AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
Məhərrəm Qasımlı: Aşıq bütün ruhu ilə Azərbaycan milli kimliyinin, dövlətçiliyinin arxasındadır
Featured

Məhərrəm Qasımlı: Aşıq bütün ruhu ilə Azərbaycan milli kimliyinin, dövlətçiliyinin arxasındadır

17.12.2016

Son illər ölkəmizdə aşıq sənətinin qorunması, gələcək nəsillərə ötürülməsi, araşdırılması, inkişaf etdirilməsi, gənclərin bu sənətə istiqamətləndirilməsi yönündə dövlət tərəfindən mühüm işlər görülür. Sözsüz ki, bu işlərin ardıcıl və sistemli şəkildə aparılmasında Azərbaycan Aşıqlar Birliyinin üzərinə böyük məsuliyyət düşür. Görülən işlər, əldə olunan uğurlar və reallaşdırılacaq layihələr barədə birliyin sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı AZƏRTAC-a geniş müsahibə verib. Müsahibəni təqdim edirik...

- Məhərrəm müəllim, yola salmağa hazırlaşdığımız bu il Aşıqlar Birliyi üçün hansı əlamətdar hadisələrlə yadda qalacaq?

- Bu il birliyimiz üçün uğurlu olub. Qısa müddətdə, Azərbaycan Aşıqlar Birliyinin həm sənət, həm də təşkilat həyatında ciddi uğurlara imza atmışıq. İlk növbədə birlik yeni və geniş bina ilə təmin olundu. Bu, kollektivi çox sevindirdi. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən altı ustad aşığa “Əməkdar mədəniyyət işçisi” fəxri adları verildi. Hazırda birliyin üzvü olan dörd aşıq Prezident təqaüdçüsü, təqribən 20-dən yuxarı aşığımız isə Əməkdar Mədəniyyət İşçisidir. Bütün bunlar Azərbaycan dövlətinin, ictimaiyyətinin aşıq sənətinə olan mehri-məhəbbətinin və diqqətinin göstəricisidir. Son illərdə sözün həqiqi mənasında milli-mənəvi dəyərlərimizə, o cümlədən də aşıq sənəti ilə bağlı olan tarixi dəyərlərimizə ölkəmizdə böyük həssaslıqla yanaşılır və qayğı göstərilir. 2009-cu ildə aşıq sənəti Azərbaycan xalqına məxsus bir inci kimi dünya sənət şedevrləri sırasında - UNESCO-nun qeyri-maddi-mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edildi. Bu Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin, o cümlədən də UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çox böyük diqqət və qayğısı nəticəsində baş verdi. Bundan sonrakı dövrdə aşıqlarımızın Parisdə konsertlərinin keçirilməsi, xarici ölkələrə qastrollar, xarici festivallarda iştirakı və beynəlxalq aşıq festivallarının Bakıda təşkili ənənə halını aldı. Bildiyiniz kimi, 2011-ci və 2013-cü illərdə ölkəmizdə beynəlxalq aşıq festivalları keçirilib. Hazırda üçüncü festivala hazırlıq işləri görülür. Bununla yanaşı, Dövlət Mahnı Teatrında, Heydər Əliyev Sarayında, Filarmoniyada aşıq sənətinə həsr edilən tədbirlər keçirilməkdədir və aşıqların sənət həyatı işıqlandırılmaqdadır. Televiziyada, radioda aşıq sənətinə həsr edilmiş silsilə verilişlər gedir, aşıqların yubileyləri yüksək səviyyədə qeyd olunur. Bütün bunlar deməyə tam əsas verir ki, heç vaxt indiki qədər dövlət tərəfindən bu sənətin daşıyıcılarına belə bir diqqət və qayğı göstərilməyib. Baxın, bizim aşıqlarımız nə zaman mahnı ifa edirlərsə, mütləq Azərbaycan milli kimliyini diqqət önünə çəkirlər. Oktyabrda müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunmuş böyük dövlət konserti keçirdik. Tədbirdə təqribən 60-dək üzvümüz, aşıq qrupları, sazçı qızlar qrupu iştirak etdi və Azərbaycanın müstəqillik yolunda keçdiyi uğurları, qazanılan nailiyyətləri tərənnüm edən mahnılar ifa olundu. Bu konsertə Türkiyə, İran və Gürcüstandan da qonaqlar dəvət etmişdik. Bütün bunlarla yanaşı, yola salmağa hazırlaşdığımız ildə aşıqlarımız bir sıra xarici ölkələrdə festivallarda iştirak edib. Belə ki, 12 aşığımız birliyin sədr müavini Məhəmmədəli Məşədiyevin rəhbərliyi ilə Rusiyada beynəlxalq folklor festivalına qatılıb. Müxtəlif bölgələrdən ən seçmə aşıqların, həmçinin Şirvan aşıqlarının Zaqrebdə, Xorvatiyada da böyük konsertləri keçirilib. Az müddət əvvəl üzvlərimiz Türkiyənin Bolu şəhərində “Koroğlu” festivalında iştirak etdi. Eyni zamanda, bir neçə ay bundan əvvəl mən və birliyin beynəlxalq məsələlər üzrə katibi Sənubər Bağırova Fransada beynəlxalq konfransa qatıldıq. Orada da əyani şəkildə Azərbaycan aşıqları çıxış etdilər. Belə baxanda hər gün sənətimizin həyatı ilə bağlı qaynar iş getməkdədir. Beynəlxalq festivallarla yanaşı, aşıqlarımız ölkəmizdə təşkil olunan bütün mühüm konsertlərdə çıxış edirlər. Mən və regionlar üzrə katiblərimiz tez-tez bölgələrdə oluruq, müəyyən işlər görülür. Bu il Gədəbəydə böyük bir aşıq müsabiqəsi keçirdik. Müsabiqədə yer tutanlara həm diplomlar, həm də pul mükafatları verildi, saz bağışlandı. Bu istiqamətdə işlərimizi növbəti ildə də davam edəcəyik.

- Müasir və istedadlı gənclik daha çox yeni janrlara üstünlük verir. Bu baxımdan gənc istedadları aşıq sənətinə necə cəlb edirsiniz?

-Gənclərə ayrıca diqqət göstəririk. Çünki bu sənətin gələcəyi onların əlindədir. Bu il artıq bütün bölgələrdə istedadlı gəncləri müəyyənləşdirib, toplayıb, onların ifalarını yazıya, lentə aldıq. Təqribən 25 gənc ifaçı aşıqdan söhbət gedir. 35 yaşına kimi aşıqlarımızın ifalarından ibarət bir disk buraxıldı və yaxın vaxtlarda onun təqdimatını keçirəcəyik.

