“Minlərlə gənclərimizin orduya yazılmasında Tovuz hadisələrinin müstəsna rolu oldu”

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV
Prezident İlham Əliyevin ədəbiyyatımızın görkəmli nümayəndəsi Nizami Gəncəvi irsinə göstərdiyi böyük diqqət və qayğı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisə hesab olunur. Birmənalı şəkildə demək olar ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır. Belə ki, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə xüsusilə böyük diqqət və qayğı ilə yanaşmışdır.
Bu gün Azərbaycan xalqı böyük qələbəni hamılıqla bayram edir. Düşünürəm ki, 10 noyabr Azərbaycan xalqının tarixində hər zaman qələbə günü kimi qeyd ediləcək. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan Vətən müharibəsi şanlı qələbə ilə başa çatdı. Qısa zaman çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.
QÜDRƏTDƏN KAMAL PAYI ALAN SƏNƏTKAR
Aşıq Oruc haqqında hələ ötən əsrin 80-ci illərində eşitmişdim. Ancaq onu da səmimi deyim ki, Aşıq Orucun İsmayıl Məmmədlinin atası olduğunu bu günlərdə “Bütöv Azərbaycan” (13.02.2020) qəzetində dərc olunmuş yazıdan öyrəndim. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlinin qələmə aldığı “Ustad oğlu şagird olmaz” sərlövhəli yazıda Aşıq Orucun şəklini gördüm. Həmin məqalədə müəllifin də imza yerində fotosu verilmişdir. Ulu Dədə Qorquda müdrikliyinə görə bir daha dönə-dönə Göy Tanrıdan rəhmət dilədim.
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ
Möhtərəm cənab Prezident!
XX əsr Azərbaycan aşıq sənətinin inkişafında, çoxəsrlik şifahi sənət ənənələrinin yaşadılmasında və milli folklor xəzinəmizin daha da zənginləşdirilməsində böyük xidmətləri olmuş Əməkdar İnsənət Xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyinin qeyd edilməsi haqqında 2018-ci il aprelin 2-də imzaladığınız Sərəncam çoxsaylı aşıqlar və sənətsevərlər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılandı. Son illərdə mədəniyyətimizin digər sahələri kimi, aşıq sənətinin də inkişafına göstərdiyiniz daimi diqqət və qayğının əyani təzahürü olan bu sərəncam görkəmli ustad sənətkar Aşıq Şəmşirin xatirəsinə böyük ehtiram olmaqla yanaşı, eyni zamanda, Sizin bütövlükdə ozan-aşıq mədəniyyətinə verdiyiniz yüksək qiymətdir.
Məhərrəm Qasımlı: “Yeni nəslin aşıqlarını tanımaq, onlara dəstək olmaq niyyətindəyik”
Nəzərdə tutulub ki, iki ildən bir beynəlxalq aşıq müsabiqəsi keçirilsin
Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə "Aşıq musiqisi axşamları” adlı yeni möhtəşəm layihəyə start verilir.
2 -dən səhifə 4