AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
Featured

"Bu gün 28/03/2017 HEYDƏR ƏLİYEV adına sarayda "DƏDƏ ŞƏMŞİR UCALIĞI" adlı konsert olacaq"

28.03.2017
Azərbaycan aşıqları Aşqabadda keçirilən Beynəlxalq Elmi Konfransdan qayıdıb
Featured

Azərbaycan aşıqları Aşqabadda keçirilən Beynəlxalq Elmi Konfransdan qayıdıb

13.12.2016

Azərbaycan aşıq sənətinin yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da təbliğ olunması üçün dövlət səviyyəsində böyük səylər göstərilir. Son illər aşıqlarımız mütamadi olaraq dünayanın müxtəlif ölkələrində keçirilən folklor festivallarında, saz-söz şölənlərində, beynəlxalq konfrans və elmi simpoziumlarda iştirak edir...

Bildiyimiz kimi təkcə 2016-cı ildə Azərbaycan aşıqları bir neçə ölkədə keçirilən festivala qatılıb. Aşıqlarımız dünən Aşqabaddan qayıdıb. Bildiyimiz kimi noyabr ayının 1-5-də Türkmənistanın paytaxtı Aşqabadda "Koroğlu” eposu və onun dünya mədəniyyətində rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda Azərbaycandan da nümayəndə heyəti iştirak edib. Bu barədə "Bakı-Xəbər”ə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, Türk xalqlarının əksəriyyətinin şifahi ənənəsində mövcud olan və geniş coğrafi arealda yayılan, yayılma miqyasına, həcminə və şöhrətinə görə yeganə epos olan "Koroğlu”ya həsr olunmuş beynəlxalq elmi konfransda respublikamızı Bakı Musiqi Akademiyasının Azərbaycan Xalq musiqi nəzəriyyəsi və tarixi kafedrasının müdiri Tariyel Məmmədov, aşıqlar Altay Məmmədov, Nəbi Nağıyev və balabançı İbadət  Allahverdiyev təmsil ediblər.
Qeyd edək ki, "Koroğlu” eposunun beş yüzdən çox variant və versiyaları sırasında Azərbaycan eposunun özünəməxsus yeri var və mənəvi irsimizin möhtəşəm abidəsi, Azərbaycan poetik söz sənətinin – aşıq yaradıcılığımızın zirvəsi sayılan "Koroğlu” dastanında xalqımızın qəhrəmanlıq, vətənpərvərlik, humanizm və s. xüsisiyyətlər öz bədii ifadəsini tapıb.

Onu da vurğulayaq ki, "Koroğlu” eposunun müxtəlif qolları Azərbaycanın görkəmli aşıqlarının ifasında lentə alınıb. Hesab etmək olar ki, dünyada analoqu olmayan bu ifalar Koroğluşünaslıqla bağlı olan nadir incilərdir.

İradə SARIYEVA
melumat-merkezi.com

Görkəmli söz ustası Aşıq Pənahın 90 illik yubileyi qeyd edilib
Featured

Görkəmli söz ustası Aşıq Pənahın 90 illik yubileyi qeyd edilib

25.10.2016

Oktyabrın 25-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Pənahın anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aşığın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. AAB-nin sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı XX əsr aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Aşıq Pənahın təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da tanındığını bildirib.

Əməkdar Mədəniyyət İşçisi kimi fəxri ada layiq görülmüş aşığın bir çox əsərlərinin indi də ədəbiyyatımızın və musiqi tariximizin qızıl fondunu bəzədiyini bildirib.
Az ömür yaşayan, lakin ustadlar-ustadı adlandırılan Aşıq Pənah sazda 32 ənənəvi aşıq havasını məharətlə ifa edib.
Aşıq Pənahın qaynar istedadı, rəvan təbi ona imkan verib ki, 18 aşıq havası (“Dilbər”, “Yeddi qardaş”, “Azərbaycan” və s.) bəstələyib. Eyni zamanda mahnılar da bəstələyən aşığın “Nə qəşəng bəzənmisən!”, “Ana Kürüm” və digər mahnıları hələ aşığın sağlığında çox geniş yayılıb, bu gün də sevilə-sevilə müğənnilərimizin repertuarını bəzəməkdədir.

Bildirilib ki, Aşıq Pənah Azərbaycan Yazıçılar Birliyinin üzvü idi, o, "Saz və söz”, "Məhəbbətdən danışaq”, "Təzə söz, təzə mahnı”, “Mənim sazım” kimi şeirlər kitablarının müəllifi idi.

