən biri olan ustad Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibəti ilə" Aşıq Ələsgər - 200" adlı yubiley tədbiri keçirilib.
Tədbirin bədii hissəsində Azərbaycan Aşıqlar Birliyinin üzvü, gənc aşıq Sayad Aydınoğlu, fakültənin məzunu olan gənc aşıq Ceyhun Qurbansoy ustadın irsindən ifalar təqdim edib, fakültədə fəaliyyət göstərən "MEH" ədəbi dərnəyinin üzvləri olan tələbələr Ələsgər yaradıcılığından müxtəlif şeirlər səsləndirib, bədii kompozisiya nümayiş etdiriblər.
Dekabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev 2021-ci il fevralın 18-də Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən Aşıq Ələsgərin 200 illik yubileyinin ölkəmizdə təntənə ilə qeyd edildiyini deyib, Aşıq Ələsgərin həyatı və yaradıcılığı haqqında iştirakçılara məlumat verib.
Milli Məclisin Mədəniyyət komitəsinin, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə”, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” və “Nəfəs” ictimai birliklərinin dəstəyi ilə Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə nəşr olunmuş “Dədə Ələsgər” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, “Azərkitab” Kitab Təbliğatı Mərkəzində keçirilən tədbirin aparıcısı Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı qüdrətli söz ustadının 200 illik yubileyi münasibətilə ölkə başçısının müvafiq Sərəncamının əhəmiyyətindən söz açaraq Aşıq Ələsgər irsinə dövlət qayğısından danışıb. O, Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Mədəniyyət komitəsi tərəfindən qüdrətli söz ustadı Aşıq Ələsgərə həsr olunmuş bir sıra mühüm tədbirlər təşkil etdiyini bildirib, “Dədə Ələsgər” kitabının nəşrinin və təqdimat mərasiminin də bu çərçivədə reallaşdığını vurğulayıb.