PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Yeni kitab

Azərbaycan Aşıqlar Birliyinin yeni nəşri olan “İzahlı aşıq ədəbiyyatı sözlüyü işıq üzü görmüşdür. Məhərrəm Qasımlı və Mahmud Allahmanlı kimi tanınmış folklorşünas-professorların hazırladığı kitab nəfis şəkildə 1000 nüsxə tirajla nəşr olunmuşdur.
“İzahlı aşıq ədəbiyyatı sözlüyü” aşıq ədəbiyyatı ilə bağlı anlatışları, obrazların, terminiloji vahidlərin, eləcə də bu ədəbiyyat çevrəsini əhatə edən janr şəbəkəsinin mənzərəsini yaratmaq səciyyəsi daşıyır. Burada ayrı-ayrı aşıq ədəbiyyatı istilahlarının, dastanlaırn, populyar dastan obrazlarının, sazla bağlı olan şeir biçimlərinin yığcam və aydınlaşdırıcı təqdimatı nəzərdə tutulmuşdur.

Aşıq ədəbiyyatı ilə bağlı bilgilərin elmi ictimaiyyətə çatdırılması və sənətə yeni gələn gənc nəslə mənimsədilməsi izahlı sözlüyü əsas məqsədidir.