Azərbaycan Aşıqlar Birliyi bundan sonrakı dövrlərdə təkcə bir çal-çağır təşkilatı kimi görünməyəcək. Bu elmi-mədəni bir qurum kimi, yaradıcılıq mərkəzi kimi fəaliyyət göstərəcək. Yəni, məqsədimiz aşıqlarımızın repertuarının yazıya alınması, qorunması, təbliğ olunması və öyrənilməsidir. Bu istiqamətdə xeyli iş görülüb.

-Bu işlər hansı istiqamətdə aparılır?

-İdarə heyətimizdə xeyli sayda musiqişünas, folklorşünas yer alıb. Biz bu işləri elmi şəkildə, sistemləşdirərək, dövrlərə bölərək, tarixi ardıcıllıqla aparırıq və getdikcə gücləndirəcəyik. Yeri gəlmişkən bir şeyi də etiraf etmək istəyirəm. Bu gün canlı əfsanəmiz olan Əməkdar İncəsənət Xadimi Ədalət Nəsibovun repertuarı yazıya alınmayıb. Bu utancverici haldır. Mən bunu şəxsən bir folklorçu kimi özümə böyük qəbahət hesab edirəm ki, bu vaxtadək Ədalət Nəsibovun repertuarı yazıya alınmayıb. Şübhəsiz ki, bu gün 77 yaşında Ədalət Nəsibov, 40-50 yaşlarındakı səviyyədə, o şövq ilə çala bilməz, fiziki imkanları məhduddur. Onu gənclik şövqü ilə edə bilməz. Amma bütün hallarda əfsanə əfsanədir. Onun repertuarı yazıya alınmalıdı. Onunla danışmışıq. Bizim Aşıqlar Birliyində ayrıca studiya yaradırıq, hazırda iş gedir. Səhhəti imkan verdikcə, onun ifalarını ardıcıl yazmağa başlayacağıq. Gözümüzün qabağında Hüseyn Saraclı, Əkbər Cəfərov, İmran Həsənov, Kamandar Əfəndiyev, Əmrah Gülməmmədov, aşıq Şakir Hacıyev kimi sənətkarlar dünyasını dəyişiblər. Amma onların repertuarı yazıya alınmayıb. Bu mənada çox görülməli işlər var, çox buraxılmış səhvlər var, o səhvlərin yeri doldurulmalıdı. Bu məqsədlə də mən Aşıqlar Birliyinin 3-cü mərtəbəsində artıq Ozan Aşıq Muzeyi, aşıqlarımızın yaradıcılıqları ilə bağlı ifaçılıq studiyası yaratmaq istəyirəm və buna müəyyən mənada nail olmuşuq. Aşıqlar üçün yeni bir şərait yaradılıb, onlar gəlib dastanlarını danışıb, ifalarını yazdıra bilirlər. Siz təsəvvür edin ki, Rəssamlar İttifaqının, Yazıçılar Birliyinin, Bəstəkarlar İttifaqının çox zəngin arxivləri var. Ən müxtəlif tarixi dövrlərə aid onların arxivlərindən nə isə tapmaq olar. Amma Aşıqlar Birliyinin 1984-cü ildə yaradılmasına baxmayaraq, bu iş görülməyib. Ötən 32 ildə Aşıqlar Birliyinin arxivi yaradılmayıb. Mən bu yaxınlarda göstəriş vermişəm, arxiv yaratmağa başlamışıq. Tezliklə hər aşığın özünün arxivi olacaq.

Unutmamalıyıq ki, aşıq sənəti bir dövlətçilik atributu kimi diqqətdə olmalıdır. Çünki bizim milli-mənəvi sərvətlərimizin hamısı gözəldir, amma aşıq sənəti qədər dövlətçiliyə bağlı olan ikinci sənət yoxdur. Aşıq bütün ruhu ilə Azərbaycan milli kimliyinin, dövlətçiliyinin arxasındadır. Dədə Qorqud zamanında da belə olub, Şah İsmayıl zamanında da belə idi, bu gün də belədir. Baxın, Dədə Qorqud ensiklopediyası buraxıldı və onun “Ön söz”ünü ulu öndərimiz Heydər Əliyev yazdı. O, bu sənətə çox böyük qiymət verib. Bu gün də ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi humanitar strategiya onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.

Mən saza meyil göstərən yeni sazpərvər uşaqlara, gənclərə üzümü tutub deyirəm ki, Azərbaycanın sazı, sözü sizlərdən asılıdır. Azərbaycan dövləti də sizin sinənizə götürdüyünüz o sazı himayə etmək gücündədir. Bu, gənclər üçün çətin deyil. Dövlətə, dövlətçiliyə, sənətə ürəkdən bağlı olmaq lazımdı, ürəkdən xidmət etmək lazımdı.

- Aşıqlar Birliyinə yeni üzvlər seçirsiniz. Bununla bağlı yeni komissiya yaratdınız, hazırda bu istiqamətdə işlər necə gedir?

-Düzdür, iki komissiya yaratmışıq. Biri Aşıqlar Birliyi üzvlərinin yenidən attestasiyası, biri də yeni istedadların Aşıqlar Birliyinə qəbulu məsələsi üçün. Hər iki komissiya iki ay işlədi və məlum oldu ki, istedadlı olan və diqqətdən kənarda qalan təqribən 50-dən çox aşıq var. Ondan əlavə, birliyin sıralarında müxtəlif illərdən gəlib yer almış, artıq sənətlə məşğul olmayan, belə desək təsadüfi adamlar vardı ki, bunlar da uzaqlaşdırıldı. Hazırda Azərbaycan Aşıqlar Birliyinin yeni tərkibi var. Bu işlər tamamlanıb və birlik daxilində çox gözəl, yeni işgüzar əhvali-ruhiyyə yaratmışıq.

-Birliyin beynəlxalq əlaqələri necə qurulub?

-Hazırda beynəlxalq əlaqələrimiz çox güclüdür. Artıq İran, Türkiyə, Gürcüstan, Dağıstan aşıqları ilə sıx əlaqələr qurulub. Birliyə həm də Almaniya, Avstriya və Fransadan çoxlu qonaqlar gəlir və onların Azərbaycan sazına, aşıq sənətinə çox böyük maraqları var. Hətta birgə tədbirlərin keçirilməsi barədə müqavilələr də imzalamışıq.

-Ayrı-ayrı aşıqlarımız haqqında toplular çap olunacaqmı?

-Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşma əsasında iki kitabı çapa hazırlayırıq. Nəşrlərdən biri “Aşıq ədəbiyyatı antologiyası” olacaq. Bu topluda təqribən 50-yə qədər sənətkar - Qurbanidən Mikayıl Azaflıyadək bioqrafik məlumatlar, aşıqların şeirləri, şəkilləri təqdim olunacaq. İkinci kitab isə Azərbaycan aşıq ədəbiyyatı haqqında tədqiqat əsərlərinə həsr ediləcək. Yəni, bu kitabda Qurbani, Xəstə Qasım, Abbas Tufarqanlı, Sarı Aşıq, təqribən 25 sənətkar haqqında oçerklər yer alacaq. Çünki belə bir elmi-kütləvi nəşrə ehtiyac var. Bir də onu qeyd edim ki, Aşıq Ələsgərin külliyyatını hazırlayırıq. Həm kitab, həm də aşığın sözlərinə yazılmış mahnıların diski hazırlanır. Bu işlər yekunlaşmaq üzrədir, onu da digər iki kitab - antologiya və aşıq ədəbiyyatı tədqiqatı kitabları ilə birgə 2017-ci ilin nəşr planına daxil etmişik.

İşlərinizdə sizə uğurlar arzulayırıq.

AZƏRTAC-ın müxbiri Zərəngiz Mansurova

Bakı, 17 dekabr, AZƏRTAC

Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­di­nin xa­ti­rə­lə­ri...
Featured

Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­di­nin xa­ti­rə­lə­ri...

01.11.2016

Köv­rək Mu­rad: "Hü­seyn Sa­rac­lı­nın şə­yirdlə­rin­dən an­caq mən və Sa­bir hə­yat­da­dır, qa­lan­lar haqq dün­ya­sın­da­dır"
Za­ma­nın o ta­yın­dan gəl­miş­di san­ki. Elə bil ki, Də­də Qor­qu­dun özü idi. Qa­ra­ca sa­zı­nı si­nə­si­nə ba­sıb biz­dən ne­çə nə­sil  uzaq­lar­da qa­lan də­də­lə­rin ya­rat­dıq­la­rın­dan oxu­yar­dı. Ozan­lar oza­nı Hü­seyn Sa­rac­lı­dan da­nı­şı­rıq. Bor­ça­lı ma­ha­lı­nın Sa­rac­lı kən­din­də Qur­ban ağa­nın ai­lə­sin­də dün­ya­ya göz aç­mış­dı Hü­seyn Sa­rac­lı.

Bor­ça­lı aşıq mü­hi­ti­nin lə­ya­qət­li nü­ma­yən­də­si olan us­tad Hü­seyn Sa­rac­lı ifa­çı­lı­ğı ilə yad­daş­lar­da də­rin iz­lər bu­ra­xıb. Klas­sik aşıq­lı­ğın son sü­tun­la­rın­dan bi­ri idi. Bu gün də onun sə­nət­də ya­rat­dı­ğı mək­təb ya­şa­yır. Əzə­mət­li oza­nın mək­tə­bi­ni so­nun­cu şə­yir­di, aşıq-saz­bənd Köv­rək Mu­rad ya­şa­dır. Köv­rək Mu­rad us­ta­dı­nın adı­nı hər za­man lə­ya­qət­lə uca­la­ra qal­dı­rır. H.Sa­rac­lı qə­dim saz ha­va­la­rı­nın ma­hir ifa­çı­sı, əvəz­siz das­tan da­nış­maq qa­bi­liy­yə­ti­nə ma­lik olan sə­nət­kar ki­mi ta­rix­də iz qo­yub. Bəl­kə də in­di­yə qə­dər XX əsr Azər­bay­can aşıq­la­rı ara­sın­da onun qə­dər ko­lo­rit­li, gö­zəl, ma­raq­lı, xalq di­li­nin tə­ləb­lə­ri­nə ca­vab ve­rən tərzdə das­tan da­nı­şan ikin­ci bir aşıq ol­ma­yıb. Bu mü­ba­li­ğə­siz be­lə­dir.

2016-cı il H.Sa­rac­lı ili­dir. Bu il Gür­cüs­tan Res­pub­li­ka­sın­da rəs­mi döv­lət və ic­ti­mai qu­rum­lar sə­viy­yə­sin­də H.Sa­rac­lı­nın 100 il­lik yu­bi­le­yi qeyd edi­lib. Onu da vur­ğu­la­yaq ki, H.Sa­rac­lı Gür­cüs­tan Res­pub­li­ka­sı­nın əmək­dar mə­də­niy­yət iş­çi­si olub. Sa­rac­lı kən­din­də az­man oza­nın büs­tü ucal­dı­lıb. Us­ta­dın büs­tü Azər­bay­can Rəs­sam­lar İt­ti­fa­qı­nın H.Sa­rac­lı­nın xa­ti­rə­si­nə əbə­di eh­ti­ram nü­mu­nə­si­dir.

Hü­seyn Sa­rac­lı­nın ya­nıq­lı ifa­sı­nın sir­ri...

Bu həf­tə­lər­də H.Sa­rac­lı­nın 100 il­lik yu­bi­le­yi Azər­bay­can döv­lə­ti tə­rə­fin­dən qeyd edi­lə­cək. Azər­bay­can Res­pub­li­ka­sı Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi və Azər­bay­can Aşıq­lar Bir­li­yi­nin təş­ki­lat­çı­lı­ğı ilə ke­çi­ri­lə­cək yu­bi­ley mə­ra­si­mi­nə ha­zır­lıq pro­se­si­nə baş­la­nıb.

H.Sa­rac­lı­nın 100 il­lik yu­bi­le­yi mü­na­si­bə­ti­lə so­nun­cu şə­yir­di Köv­rək Mu­rad­la gö­rüş­dük.