Aşıq Pənahın əvəzsiz sənətkar, sinədəftər el aşığı olduğunu bildirən Xalq Artisti Arif Məlikov xüsusi olaraq onun “Qəhrəman şah Nəcəf”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və s. dastanları məclislərdə məharətlə ifa etdiyini deyib. Aşıq Pənahın özünün yaratdığı 2 dastan (“Sülh”, “Pambıqçılar”) və 130-a yaxın qoşma müəllifi olduğunu bildirib.

Görkəmli aşığın xatirəsinə həsr edilmiş tədbirdə incəsənət ustaları, tanınmış aşıqlarla yanaşı, istedadlı gənc aşıqlar və “Çeşmə” folklor qrupu, “Misri”, “Buta”, “Qobustan”, “Laçın” sazçı qrupları aşığın sözlərini saz havası üstündə ifa ediblər.

Mahnı Teatrında “Sazın ana laylası” adlı konsert təşkil edilib
Featured

Mahnı Teatrında “Sazın ana laylası” adlı konsert təşkil edilib

06.03.2017

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Sazın ana laylası” adlı konsert proqramı təşkil olunub.

Aşıqlar Birliyindən AZƏRTAC bildirilib ki, gecəni mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva açaraq qadın aşıqlara uğurlar arzulayıb.

Azərbaycan dövlətinin aşıq sənətinin inkişafına hər zaman böyük təkan verdiyini bildirən S.Məmmədəliyeva son illər qadın və qızların aşıq sənətinə böyük maraq göstərdiyini söyləyib.

Bildirilib ki, Prezident İlham Əliyevin aşıq sənətinə qayğısı sayəsində bir sıra aşıqlara fəxri adlar verilib. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyeva da aşıq sənətinə hər zaman diqqət göstərib və bu qayğının nəticəsi olaraq 2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ildə Gədəbəy saz məktəbi açılıb.

“Bu gün biz Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində Azərbaycan aşıq sənətini dünya qeyri-maddi irsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir”, - deyə nazir müavini vurğulayıb.

Gecədə Əməkdar Mədəniyyət işçiləri Ulduz Quliyeva, Samirə Əliyeva, Solmaz Kosayeva, həmçinin aşıqlar Zülfiyə İbadova, Könül Bayramova, Xatirə Gülməmmədli və başqaları çıxış edərək rəngarəng saz havaları səsləndiriblər.

Konsertdə Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun da çıxışı maraqla qarşılanıb.

Bakıda ustadlara sayğı gecəsi
Featured

Bakıda ustadlara sayğı gecəsi

12.12.2016

Dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində “Ustadlara sayğı gecəsi” adlı sazlı-sözlü tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı, Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi ilə baş tutub. Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı və Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım çıxış edərək üzü Dədə Qorquddan bu günə gələn aşıq sənətinin yaşadılması baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, bu ortaq mədəni keçmişdən gələn xalqlarımızın ortaq gələcəyinə doğru yolda mühüm addımdır. Qeyd olunub ki, gələcəkdə belə tədbirlər böyük miqyasda - türk dünyası arealında təşkil edilməlidir.

Gecədə əsrlərdən miras qalan və ruhumuzu oxşayan müxtəlif saz havaları və muğamlarımız dinlənilib.

Konsert proqramında Türkiyənin tanınmış ifaçısı Armağan Elçi, Azərbaycanın Əməkdar Artisti, xanəndə Elnarə Abdullayeva və “Çeşmə” folklor qrupu tərəfindən Aşıq Veysəl, Aşıq Reyhan, Qaracaoğlan, Mahzuni Şərif, Pir Sultan Abdal, Abdulvahid Kuzecioğlu, Aşıq Ələsgər, Aşıq Şəmşir, Neşat Ertaş, Məhəmmədhüseyn Şəhriyarın sözlərinə yazılmış və xalq mahnılar, həmçinin muğamlar ifa edilib. Türkiyəli sənətçini Ankara Dövlət Türk Xalq Musiqisi Ansamblı, Elnarə Abdullayevanı isə "Xaqan" instrumental ansamblı müşayiət edib.

