BDU-da "Ələsgərəm, hər elmdən halıyam..." adlı ədəbi-bədii gecə keçirilib - Fotolar
Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük saz və söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi qeyd olunur.
Sənətkarın yubileyinin ölkə miqyasında geniş qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində mühüm işlər görülür. Bu mənada, Bakı Dövlət Universitetinin (BDU) indiyədək reallaşdırdığı layihələr xüsusi qeyd olunmalıdır. Universitetin 2021-ci il üzrə tədbirlər planına uyğun olaraq bu gün növbəti tədbir - Mədəniyyət-yaradıcılıq Mərkəzi və Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə "Ələsgərəm, hər elmdən halıyam..." adlı ədəbi-bədii gecə keçirilib.
Ətraflı...Aşıq yaradıcılığı
Ozan-aşıq ənənələrinin zənginləşməsində mühüm xidmətləri olan Aşıq Ələsgərin yubileyi çoxəsrlik keçmişə malik aşıq sənətinin bayramıdır
Azərbaycan xalqı özünün zəngin tarixi, maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Eyni zamanda, həyata keçirilən uğurlu dövlət siyasəti mədəni irsimizin qorunmasını, dünyada geniş təbliğini təmin edir. Prezident İlham Əliyev müvafiq Sərəncamı əsasında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük saz və söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinin qeyd olunması da bu baxımdan xüsusi qeyd edilməlidir. Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bundan başqa, İlham Əliyev noyabrın 30-da “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində ustad sənətkarın abidəsi ucaldılacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Möhtərəm cənab Prezident!
Bu il Azərbaycan aşıq sənətinin görkəmli siması, misilsiz sənətkarlıqla yaratdığı poetik əsərlərində xalqımızın milli-mənəvi varlığını böyük ustalıqla canlandıran, aşıq sənəti və ədəbiyyatının inkişafında böyük xidmətləri olan saz-söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi tamam olur. Ölkəmizin bütün saz-söz adamlarının, çoxsaylı aşıqlar ordusunun adından böyük minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, bu ölməz sənətkarın 200 illik yubileyinin geniş qeyd olunması ilə bağlı bu il fevralın 18-də imzaladığınız sərəncama uyğun olaraq respublikamızın hər yerində yubiley tədbirləri keçirilməkdədir. Sizin imzaladığınız həmin sərəncam və sərəncamdan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi anadan olmasının 150 illik yubileyi Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə Moskvada və Bakıda, eləcə də, doğulduğu Göyçə mahalında böyük təntənə ilə qeyd edilən, daha sonra isə 175, 180 və 190 illik yubileyləri yenə də Ulu öndərin və Sizin sərəncamlarınızla qeyd olunan Aşıq Ələsgərə böyük ehtiram olmaqla yanaşı, həm də bütövlükdə mədəniyyətimizin mühüm bir qolu olan aşıq sənətinə verilən qiymət və daim bu sənətə göstərdiyiniz diqqət və qayğının növbəti təzahürüdür.
Bakı şəhərində Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında 2021-ci il noyabrın 30-da imzaladığınız sərəncam isə Sizin Aşıq Ələsgər kimi ölməz saz-söz ustadına, bütövlükdə aşıq sənətinə növbəti qayğınız və diqqətiniz kimi böyük əhəmiyyətə malikdir və sənət adamları tərəfindən sevinc və rəğbət hissi ilə qarşılanıb.
Möhtərəm cənab Prezident! Böyük saz-söz ustadı kimi təkcə Azərbaycanda deyil, eyni zamanda aşıq sənətinin yayıldığı digər ölkələrdə də yaxşı tanınan və sevilən Aşıq Ələsgərə və bütövlükdə mədəniyyətimizə, onun mühüm qolu olan aşıq sənətinə göstərdiyiniz daimi diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildirirəm.
Azərbaycan Aşıqlar Məhərrəm Qasımlı
Birliyinin sədri Dövlət Mükafatı laureatı,
Əməkdar elm xadimi, professor.
Azərbaycanda ilk dəfə “Leyli və Məcnun” dastan-tamaşası təqdim olunacaq
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar dekabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə “Leyli və Məcnun” dastan-tamaşası təqdim olunacaq.
Heydər Əliyev Sarayından AZARTAC-a bildirilib ki, Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanan eyniadlı dastan-tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
TÜRKSOY Aşıq Ələsgəri Türkiyədə tanıdır
Ustad sənətkarın 200 illiyi münasibətilə Ankarada və Sivasda tədbirlər
Bu il anadan olmasının 200 illiyi qeyd olunan Azərbaycan saz-söz sənətinin qüdrətli ustadı Aşıq Ələsgər ümumtürk ədəbi və mədəni irsində böyük iz qoymuş şəxsiyyətlərdəndir. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən Türk dünyasının görkəmli şəxsiyyətlərinin, o cümlədən söz ustadlarının tanıdılması, təbliğ edilməsi istiqamətində layihə və tədbirlərin keçirilməsi ənənə halını alıb. Noyabrın 27-də Ankarada, TÜRKSOY-un qərargahında Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümü münasibətilə keçirilən mərasim də bu qəbildəndir.
Ətraflı...“Qoy dünya görsün ki, böyük sənətkarın uyuduğu torpaq ermənilərin tapdağı altındadır...”
“Möhtərəm Cənab Prezidentimizin 18 fevralda Aşıq Ələsgərin 200 illiyi ilə bağlı verdiyi sərəncam həqiqətən böyük bir qədirşunaslıqdan xəbər verdi. Bu mübarək sərəncamdan sonra Ələsgərin yubileyi ilə bağlı sistemli işlər aparılır. Bu sıradan ən zirvə məqam mənə elə gəlir ki, Aşıq Ələsgərin heykəlinin qoyulmasıdır”.
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib. O, ölkə başçısının Aşıq Ələsgərin Bakıda heykəlinin qoyulmasıyla bağlı verdiyi sərəncamı yüksək qiymətləndirib:
Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə qərara alıram:
1. Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılsın.
2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 noyabr 2021-ci il