K.Mu­rad us­ta­dı haq­qın­da, onun aşıq­lı­ğa ne­cə baş­la­ma­sı ba­rə­də da­nış­dı: "So­ru­şur­dum ki, ay Sö­yün əmi, (Hü­seyn) sən aşıq­lı­ğa nə tə­hər baş­la­dın, ni­yə baş­qa iş­lə məş­ğul ol­ma­dın, aşıq­lı­ğa meyl sal­dın? De­yir­di ki, a ba­la, 1931-ci il­də ata­mı gül­lə­lə­di­lər, atam Qur­ban ağa­nın baş sü­mü­yün­dən bir par­ça tap­mış­dı­lar, onu nə­nəm san­dıq­da sax­la­yır­dı, hər gün san­dıq­dan çı­xa­rıb ağ­la­yır, son­ra da sü­mü­yü tə­zə­dən san­dı­ğa qo­yur­du. Nə­nə­min ah-na­lə­si­ni, göz yaş­la­rı­nı, ba­ya­tı­la­rı­nı, ağı­la­rı­nı mən sa­za kö­çü­rüb aşıq ol­dum, sə­sim­də­ki yan­ğı da o dərddən­dir. De­yir­di ki, ye­ni­yet­mə idim, sa­za hə­və­sim var­dı, ağa­cın üs­tü­nə sim bağ­la­yıb saz ki­mi ça­lır­dım. Da­yım hə­və­si­mi gö­rüb mə­nə de­di ki, bir dos­tum var, sə­ni onun ya­nı­na şə­yird apa­ra­ca­ğam. Hə­min aşıq da Quş­çu aşıq İb­ra­him idi. Da­yı­sı Hü­seyn Sa­rac­lı­nı Quş­çu İb­ra­hi­min ya­nı­na apa­rır, son­ra Quş­çu İb­ra­hi­mi 1939-cu il­də fin-rus mü­ha­ri­bə­si­nə apa­rır­lar. Eşit­di­yi­mə gö­rə, ora­dan da İkin­ci Dün­ya Mü­ha­ri­bə­si­nə ge­dib. Mü­ha­ri­bə­yə qə­dər us­ta­dım onun ya­nın­da şə­yirdlik edib. On­dan son­ra isa Sar­van Bay­ra­mın ya­nı­na ge­dib, onun­la iş­lə­yib. O, Sar­van Bay­ra­mın ya­nı­na ge­dən­də aşıq­lı­ğı ba­ca­rır­mış. De­yir­di ki, oğul, "Ko­roğ­lu"nun çox qol­la­rı­nı Bay­ram əmim­dən gö­tür­düm. Da­nı­şır­dı ki, son­ra Fax­ra­lı şa­ir Nə­bi­nin ya­nın­da saz tut­dum. Şa­ir Nə­bi saz ça­la bil­mir­di.

H.Sa­rac­lı­nın us­ta­dı Quş­çu İb­ra­hi­min us­ta­dı isə Dol­lu Abu­zər olub. Dol­lu Abu­zər də Bor­ça­lı ma­ha­lı­nın Ulac­lı kən­di­nə kö­çüb ora­da ev­lən­miş­di. Dol­lu Abu­zər Bor­ça­lı­da çox aşıq­lar ye­tiş­di­rib. Bi­zim aşıq sə­nə­ti­nin in­ki­şa­fın­da onun çox bö­yük zəh­mə­ti olub".

"Hü­seyn Sa­rac­lı ən çox Xın­dı Məm­məd­lə yol­daş­lıq edib..."

K.Mu­rad us­ta­dın­dan eşit­dik­lə­rin­dən da­nı­şır ki, İkin­ci Dün­ya Mü­ha­ri­bə­si il­lə­rin­də do­la­nı­şıq çə­tin olub. O za­man­lar ac­lıq baş alıb ge­dir­di: "O vaxt aşıq­lar dəs­tə-dəs­tə kəndlə­rə ge­dib ça­lıb oxu­yur, gü­zə­ran qa­za­nır­dı. Aşı­ğa pul əvə­zi­nə buğ­da, qar­ğı­da­lı, ər­zaq ve­rir­di­lər. Aşıq­lar bi­zim kən­də - Dəl­lə­rə də gə­lir­di. Hət­ta şa­ir Nə­bi də gə­lib kən­di­mi­zə. Zur­na­çı oğ­lu Əli­nin evi­nə dü­şüb, o da evi­ni ye­ni bə­zə­dib­miş, yax­şı ev-eşi­yi var­dı. Elə olur ki, Əli ki­şi ev­də ol­mur, ar­va­dı qo­na­ğı qar­şı­la­yır, çay-çö­rək ha­zır­la­yır, ax­şam Əli ki­şi evə gəl­mə­di­yin­dən, ge­dib Qa­zax Alı­nın evin­də ça­lıb-ça­ğı­rır­lar, döv­ran yı­ğır­lar. Anam Xey­ran­sa Ab­bas­qı­zı da­nı­şır­dı ki, də­dəm ci­bin­də hə­mi­şə aşı­ğın pu­lu­nu ay­rı­ca sax­la­yır­dı ki, aşıq gə­lən­də məc­lis­də ona ver­sin. Ki­min də pu­lu yox idi­sə, ta­xıl sa­tıb pul ha­zır­la­yır­dı ki, aşıq gə­lən­də oxu­dub qu­laq as­sın. El­də aşı­ğa bö­yük hör­mət olub. Kən­də aşıq gə­lən­də ev­ba­şı ha­mı ge­dib qu­laq asır­dı.

H.Sa­rac­lı şa­ir Nə­bi ilə, dəl­lək Dün­nü ilə çox iş­lə­di. Dəl­lək Dün­nü həm dəl­lək idi, həm də saz ça­lır­dı. Şa­ir Nə­bi­nin ya­nın­da o da saz ça­lıb. O vaxt aşıq dəs­tə­lə­ri var­dı. H.Sa­rac­lı çox aşıq­lar­la yol­daş olub. An­caq ən çox Xın­dı Məm­məd­lə yol­daş­lıq edib. Çox toy­la­ra bir­lik­də ge­dir­di. O dövrdə aşıq­lar drax­tın­da, çay­xa­na­da oxu­yur­du. Şü­lö­yür­də, Daş­tə­pə­də, Sa­dax­lı­da çay­xa­na­lar olub, aşıq­lar əsa­sən ora yı­ğı­şır­dı. Çün­ki o za­man­lar Gü­ney Azər­bay­can­dan Bor­ça­lı­ya kö­çən­lər əsa­sən ora­lar­da cəm­ləş­miş­di, drax­tın­la­rı on­lar aç­mış­dı və aşı­ğa ən çox da on­lar qu­laq asır­dı. Sö­yün əmim da­nı­şır­dı ki, çay­xa­na­da oxu­yub bə­zən bir to­yun pu­lu­nu alır­dıq. Elə idi ki, məc­li­si olan çay­xa­na­ya ge­dir, aşı­ğı ora­dan apa­rır­dı məc­li­si­nə. Aşıq hə­mi­şə gə­zər­gi olub, kənd-kənd, el-el gə­zib do­la­şıb. Us­ta­dım öm­rü­nün so­nu­na ya­xın Əm­rah da­yı ilə (aşıq Əm­rah Gül­məm­mə­dov - İ.S) dostluq edir­di, məc­lis­lə­rə bir ge­dir­di­lər. Əm­rah da­yı da gö­zəl sə­nət­kar, gö­zəl in­san idi, ipək ki­mi xa­siy­yə­ti var­dı. H.Sa­rac­lı şəm­kir­li Pər­va­nə Hə­sən­lə də yol­daş­lıq edir­di".

