PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Heydər Əliyev adına Sarayda “Sazlı-sözlü diyarım mənim “adlı aşıq konserti keçirildi

02 iyun 2019-cu il tarixində Heydər Əliyev adına Sarayda Azərbaycan Aşıqlar Birliyi və Heydər Əliyev adına sarayın birgə təşkil etdiyi maraqlı konsert proqramı keçirildi.

Tədbiri giriş sözü ilə AAB-nin sədri Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı açaraq aşıq sənətinin bu günki durumundan, dövlətimizin bu sənətə diqqət və qayğısından danışdı. İlk musiqi nömrəsini Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu acaraq “Koroğlu cəngi” havası üstündə “Bayrağım” şeirini oxudular. Ardıcıl olaraq Əməkdar mədəniyyət işçiləri Ağamurad İsrafilov və Solmaz Kosayeva, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Nargilə Mehdiyeva, Cahangir Sənanoğlu, “Aşıq Pəri” məclisinin üzvləri Pərvanə Zəngəzurlu və Güllü Tomarlı, Ramin Qarayev, Altay Məmmədli, “Ruhani” saz qrupu çıxış etdilər.
Tamaşaçıların gurultulu alqışlarıyla müşayiət olunan konsert “Çeşmə” folklor qrupunun ifasında “Ana yurdum Azərbaycan” mahnısı ilə yekunlaşdı.