Azərbaycan Dövlət Filarmoniyasında “Çiçəklənən, ana yurdum” adlı konsert proqramı təqdim olundu
Featured

Azərbaycan Dövlət Filarmoniyasında “Çiçəklənən, ana yurdum” adlı konsert proqramı təqdim olundu

10.10.2016

Oktyabrın 8-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə hərs olunmuş “Çiçəklənən, ana yurdum” adlı konsert proqramı təqdim olundu. Konsert Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilirdi.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin müstəqilliyinin çətin və şərəfli yoluna nəzər saldı. Bildirdi ki, müstəqilliyimizin daha da möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Hazırda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edir, müasirləşir.

Nazir Azərbaycan mədəniyyətinin inkişafında aşıq sənətinin xüsusi rolundan, mədəniyyət tariximizdə parlaq səhifələr yazmış görkəmli aşıqlarımızın yaradıcılığından danışdı: “Azərbaycan xalqı yaratdığı böyük mədəni mirası ilə dünya mədəniyyəti xəzinəsinə öz töhfəsini verib. Min illərdən bəri tarixin sınaqlarından keçərək daha da zənginləşən, inkişaf edən aşıq sənəti bütün dövrlərdə Azərbaycan xalqının mənəvi, mədəni zənginliyini özündə təcəssüm etdirərək onun istək və arzularını tərənnüm edib”.

Müstəqillik illərində mədəniyyət və incəsənətimizin, o cümlədən aşıq sənətinin inkişafına göstərilən diqqət və qayğıdan söz açan Əbülfəs Qarayev bu qədim sənətin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini bu qayğının nəticəsi olduğunu vurğuladı: “Artıq kəlağayı sənəti, Azərbaycanın muğam ifaçılıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası, tar ifaçılıq sənəti kimi, aşıq sənəti də UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. İndi ölkəmizdə hər iki ildən bir Beynəlxalq aşıq festivalı keçirilir və bu festivala müxtəlif ölkələrdən qonaqlar təşrif buyururlar”.

Əbülfəs Qarayev çıxışının sonunda Müstəqillik Günü ərəfəsində aşıq sənətini yaşadanlara öz təbriklərini çatdırdı, bu ulu sənətin inkişafı üçün fəaliyyətlərində uğurlar arzuladı.

[bt_slider uid="1487239865-58a57ab9eace1" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/1476108696IMG_2530.JPG" title="1476108696IMG_2530.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/1476108644IMG_2512.JPG" title="1476108644IMG_2512.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/1476108661IMG_2519.JPG" title="1476108661IMG_2519.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/1476108635IMG_2511.JPG" title="1476108635IMG_2511.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/1476108685IMG_2524.JPG" title="1476108685IMG_2524.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/1476108628IMG_2509.JPG" title="1476108628IMG_2509.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/1476108614IMG_2499.JPG" title="1476108614IMG_2499.JPG" link="" parent_tag="slider"][/bt_slider]

Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Azərbaycanda aşıq sənətinin inkişaf tarixindən və milli musiqi sənətimizin hazırkı vəziyyətindən geniş söz açdı. Bildirdi ki, üzü Dədə Qorquddan bəri aşıq yaradıcılığı xalqımızın milli-mənəvi dünyagörüşünün əsas tərənnüm edici vasitələrindən birinə çevrilərək inkişaf edib. Həmçinin aşıq yaradıcılığı digər musiqi janrlarının inkişafına da öz təsirini göstərib. Qeyd olundu k, 50-dən çox aşıq Müstəqillik Gününə həsr olunmuş bugünki konsertdə iştirak edir.

Məhərrəm Qasımlı ölkəmizdə aşıq sənətinə verdikləri yüksək qiymətə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Tədbir daha sonra konsert proqramı ilə davam etdi. Konsertdə “Misri” və “Çeşmə” folklor qrupları “Ana yurdum”, “Laçın” folklor qrupu “Laçınım”, Kəlbəcər aşıqlar ansamblı “Qarabağdadır” mahnılarını ifa etdilər. Aşıqlar xorunun ifasında “Azərbaycan” mahnısı səsləndirildi. Həmçinin aşıqlardan Nəbi Nağıyev, Nazim Quliyev “Azərbaycanım”, Əli Tapdıqoğlu “Dil aç, telli sazım Şirvan elində”, Samirə Əliyeva “Bakım”, Nemət Qasımlı, Roman Azaflı, Bəxtiyar Qurbanov, Elvin Mehmanlı “Ruhani”, Əhliman Rəhimov “Əsgər balam”, Tural Bağırov “Naxçıvandadır” və başqa aşıq havaları ifa olundu. Bütün ifalar alqışlarla qarşılandı.