Hü­seyn Sa­rac­lı­nın ilk şə­yir­di...

"Us­ta­dı­mın bi­rin­ci şə­yir­di aşıq Əmir Hə­sə­nov olub, çox yük­lü, do­lu aşıq idi. De­yir­di ki, 13 şə­yir­dim olub, am­ma ona ha­lal-hüm­bət bir ne­çə şə­yir­di axı­ra qə­dər qul­luq et­miş­di. Aşıq Əmir, Sə­di Ulac­lı, aşıq Əh­məd Sa­dax­lı, mən, aşıq Nu­rəd­din Qa­sım­lı, aşıq Oruc (aşıq Oruc Quş­çu İb­ra­hi­min oğ­lu idi - K.M.), Dağ Arıx­lı­sın­dan aşıq Rza, Qa­ra­ya­zı­lı Si­rac, aşıq Sa­bir Sa­rac­lı və baş­qa­la­rı. On­la­rın ço­xu­nun ta­nın­ma­ma­sı­nın sə­bə­bi o idi ki, us­tad ki­mi for­ma­la­şa bil­mə­di­lər, güc­lə­ri yox idi. Mən­dən so­ru­şur­lar ki, ni­yə aşıq Əmi­rin lent ya­zı­la­rı çox az­dır? Aşıq Əmir güc­lü aşıq idi və bü­tün gü­nü toy­lar­da, məc­lis­lər­də idi, heç ya­dı­na re­per­tu­a­rı­nı yaz­dır­maq, efi­rə çıx­maq düş­mür­dü. Aşıq Əh­məd Sa­dax­lı gə­zər­gi idi, bir aya­ğı Ba­kı­da idi hə­mi­şə, ra­di­o­ya gə­lir­di. Ümu­miy­yət­lə, Xın­dı Məm­mə­din də lent ya­zı­la­rı az­dır, Tif­lis ra­di­o­sun­da nə ya­zı­lıb­sa odur, Ba­kı ra­di­o­sun­da yaz­dır­ma­yıb. H.Sa­rac­lı­nın şə­yirdlə­rin­dən an­caq mən və Sa­bir hə­yat­da­dır, qa­lan­lar haqq dün­ya­sın­da­dır. O da in­di aşıq­lıq et­mir" - de­yə K.Mu­rad bil­dir­di.

"Beş il sə­ra­sər us­ta­dı­ma qul­luq et­mi­şəm"

K.Mu­rad de­yir ki, beş il us­ta­dı­na qul­luq edib: "Mən özüm H.Sa­rac­lı­ya sə­ra­sər beş il qul­luq et­mi­şəm, evin­də qal­mı­şam, ai­lə­nin bir üz­vü ol­mu­şam. O vaxt us­tad­lar şə­yir­di evin­də sax­la­yır­dı. Bu da var ki, hər ada­mı da şə­yird gö­tür­mür­dü­lər. Aşıq Əh­məd Sa­dax­lı da, Sə­di Ulac­lı da, mən də H.Sa­rac­lı­nın evin­də qal­mı­şıq, Sə­di Ulac­lı həm də H.Sa­rac­lı­nın kü­rə­kə­ni idi. H.Sa­rac­lı mək­tə­bi­nin zə­if in­ki­şaf et­mə­si onun­la bağ­lı idi ki, özün­dən son­ra aşıq­lıq edən ol­ma­dı, tək­cə Əh­məd idi, o da rəh­mə­tə ge­dib. Mən də saz­bəndlik et­dim, çox aşıq­lıq et­mə­dim. Sə­di yax­şı aşıq idi, o, ən yax­şı məc­lis­lə­rə Sə­di ilə ge­dir­di. Bi­zi də apa­rır­dı məc­li­sə.

Bi­lir­si­niz ki, keç­miş çağ­lar­da toy­lar pa­yız­da baş­la­yar­dı. Pa­yı­zın elə bu vaxtla­rı idi, H.Sa­rac­lı bi­zim kən­də, Bor­ça­lı­nın Aran-Dəl­lər kən­di­nə to­ya gəl­miş­di. Mə­nim də on­da 17-18 ya­şım olar­dı. O vaxt ar­tıq kənddə hə­vəs­kar aşıq ki­mi məc­lis­lə­rə ge­dir­dim. Nə isə, hə­min məc­li­sin axır­la­rı­na ya­xın kənd ağ­saq­qal­la­rın­dan bi­ri mə­ni gös­tə­rib de­di ki, ay aşıq Sö­yün (Hü­seyn), qoy bir bu ca­van oğ­lan da bir saz ça­lıb oxu­sun. On­dan mə­nim o məc­lis­də oxu­ma­ğım üçün ica­zə is­tə­di. O da izn ver­di, bir "Göy­çə gü­lü" ha­va­sı ça­lıb oxu­dum. İfam us­ta­dın xo­şu­na gəl­di... Qu­laq asıb de­di ki, uzun bo­ğa­zın var, sən­dən yax­şı aşıq çı­xar. De­dim, ay Sö­yün əmi, mə­ni özü­nə şə­yird gö­tü­rər­sən­mi? Ra­zı­lıq ver­di. Be­lə­lik­lə, 1974-cü ilin pa­yı­zın­da us­ta­dın ya­nı­na şə­yird get­dim. Us­tad mə­ni şə­yird gö­tür­mək üçün atam­dan üç inə­yin haq­qı­nı al­dı. O vaxt be­lə idi. Mən onun so­nun­cu şə­yir­di ol­dum. Us­ta­dı­mın mə­nə qə­dər 12 şə­yir­di var­dı, mən də ol­dum 13-cü şə­yir­di. O za­man us­tad şə­yir­di evin­də sax­la­yır­dı və şə­yird də ai­lə­nin bir üz­vü­nə çev­ri­lir­di. Mən H.Sa­rac­lı­nın ya­nı­na ge­dən­də onun 60 ya­şı var­dı. Bu min­val­la düz 5 il us­ta­dı­mın evin­də qa­lıb ona şə­yirdlik et­dim. İn­di­ki saz mək­təb­lə­rin­də ol­du­ğu ki­mi, bir aşıq 20 şə­yirdlə bir­dən məş­ğul ol­mur­du. On­da us­tad­lar az şə­yird gö­tü­rür­dü. Dərslər əsa­sən ax­şam­lar ke­çi­ri­lir­di. Gün­düz­lər isə us­tad öz işin­də olur­du, şə­yird isə çox vaxt tə­sər­rü­fat iş­lə­ri­nə kö­mək edir­di, elə də olur­du ki, us­tad­la sə­fər­lə­rə çı­xır­dı. Bü­tün şə­yirdlər ne­cə, mən də elə us­ta­da qul­luq edir­dim. Us­tad şə­yir­də yal­nız aşıq­lı­ğın sir­lə­ri­ni öy­rət­mir­di, həm də ədəb-ər­kan öy­rə­dir­di... Ne­cə otu­rub dur­ma­ğı, məc­lis­də özü­nü apar­ma­ğın qay­da­la­rı­nı izah edir­di. Mən us­ta­dım­la Bor­ça­lı­nı qa­rış-qa­rış gəz­mi­şəm, Qa­ra­ba­ğa, Nax­çı­va­na, Qər­bi Azər­bay­ca­nın ra­yon­la­rı­na get­mi­şəm. Us­tad­dan çox şey gö­rüb-gö­tür­mü­şəm".

