PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Azərbaycan aşığı ümumdünya epos festivalında iştirak etmişdir

Azərbaycan Aşıqlar Birliyinin sədr müavini aşıq Altay Məmmədov 28-29 iyun 2019-cu il tarixində ümumdünya xalqlarının 5-ci epos festivalında iştirak etmişdir. Qırğızıstan Dövlət nümayəndələrinin qatıldığı Festivalda 30-dan çox ölkənin nümayəndələri və müxtəlif xalqların sənət adamlarının maraqlı çıxışları olmuşdur. Festivalın açılışındakı konsert proqramında ölkəmizi təmsil edən Altay Məmmədli “Qurbanı” dastanından bir parçanı tamaşaçıların nəzərinə çatdırmışdır.

Azərbaycan aşıq sənətinin nümunəsi tamaşaçılar tərəfindən yüksək maraqla qarşılanmışdır.
Festivalın yekun konsertində yenidən çıxış edən Aşıq Altay Məmmədli bu dəfə “Koroğlu” dastanından bir hissə danışaraq “Misri” və “Koroğlu Cəngi” havasını oxumuşdur. Aşığın ifası maraqla ,alqışlarla qarşılanmışdır.

65768939_456887395091041_1442437609283387392_n.jpg

65918751_734857913596733_2754271344769105920_n.jpg