PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

UNESCO – da aşıq sənətinin qeydə alınmasının 10 illiyi ilə bağlı konsert tədbir

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı ölkəmizdə aşıq sənətinə verilən qiymətdən danışıb. O, ötən müddətdə Paris, Strasburq, London və dünyanın müxtəlif ölkələrində UNESCO səviyyəsində keçirilən mərasimlərdə Azərbaycan aşıq sənətinə verilən yüksək qiymətin bütövlükdə xalqımızın milli-mənəvi dəyərlərinə olan hörmət kimi səciyyələndirib.

“Sevindirici haldır ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın aşıq sənətinə diqqət və qayğısı çox yüksəkdir. Azərbaycanın aşıq ensiklopediyası hazırlanıb. Mehriban Əliyevanın səyləri nəticəsində aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Artıq aşıq sənəti özünün əvvəlki şöhrətini bərpa etməkdədir. Bu sənət növü artıq bəşəri sənət kimi qorunur. Ölkəmizdə aşıq festivallarının keçirilməsi və dünya miqyasında buraya sənətkarların cəlb olunması Azərbaycan aşıq sənətinin böyük irəliləyişinə səbəb olub. 2010-cu ildə və 2013-cu ildə keçirilən Beynəlxalq aşıq festivalları,aşıqların VI Qurultayı böyük uğurların ortada olduğunu göstərdi.
Kosertdə “Çeşmə” folklor qrupu,”Ruhani” sazçı qrupu,ustad aşıqlar Ağamurad Şirvanlı, Qələndər Zeynalov,Altay Məmmədli, Samirə Əliyeva, Əli Tapdıqoğlu, Bəhmən Göyçəli, Əli Pənahoğlu, Kəmalə Qubadlı, Babək Şakirli, Elvin Laçınlı və başqaları klassik saz havaları üzərində maraqlı ifalar təqdim etmişlər. Təqdim olunan mahnılar vətənpərvərlik,qəhrəmanlıq, milli dövlətçilik ideyalarının təbliğınə həsr edilmişdir.
Aşıqlar Birliyi UNESCO-da aşıq sənətinin qeydə alınmasının 10 illiyi ilə bağlı bölgələrdə də silsilə tədbirlər keçirəcəkdir.