Hü­seyn Sa­rac­lı­nın ha­zır­ca­vab­lı­ğı...

"Gün­lə­rin bi­rin­də Tə­kə­li kən­din­də məc­lis ke­çi­rir­dik. Aşıq Hü­seyn şə­yirdlə­rin­dən Sə­di Ulac­lıy­la de­di ki, dur oxu, nə­dən­sə Sə­di Ulac­lı bir az lən­gi­yir. Bu za­man mən aşıq Sə­di ilə za­ra­fat et­dim ki, "sə­nin en­li­li­yin var­sa, mə­nim də uzun­lu­ğum var, sən­dən qorxmu­ram, dur oxu­yaq". Be­lə əh­va­lat­lar məc­lis­lər­də çox olur­du.

Bir gün Sö­yün əmim­lə hə­yət­də otur­muş­duq, bir də gör­dük ki, dar­va­za­nın ağ­zın­da bir ma­şın da­yan­dı, ge­dib gə­lən­lə­ri qar­şı­la­dım. Gör­düm ki, bir ki­şi 14-15 yaş­lı qız uşa­ğı ilə gə­lib. Çay süf­rə­si açıl­dı, us­tad bir-iki ağız da oxu­duq­dan son­ra qo­naq so­ruş­du:

- Hü­seyn əmi, heç de­mir­sən "ni­yə gəl­mi­sən?".

- Sə­nət­ka­rın evi­nə gə­lər­lər, bu­yur! - us­tad be­lə ca­vab ver­di.

Qo­naq de­di ki, qı­zı­mın yax­şı sə­si var, onu şə­yirdli­yə gö­tü­rər­sən­mi? Us­tad bir az fi­kir­ləş­di, əli ilə bığ­la­rı­nı eş­dik­dən son­ra de­di ki, a qı­zım, sən çö­lə çıx. Qı­zın ata­sı­na de­di:- Oğul, gə­lə­cək­də bu qız ərə ge­də­cək, uşa­ğa ya­ta­caq. Bi­ri də gə­lib to­ya ça­ğı­ran­da de­yə­cək­lər ki, uşa­ğa ya­tıb, gə­lə bil­mir. El ar­sın­da da ya­yı­la­caq ki, aşıq do­ğub. Ayə, aşıq da do­ğar­mı? Ki­şi qı­zı­nı gö­tü­rüb get­di.

H.Sa­rac­lı çox ha­zır­ca­vab adam idi" - de­yə us­ta­dın şə­yir­di bil­dir­di.

"Hü­seyn Sa­rac­lı qə­dər "Ko­roğ­lu" qol­la­rı­nı bi­lən aşıq yox idi"

K.Mu­rad de­yir ki, us­ta­dım ana­dan aşıq do­ğul­muş­du. Onun bil­dir­di­yi­nə gö­rə, o həm aşıq, həm şa­ir, həm də aktyor idi, aşı­ğa xas olan bü­tün cə­hət­lə­rə ma­lik idi: "Lə­ti­fə­si, qa­ra­vəl­li­si, at­ma­ca­sı da öz ye­rin­də. O fit­rə­tən aşıq idi. O bil­di­yi das­tan­la­rı ol­duq­ca mə­ha­rət­lə çat­dı­rır­dı. H.Sa­rac­lı hə­yat­dan kö­çə­nə qə­dər öy­rən­di. Hey de­yir­di ki, mən da­na­çı­dan, bu­zov­çu­dan, ço­ban­dan da söz öy­rən­mi­şəm. Çün­ki aşı­ğı el aşıq edər. O vaxt sa­vad­lı adam çox az idi. Mə­sə­lən, bir kənddə di­ni təh­sil alan ya bir, ya iki nə­fər olar­dı. An­caq aşıq çox bi­lir­di, hər şey­dən xə­bə­ri var­dı, ona gö­rə də aşı­ğı baş bi­lən, ağ­saq­qal sa­yır­dı­lar. Yax­şı aşıq hər şe­yin öh­də­sin­dən gə­lir­di. Aşıq­lar di­ni də gö­zəl bi­lir­di. Mə­sə­lən, aşıq­la­rın ço­xu qo­ca­lan­dan son­ra mol­la­lıq edib. H.Sa­rac­lı qə­dər "Ko­roğ­lu" qol­la­rı­nı bi­lən aşıq yox idi. "Ko­roğ­lu"nun 16 qo­lu­nu bi­lir­di. Hət­ta "Tel­li xa­nı­mın Çən­li­be­lə gəl­mə­si"ni, "Zər­ni­şan xa­nı­mın Çən­li­be­lə gəl­mə­si"ni H.Sa­rac­lı bi­lir­di an­caq. O vaxt o ver­di pro­fes­sor Mür­səl Hə­ki­mo­va, o da ki­ta­ba sal­dı. Folklor­şü­nas­la­ra ver­di­yi das­tan­la­rı, na­ğıl­la­rı mə­nə yaz­dı­rır­dı. O de­yib, mən yaz­mı­şam. "Tel­li xa­nı­mın Çən­li­be­lə gəl­mə­si" das­ta­nı­nı özüm əlim­lə ya­zıb Mür­səl mü­əl­li­mə ver­mi­şəm. De­yir­di ki, a ba­la, "Zər­ni­şan xa­nı­mın Çən­li­be­lə gəl­mə­si" das­ta­nı­nı aşıq Nə­sib­dən al­mı­şam".

Unu­dul­maz xa­ti­rə­lər...