“Sazın ana laylası” adlı konsert proqramı keçirildi...
Featured

“Sazın ana laylası” adlı konsert proqramı keçirildi...

05.03.2017

Saz-söz axşamına qonaq olmaq, gözəlliklərə göz kəsilmək həqiqətən də xoşbəxtlikdir. Qadın hər zaman gözəlliyi, nəcibliyi, xanımlığı ilə diqqət mərkəzində olub. Zərif məxluqların yaratdığı xarüqələr aləmi mat qoyub həmişə.

Ana sazımızın təəssübkeşi olan qadın aşıqlar hər zaman dədə-baba yadigarı olan sazımıza sahib çıxmağı bacarıblar.  Qadın aşıqlar sazları sinədə səhnəyə çıxanda həqiqətən də dinləyici və tamaşaçılara böyük zövq yaşadıb.

Martın 2-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə “Sazın ana laylası” adlı konsert proqramı keçirildi.

“Sazın ana laylası” gecəsini mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva açaraq qadın aşıqlara uğurlar dilədi. Xanım nazir müavini vurğuladı ki, Azərbaycan dövləti aşıq sənətinin inkişafına hər zaman böyük təkan verir. Onun qeyd etdiyinə görə, ölkə başçısı İlham Əliyevin aşıq sənətinə qayğısı sayəsində bir sıra aşıqlara fəxri adlar verilib. S.Məmmədəliyevanın bildirdiyinə görə, aşıq Ulduz Quliyeva, aşıq Gülarə Azaflı, aşıq Solmaz Kosayeva və aşıq Samirə Əliyeva əməkdar mədəniyyət işçisi fəxri adı alıb. O, vurğuladı ki, aşıq Ulduz Quliyeva fəxri ad almaqla yanaşı həm də prezident təqaüdçüsüdü.

S.Məmmədəliyeva bildirdi ki, I vitse-prezident Mehriban Əliyeva da aşıq sənətinə hər zaman diqqət göstərib və bu qayğının nəticəsi olaraq 2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ildə Gədəbəy saz məktəbi açılıb. S.Məmmədəliyeva dedi ki, son illər kütləvi olaraq qadın və qızların aşıq sənətinə axını onu göstərir ki, bu sənətə maraq böyükdür.

S.Məmmədəliyevanın sözlərinə görə, konsert proqramı s8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilir.

Gecəni əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” qrupu “Cəngi Koroğlu” havası ilə açdı. Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü aşıq Ulduz Quliyeva  “Cəlili” havası ilə qonaqları salamladı. Familə Göyçəli “Gəraylı”, Zülfüyyə İbadova, Könül Bayramova və Xatirə Gülməmmədli “Dubeyti”s, əməkdar mədəniyyət işçisi Samirə Əliyeva “Ruhani”, əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva “Naxçıvani”, Göyçə Ömürlü “Baş sarıtel”, Gülarə Azaflı və “Çeşmə” qrupu “Təbrizi”, Rəfiqə Göyçəli “Göyçəgülü”, Telli Borçalı “Səyyadı”, Gözəl Kəlbəcərli “Qəhramanı”, Məhsəti Cabbarlı və Marta Lauri “Ləşkəri”, Kəmalə Qubadlı “Süsənbəri”, Xavər Zəngilanlı “Baş şəşəngi”, Ərkinaz Eşqi və Lətifə Çeşməli “Şahsarayı”, Qönçə Qubadlı və Gülbəniz Məmmədova “Şahsevəni”, Nargilə Borçalı “Fəxri”, Asudə Gədəbəyli və Kəmalə Qubadlı “Bala nərgiz” ifa etdilər. “Sazın ana laylası” adlı konsert proqramını “Çeşmə” folklor qrupu “Müxəmməs” havası ilə uğurladı...

İradə SARLYEVA

www.baki-xeber.com

Aşıq musiqisi Avropa musiqisinin sintezində
Featured

Aşıq musiqisi Avropa musiqisinin sintezində

30.11.2016

Azərbaycan Aşıqlar Birliyində (AAB) aşıq musiqisi ilə Avropa musiqisinin (rok, caz, pop və digər) sintezi problemlərinə həsr olunmuş nəzəri-təcrübi tədbir keçirilib. AAB-nin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, aşıqlar, musiqiçilərlə yanaşı, bəstəkarların və musiqişünasların da iştirak etdiyi tədbirdə qurumun sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı Azərbaycan aşıq musiqisinin Avropa musiqisi ilə sintezi imkanlarından və bu istiqamətdə görülən işlərdən danışıb.