"Bir də­fə Kəl­bə­cər­dən qa­yı­dır­dıq. İs­tə­dik evə şey-şüy alaq. Gir­dik dü­ka­na, bir ca­van oğ­lan gör­dük. Cü­rət edə bil­mə­di us­ta­da de­mə­yə, mə­nə de­di ki, ha­ra­dan gə­lir­si­niz? De­dim kon­sertdən. De­di bi­zim bi­nə­yə ge­dər­si­niz­mi? De­dim ni­yə get­mi­rik. Ay Hü­seyn əmi, bu oğ­lan bi­zi də­vət edir. Ora­nın ço­ban­la­rı bi­zi qar­şı­la­dı­lar. Bir gün ax­şa­ma­dək bi­nə­də ça­lıb oxu­duq. Yax­şı məc­lis dü­zəltdi­lər, ca­ma­at qu­laq as­dı. Us­ta­dım dər­viş ki­mi idi, gə­zir­di hər ye­ri. Mə­ni də çox ye­rə apa­rır­dı özü ilə. Çox vaxt tən­bə­ki al­maq üçün mə­ni Ba­tu­ma gön­də­rir­di. O hər tən­bə­ki­ni çək­mir­di, xü­su­si tən­bə­ki is­ti­fa­də edir­di.

H.Sa­rac­lı ba­la­ban­la da oxu­muş­du, de­yir­di ki, ona gö­rə ba­la­ban­la oxu­dum ki, qoy Azər­bay­can­da­kı aşıq­lar de­mə­sin ki, H.Sa­rac­lı ba­la­ban­la oxu­ya bil­mir. "Baş sa­rı­tel" və "Qəh­rə­man"ı oxu­yub ba­la­ban­la.

H.Sa­rac­lı­nın hə­ya­tı çox tə­la­tüm­lü olub. Ye­ni­yet­mə­lik ça­ğın­da gö­zü qar­şı­sın­da ata­sı gül­lə­lə­nib, bu dər­di il­lər­lə ürə­yin­də gəz­di­rib. Son­ra da mü­ha­ri­bə­yə get­mə­di­yi­nə gö­rə onu həbs et­miş­di­lər, az son­ra bu­rax­mış­dı­lar. H.Sa­rac­lı aşıq ol­ma­say­dı da, is­tə­ni­lən sa­hə­də güc­lü, se­çi­lən in­san ola­caq­dı. O is­te­dad­lı bir sər­kər­də, qo­şun bö­yü­yü də ola bi­lər­di, ni­zam­lı adam idi".

İra­də SA­RI­YE­VA

www.baki-xeber.com

İtaliyada buraxılmış disk haqqında İngiltərədə dərc olunmuş yazılar
Featured

İtaliyada buraxılmış disk haqqında İngiltərədə dərc olunmuş yazılar

16.07.2013

The Wire və Songlines jurnallarındakı yazılar

CD Ashiq Poetry and music-Italy.jpg

 

8202 Ashiqs Wire July 2013.jpg

8202 Ashiqs Songlines August 2013.jpg

 

“Folklor və etnoqrafiya” jurnalının növbəti nömrəsi işıq üzü görüb
Featured

“Folklor və etnoqrafiya” jurnalının növbəti nömrəsi işıq üzü görüb

22.11.2016

Azərbaycan Aşıqlar Birliyinin (AAB) dəstəyi ilə nəşr olunan “Folklor və etnoqrafiya” elmi-ədəbi jurnalının 3-cü nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, jurnalın ilk səhifələrində AAB-nin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlının “Taleyimdən və ürəyimdən keçənlər” sərlövhəli aforizmləri dərc edilib. Növbəti səhifələrdə filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlinin “Ulu söz ustadlarımız” silsiləsindən “Deyilən söz yadigardır”, “Ozan dünyası” silsiləsindən “Qolça qopuz”la “ozan” çalğı alətlərinin fərqli xüsusiyyətləri”, Məti Osmanoğlunun “Hüseyn Saraclı 100” silsiləsindən “Sizə kimdən deyim” başlıqlı yazıları yer alıb.

Tarixi araşdırmalar mövzusunda “Sayalı yurdlar” rubrikasından Bəhruz Rüstəmovun “Haçaqaya”, Z.Dəmirçinin “Aşıq Mirzə Səməd və Sarıtel” dastanı, yaxud nakam bir eşqin sorağında” araşdırma yazıları, filologiya elmləri doktoru Fikrət Əlizadənin “Dünya dillərindəki açar səs birləşmələrindən biri: DRV (kök samitləri)” elmi yazısı xüsusilə diqqəti cəlb edir.

Aşıq­lar Bir­li­yi­nin səd­ri "Ba­kı-Xə­bər"in baş re­dak­to­ru­na nə yaz­dı?
Featured

Aşıq­lar Bir­li­yi­nin səd­ri "Ba­kı-Xə­bər"in baş re­dak­to­ru­na nə yaz­dı?

15.09.2016

Azər­bay­can Aşıq­lar Bir­li­yi­nin (AAB) səd­ri, əmək­dar elm xa­di­mi, pro­fes­sor Mə­hər­rəm Qa­sım­lı "Ba­kı-Xə­bər" qə­ze­ti­nin baş re­dak­to­ru Ay­dın Qu­li­ye­və tə­şək­kür mək­tu­bu ün­van­la­yıb.

Mək­tub­da "Ba­kı-Xə­bər"in öl­kə­mi­zin ic­ti­mai-si­ya­si, mə­də­ni hə­ya­tın­da oy­na­dı­ğı rol, döv­lət­çi­lik­lə, azər­bay­can­çı­lıq­la bağ­lı hə­ya­ta ke­çir­di­yi təb­li­ğat qeyd edi­lir. O da vur­ğu­la­nır ki, qə­ze­ti­miz Azər­bay­can ozan-aşıq sə­nə­ti­nə də töh­fə­lər ve­rir:

"...Hör­mət­li Ay­dın mü­əl­lim, be­lə bir mət­bu­at or­qa­nı­nı ər­sə­yə gə­ti­rib ona rəh­bər­lik et­di­yi­ni­zə gö­rə Si­zə tə­şək­kür edi­rik. Siz qə­ze­ti­ni­zin sə­hi­fə­lə­rin­də mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zin, mə­də­niy­yə­ti­mi­zin, onun ay­rı-ay­rı sa­hə­lə­ri­nin, o cüm­lə­dən də aşıq sə­nə­ti­nin təb­li­ği­nə ge­niş yer ve­rir, ço­xəsrlik ta­ri­xə ma­lik adət-ənə­nə­lə­ri­mi­zin təb­li­ği­nə, azər­bay­can­çı­lıq ru­hu­nun ya­şa­dıl­ma­sı­na öz töh­fə­ni­zi ve­rir­si­niz. Azər­bay­can Aşıq­lar Bir­li­yi­nin bü­tün təd­bir­lə­ri­nin qə­ze­ti­ni­zin sə­hi­fə­lə­rin­də işıq­lan­dı­rıl­ma­sı, əmək­daş­la­rı­mız­dan və us­tad aşıq­lar­dan mü­sa­hi­bə­lə­rin və on­lar haq­qın­da portret ya­zı­la­rın dərc edil­mə­si təq­di­rə­la­yiq hal­dır. Elə bu­na gö­rə də Azər­bay­can Aşıq­lar Bir­li­yi­nin və bü­tün aşıq­la­rın adın­dan şəx­sən Si­zə və rəh­bər­lik et­di­yi­niz kol­lek­ti­vin ya­ra­dı­cı he­yə­ti­nə xü­su­si tə­şək­kü­rü­mü­zü bil­di­ri­rəm...".

Qə­ze­ti­mi­zin baş ya­za­rı­na ün­van­la­dı­ğı mək­tu­bun­da AAB səd­ri  bun­dan son­ra qar­şı­lıq­lı əmək­daş­lı­ğın da­vam edə­cə­yi­nə inam bəs­lə­di­yi­ni də vur­ğu­la­yıb.

Xə­bər xid­mə­ti

Aşıqlar arasında böyük QALMAQAL
Featured

Aşıqlar arasında böyük QALMAQAL

21.11.2016

Təbrizli aşıq Çingiz Mehdipur Kulis.Aza müsahibəsində dediyi “Şirvan aşıqlarına sazı öyrətmək lazımdır” fikri səs-küyə səbəb olub. Kulis.Az aşıqlardan bu fikrə münasibət öyrənib.

                                                                    

Aşıq Ədalət Nəsibov (Qazax)

Image result for aşıq ədalət

Bu sənət elə sənətdir ki, ölənə qədər öyrənməlisən. Çingiz Mehdipur deyibsə, öyrətsin. Amma deyim ki, Şirvan aşıqları babatdılar indi. Artıq öyrəniblər. Əvvəl əllərinə saz ala bilmirdilər, sazı tuta bilmirdilər. İndi bir yerdə çalıb-oxuyurlar, konsertlərə gedirlər.  

Aşıq Əhliman (Şirvan)

Image result for Aşıq əhliman

Çingiz Mehdipur elə söz deməz. Mən inanmıram. Ömür boyu onun bu sözü dediynə inana bilmərəm. Deyibsə də, ən böyük səhvi eləyib.

Aşıq Əli Quliyev (Tovuz)

Image result for Aşıq Əli Quliyev

Dədə-babadan söz Göyçədədir, Gəncədədir, Şamaxıdadır, Tovuzdadır. Klassikadan danışıram mən. Söz deyəndə də, saz deyəndə bunlar yada düşür. Sazın da öz məktəbləri var. Sözdür, musiqidir, bunlar əkizdirlər. Harada söz var, orda səs də var. İki bölgü var idi aşıq sənətində. Biri Gəncəbasar aşıqları, o biri də Şirvan aşıqları. Şirvan aşıqlarının da o məktəbə görə qayda-qanunu var. Öz sənətkarları var, öz sənəti var. Amma mənim sözümdən heç bir məktəb inciməsin. Həqiqətdən, həqiqi sözdən inciməsin. Bu sənət bizim tərəfdə olub, Göyçədə, Tovuzda. Amma bunu da deyirəm ki, Şirvan bölgəsi muğam üstündə yarandıqlarından onların saz çalmağında oynaqlıq var. Oynaq havalar çalırlar. Hər bölgənin də öz xoş tərəfi var, saz havaları da belədir. Onun da xoşluğu var, öz sənət üslubu var. Amma aşıqlığı hər bucaqda axtarmaq lazım deyil. Sazı qucağına alanda aşıq olmadın ki? Onu yiyələnə bilməlisən. Hər dövrün bir aşığı olur, amma elə vaxt da gəlir ki, sənətdə durğunluq yaranır. Mən Şirvan aşıqlarından ustadların adını çəkə bilərəm. Şakir, Pənah kimi aşıqları var onların. Amma indiki Əli Tapdıqoğlu, Aşıq Əhliman ya da digərlərindən nə Pənah olmaz, nə də Şakir. Mən yenə deyirəm, Şirvan aşıqları öz aləmlərində, öz ab-havalarında çalıb oxuyurlar.  Əli də yaxşı oğlandı, o biriləri də. Allah onların canlarını sağ eləsin. Amma bəziləri son zamanlar qoşulub orda-burda deyirlər ki, mən beləyəm, mən eləyəm. Ağac nə qədər bar gətirsə başını aşağı salar. İnsan nə qədər böyük olur olsun, belə danışmamalıdır. Mənim kimi sənətkar bir dəfə də belə söz deməmişəm. Elə bil mətbuat olmayıb ki, yekə-yekə danışım. Bir dəfə deməmişəm, kimdi mənə meydan oxuyan. Əlini də, o birilərini də çox istəyirəm. Amma sənətin yaxşı oğlanlığa dəxli yoxdur. Sənət ayrı şeydir, qadanızı alım. Nə qədər çox öyrənməlisən bu sənətdə. Sonsuz sənətdi aşıq sənəti. Sazı bayağı şəkildə işlətmək olmaz. Kim ki sözlə saza bayağı baxsa, Allah onun cəzasını verəcək. Bu sənət türk xalqı, Azərbaycan xalqı üçün çox böyük sənətdir. Allah bu xalqı poeziya üçün yaradıb. Ona görə Şirvana da qurban olum, başqalarına da. Hərəsi öz yolundan getsin, amma bircə şitlik eləməsin, yekəxanalıq eləməsin.

Əli Tapdıqoğlu (Şirvan)

Image result for Aşıq Əli

Çingiz Mehdipur kimə öyrədə bilər saz sənətini? Çingiz Mehdipurdan əvvəl Azərbaycanda çox böyük sənətkarlar var. Şirvan aşıqlarından gənclərdən mənəm. Mənə öyrədəcək sazı? Yaxud mənnən böyüklər olsun. Aşıq Əhlimana, Elçinə? Sizə deyim ki, şadlıq sarayında Çingiz Mehdipur kimi saz çalan çox adam var. Çingiz Mehdipur aşıq deyil, saz çalandır.

Azərbaycan aşıqlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

15.07.2016

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda aşıq sənətinin inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:
Axundov Umbay Sadıq oğlu
Allahverdiyev Əhliman Məhəmməd oğlu
Balasiyev Həşim Səftər oğlu
Əliyev Fətulla Əbdüləzim oğlu
Kosayeva Solmaz Qorçu qızı
Musayev Xanmusa Musaxan oğlu.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 iyul 2016-cı il.

4 -dən səhifə 4

  • 1
  • 2
  • 3
  • 4
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