Sonra söz musiqiyə verilib. Araz Hümbətlinin rəhbərlik etdiyi qrup və aşıqlardan Əməkdar Mədəniyyət işçiləri Samirə Əliyeva, Altay Məmmədli, Əli Tapdıqoğlunun ifalarında aşıq və xalq mahnıları dinlənilib.

Aşıqların və qrup üzvlərinin ifalarına bəstəkar və musiqişünaslar öz münasibətlərini bildiriblər.

Bu istiqamətdə axtarışların davam etdirilməsinin  vacibliyi qeyd olunub.

“SAZIN ANA LAYLASI”
Featured

“SAZIN ANA LAYLASI”

27.02.2017

Sizi xanım aşıqların “Sazın ana laylası” adlı konsertinə dəvət edirik. Konsert 02 mart 2017-ci il tarixində, saat 19:00-da R.Behbudov adına Mahnı Teatrında keçiriləcəkdir.


Ünvan:  Rəşid Behbudov, 24

Image (4).JPG

 

 

 

 

 

 

 

Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi
Featured

Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

17.11.2016

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Borçalı aşıq mühitinin əvəzedilməz siması, Gürcüstan Respublikasının əməkdar mədəniyyət işçisi aşıq Hüseyn Saraclının anadan olmasının 100 illiyi münasibəti ilə təntənəli yubiley mərasimi keçirildi.
Noyabrın 16-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbir Hüseyn Saraclını bir daha yada saldı. Ustad aşıq Hüseyn Saraçlının anadan olmasının 100 illiyinə həsr olunan xatirə gecəsi onun lent yaddaşına çökən, artıq tarixə çevirilən ifaları ilə başlandı. H.Saraclının xatirə gecəsində çıxışedən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı açdı.

M. Qasımlı bildirdi ki, H.Saraclı Borçalı aşıq mühitinin çox görkəmli nümayəndələrindən biri olub. Hüseyn Saraclının türk dünyasının nəhəng ozan olduğunu qeyd edən AAB sədri vurğuladı ki, onun xatirəsi çox əzizdir. Hüseyn Saraclının anadan olmasının 100 illiyinin dövlət tərəfindən yüksək səviyyədə keçirilməsinin Azərbaycan dövlətinin aşıq sənətinə bəslədiyi qayğının nəticəsidir.

H.Saraclının xatirə gecəsinində ilk ifanı “Hüseyni” havası üstə aşıq Qələndər Zeynalov və əməkdar mədəniyyət işçisi aşıq Solmaz Kosayeva təqdim etdi. Aşıq Şaiq İncəli və aşıq Avdı Musayevin təqdim etdiyi “Mixəyi” havası da ustadın ruhuna, xatirəsinə layiq oldu. Əşrəf Borçalı və aşıq Tərmeyxan Qasımlının “Baş dubeyti” üstündə oxuduqları “Minayə” şeiri ustadın sənət xəzinəsindən təqdim edilən bir inci idi. AşıqHüseyn Saraclının sonuncu şəyirdi Kövrək Muradın ifası tamamilə ustadını xatırlatdı. “Bağdad dubeyti” havası ilə ustadın ruhunu şad edən şəyirdi danışıq tərzi, ifaçılığı ilə yaddaşlarda H.Saraclını canlandırdı.

H.Saraclının xatirə gecəsinində aşıq Ədalət Dəlidağlı və şəyirdi Şəhriyar Laçınlı “Kərəm gözəlləməsi”, Borçalı aşıq mühitinin iki istedadlı təmsilçisi aşıq Nargilə Mehdiyeva və Qabil Faxralı “Şahsevəni” havasını ifa etdilər. Borçalıdan gələn aşıq Həvəskar Qurbanov “Fəxri”, Əli Zeynalabdinov və Familə Göyçəli “Qəhramanı”, aşıq Cahangir Quliyev “Sallama kərəmi”, aşıq Rasim Qayıbov və aşıq Azər Alıyev “Dərvişi” (“Qaraçı”) havalarını təqdim etdilər. Aşıq İlham Aslanbəyli və aşıq Telli Borçalının ifa etdikləri “Naxçıvani” havası gecəyə əməlli-başlı şuxluq qatdı. Maraqlı ifa tərzi  ilə seçilən hər iki dəyərli aşığın səhnədə görünməsi alqışlarla müşaiət olundu.

Gecədə Şirvan aşıq mühitinin tanınmış simalarından olan aşıq Ağamurad Şirvanlı “Hüseyn Saraclı” dastan-poemasından bir parça ifa etdi. Aşıq Mehdi Mənsimov və aşıq Gözəl Kəlbəcərli “Ağır şərili”, Məhsəti Cabbarlı, amerikalı aşıq Marta Lauri və  Roman Azaflı “Şirvan müxəmməsi”, ustad Hüseyn Saraclının oğlu aşıq Əli Həsənov”Ruhani”, aşıq Elməddin Məmmədli və aşıq Şəhriyar Kərimov  “Qəmərcanı”, “Laçın” sazçı qrupu “Misri havasını təqdim etdilər. Gecənin musiqili hissəsinə aşıq Tərmeyxan Qasımlı, aşıq Əşrəf Borcalı, aşıq Həvəskar Qurbanov və aşıq Avdı Musayevin ifasında “Müxəmməs” havası ilə yekun vuruldu. Tədbirin sonunda H.Saraclının böyük oğlu İsfəndiyar Həsənov səhnəyə çıxaraq atasının yüz illiyinə həsr edilən xatirə gecəsinin ərsəyə gəlməsində əməyi olanlara-Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, AAB sədri Məhərrəm Qasımlıya, H.Saraclı haqqında kitab yazıb nəşr etdirən insanlara təşəkkür etdi. İ.Həsənov bildirdi ki, aşıq sənətinə göstərdiyi böyük diqqət və qayğıya görə, ən böyük minnətdarlığı Azərbaycan Respublikası Prezidentinə ünvanlayır.

H.Saraclının kiçik oğlu Əli Həsənov bizimlə söhbətində bildirdi ki, atasının xatirəsinə göstərilən ehtirama görə Azərbaycan dövlətinə təşəkkür edir:”Gecənin təşkilindən çox razı qaldıq. Sağ olsunlar ki, Hüseyn Saraclının sənətinə belə böyük dəyər verirlər. Mən ailəmiz adından Azərbaycan dövlətinin başçısına,eyni zamanda da Mədəniyyət və Turizm Nazirliyinə və Aşıqlar Birliyinə təşəkkür edirəm. Gecə atamın ruhuna layiq keçirildi”.

Hüseyn Saraclının sonuncu şəyirdi Kövrək Murad da ustadının xatirəsinə göstərilən ehtirama görə tədbir təşkilatçılarına təşəkkür etdi:”Azərbaycan aşıq sənəti inkişafdadır. İnkişafa təkan verən amillərdən biri də ustad sənətkarlara verikən dəyərdir. Bu gecəni təşkil edənlərə Hüseyn Saraclıya qulluq etmiş şəyird kimi təşəkkür edirəm. Yubiley gecəsinin Filarmoniyada təşkil edilməsi ürəyimizcə oldu.Çünki Hüseyn Saraclı Filarmoniyada çoxlu konsert poroqramları ilə çıxışlar edib. Azərbaycan dövlətinə, Heydər Əliyev Fonduna,Mədəniyyət və Turizm Nazirliyinə və Aşıqlar Birliyinə sonsuz təşəkkürümü bildirirəm. Azərbaycan dövləti dəfələrlə Hüseyn Saraclıya yüksək səviyyədə yübiley, xatirə tədbiri keçirib. Bunu alqışlayırıq”.

Qeyd edək ki, aşıq Hüseyn 1916-cı ildə Gürcüstanın Bolinisi rayonunun Saraçlı kəndində dünyaya gəlib. Yaradıcı aşıq kimi Türkiyədə, Qafqazda və Orta Asiyada tanınan sənətkar dillər əzbəri olmuş çoxlu şeirlərin, bir neçə dastanın, “Qürbəti-Kərəm”, “Bağdad dübeyti” kimi saz havalarının müəllifidir. O, neçə-neçə bədii və sənədli filmə çəkilib, o cümlədən televiziya verlişlərinin qonağı olub. Onun “Tütək səsi” filmində ifa etdiyi “Ruhani” saz havası möhtəşəm sənət nümunəsi kimi əbədi yaşam qazanıb.

İradə SARIYEVA
www.baki-xeber.com

2 -dən səhifə 3

  • 1
  • 2
  • 3
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